image_pdfimage_print

Əziz oxucu, bəzi insanlar var ki, onlar onların həyatda yoxluğu sırf fiziki xarakter daşıyır. İllər keçsədə, etdikləri əməllərin bəhrəsini, faydasını insanlar hiss edir. Məncə, əsl insan həyatı məhz belə olmalıdır. Bizim əzizimiz Rəhim Huseynov məhz belə insanlardandır. Bugün bloqda tamamiylə başqa bir mövzuda Sizinlə söhbət edəcəkdim, amma FB açdım və Rəhim müəllimin bugün yaxınlarda Ad Gununun olduğunu görüb Rəhim müəllimdən yazmağa gərara gəldim.

Bu bloqda mən Sizinlə səmimiyyət edirəm, burda olan yazılar mənim real olaraq daxili aləmimi ifadə edir. İnanın, inanın ki, çalışıram hər şeyi çılpaq formada deyim. İndi Sizə danışacağım məsələləri cəmi-cümlətni 3-5 nəfər bilir. Ona görə icazə verin aşırı səmimiyyət etdiyim üçün Sizlərdən üzr istəyim.

Rəhim Huseynov kimdir? Azərbaycanda marketinq deyildiyi zaman ilk yada düşən, ölkəmizdə çoxları marketinqin nə olduğunu bilməyəndə marketinq.az domenini alan (!), qurduğu işlərlə bizim hamımıza əsl marketoloqun necə etməli olduğunu göstərən şəxsdir, mənim üçün Rəhim Huseynov. Yalnız bumu?! Yox. Rəhim müəllim şəxsən mənim üçün sözün əsl mənasına həyat müəllimidir. Olub, olacaq.

Bilirsiz niyə olacaq deyirəm? Çünki bugünün özündə bələ Rəhim müəllim etdikləri ( və ya etmədikləri) ilə mənə həyat dərsi verir. Bəzi şeylər var ki, mən yadıma sala-sala yenidən nələrisə öyrənirəm.

Rəhim Huseynovu mən nisbətən gec tanımışam. Yadıma gəlir əsgərlikdən təzə gəlmişdim, Almaniyada nesə öyrənmişdimsədə yadımdan çıxmışdı, Embawood şirkətinə kiçik yox, çox kiçik işlərlə üzrə marketinq mütəxəsisi (marketoloqcuq) olaraq işə düzəlmişdim. Ayda 300 manat maaş alır və özümü xoşbəxt hiss edirdim ki, işsiz deyiləm!

Bu dövrlərdə təhsili davam etdirmək üçün İqtisadi İnkişaf Nazirliyi yanında İqtisadi İslahatlar Elmi Tədqiqat Universitetində Elmləri Doktoru proqramı üzrə doktorantura qəbul oldum. Eyni vaxtda, DAAD xətti ilə Alman şirkətlərində dissertasiya işimin aprobasiyası üçün proqram qalibi olmuşdum. Xaricə getməyə pul təbii ki, yox idi və bu proqramı dissertasiya işimin sonunda dəyərləndirmək barədə düşünürdüm.

Dissertasiya işimi keyfiyyətli etmək üçün internetə “hücum” çəkirdim və ana dilimizdə marketinqə aid nəsə yazan kimi, Azərbaycan Marketinq Cəmiyyətinin saytına rastlaşdım. Sevindim. Düşündüm nə yaxşı oldu və heç vaxt itirmədən info@marketing.az ünvanına məktub yazdım. Özüm haqda və dissertasiyam haqda. Hadisələr 2007-ci ildə olmasına baxmayaraq, indi olduğu kimi yadımdadır. Üstündən 1 saat keçməmiş e-mailimə cavab gəldi, amma başqa e-maildən – rahim@makreing.az və mənimlə görüşmək istədiyi yazdı, Rəhim müəllim…

İndi özünüz düşünün, o vaxt Rəhim müəllim “yumşaq” desək məndən 100 qat vəzifə olaraq yuxarı idi və mənə vaxt ayırırdı – sadəliyin pik nöqtəsi idi bu mənim üçün. Mənimlə düz 2 saat söhbət etdi, dissertasiya işimi müzakirə etdik, Rəhim müəllim daha sonra mənim VAK-da diplom almağımada köməklik edəcəkdi, amma bu haqda sonra danışaram əsas olan o idi ki, o vaxt ölkəmizdə demək olar ki, marketinq sahəsi üzrə alim yox idi. Rəhim müəllim mənə başa düşən yeganə insan idi!

Əziz oxucu, Sizdən nə gizlədim mən bu adamın vaxt idarə etməsinə heyran idim… hətta bu haqda özündəndə soruşmuşdum FMR TV-də olan intervyuda. Birini qoyub digərinə keçim…

… German Studio şirkətini tezə qurduğumuz vaxtlar idi. Şirkətin açılışını edirdik. Dost-tanışım çağırmışdım və Rəhim m. zəng etdim. Düşündüm, gəlməz, amma qoy mən deyim, necə deyərlər istəyən bir üzü qara, verməyənin (gəlməyənin) iki üzü. Zəng etdim, Rəhim çox vaxt itirmədən: “İlkin mənə yeri və saatı de, dedi…” məndən dedim.

Açılışa düz 5 dəqiqə qalmış Rəhim müəllim zəng etdi: “İlkin burdayam, içəri girim?!” Əziz oxucu, mən bu insandan dəqiqliyi, sadəliyi, biznesdə yenilik etməyi öyrənmişəm. Mən bu insandan elastikliyi, sözü necə demək lazım olduğunu öyrənmişəm. Rəhim müəllim əlaqə qurmağın qızıl qaydasını, hələ bu qayda çıxmamış bilirdi. Nesə almaq üçün, ilk əvvəl vermək lazımdır. Özdə artıqlaması ilə…

Dissertasiya mövzunu bitirmişdim, həm Almaniyada, həmdə Milli Elmlər Akademiyasında PhD adına layiq bilinmişdi… AMMA və LAKİN bizim “məhşur” VAK mənim işimi aktual saymırdı. Təsəvvür edin, iş beynalxalq səviyyədə aprovasiya sənədi alıb, amma VAK $$$ işarələrlə mənə YOX deyirdi!)

Rəhim müəllim VAK-a və Milli Elmlər Akademiyasının rəyəsət heyyətinə məktub yazdı. Əminəm ki, Aysel xanım Abdullayeva bunu xatırlır… Bu məktubun hesabına VAK ürəyində mənə “soysədə” diplom verdi. Əvəzində $$$ almadı!))

Bir əhvalat da danışım… bunu yalnız 5 nəfər bilir… istəyirsiz bilənlərin adlarınıda deyim  – Rafiq Hünaltay, Anar Bayramov, Vusal (Marketinq Cəmiyyətində işləyirdi ( və ya işləyir, Rəhim müəllim rəhmətə gedəndən sonra, bizim Cəmiyyətlə əlaqələrimiz tam kəsilib)), daha bir nəfər və Rəhim müəllim…  birdə Siz biləcəksiniz, əziz oxucular.

Deməli Milli Marketinq Forumunu ikinci dəfə təşkil edirdik və bu yazan Foruma dəstək verən təşkilatlar kimi, SİAR-ın olmasınıda istədik. Rəhim müəllimlə tez-tez görüşdüyüm üçün, mən Rəhim müəllimə e-mail yazdım və MMF-in prezentasiyasını göndərdim. Prezentasiyada, Marketinq Cəmiyyətinin loqusu var idi və biz bu loqonu ən axıra qoymuşduq. Bilmədən. Diqqət etmədən.

Rəhim müəllim e-mail oxuduqdan sonra belə bir cavab verdi: “İlkin, salam. Marketing Cəmiyyətini sonuncu yazmısan. Mənim qurduğum müəsiissələr heç vaxt sonuncu olmayıblar və İnşeAllah da nə qədər ki.mən sağam olmazlar. Uğurlar Sizə. Rəhim”. Yazılma tarixi: 28 aprel, 2014-cü il. E-maili oxudum… təcrübəm, həyat biliyim Rəhim müəllimin heç 10/1 ola bilməzdi… və prinsip etmək istədim.

Yazılan e-mail xətrimə deymişdi… o vaxt Rafiq məni məcbur etdi ki, İlkin Rəhim müəllim zəng et. Yalnış anlaşılma olub, bir danışın… çox uzun söz-söhbətdən sonra, Rafiq və Anarın yanında zəng etdim. Rəhim müəllimin reaksiyası məni utandırdı. Sözün əsl mənasında biznes adamını fərqləndirən elastikliklə mənə başa saldı ki, hər şeyə fikir vermək lazımdır. Onda Rəhim müəllimin çox incə, amma incə olduğu qədər dəyərli bir sözü yadımda qaldı: “İlkin həyat çox qısadır, adam qalan etdiyi yaxşılıqlardır”. Bu söhbət 04 mayda olub…

Bizim həyatımız, bügündən sabaha olan inam qədərdə deyil. Bu yazını mən oxuyanda ağlımada gəlməzdi ki, Rəhim müəllim cəmi 10-12 gündən sonra bizim aramızda olmayacaq.

Mən Rəhim Huseynovdan çox şey öyrənmişəm və onun ruhu bügün mənim üçün son dərəcə əzizdir. Allah Sizə rəhmət eləsin, əziz Rəhim müəllim. Biz Sizi heç vaxt unutmuruq və Sizin öyrətdikləriniz bizə hər gün dahada artır. Bizi Sizi yeni-yeni başa düşürük.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close