image_pdfimage_print

Bugünlərdə Moskvada “Детский Мир” mağazasına girmişdim. Təbii ki, mağazaya ailə formasında gəldiyimizdən nələrsə almadan çıxmaq mümkün olmadı… ən əsası isə məhz bu mağazaya girdikdən sonra başa düşdüm ki, “okazıvaemıçka” istər 7 yaşlı qızım, istərsə 3 yaşlı oğlum brendlər barədə kifayət qədər biliyə malik emişlər. Məncə ilk dəfə olaraq övladlarımın nəyisə bu qədər yaxşı bilməklərinə görə məyus oldum (!), amma mən bu yazıda Sizə bir valideyn olaraq düşüncələrimdən deyil, marketoloq olaraq uşaqlar üçün olan brendlərin gücündən danışmaq istəyirəm.

İlk olaraq deyim ki, “Детский Мир” pərakəndə brendi sovet dövründən Rusiyaya miras qalmış, ən güclü pərakəndəçi brendlərin başında durur. Əminəm ki, Moskvada olan hər kəs, heç olmasa bir dəfə Arbat küçəsində yerləşən bu qeyri-adi mağazaya daxil olub. Sizi bilmirəm, amma mənim bu mağaza laaaap əzəl-qədimdən yadıma dəlir. Xatirələrim heç ürək açan deyil, çünki mən uşaq vaxtı valideynlərimlə hər dəfə bu mağazaya girdikdə, möhkəm ağlayıb çıxırdım. Nə gizlədim, valideynlərimin imkanı yumşaq desək çox olmadığından (müəllim ailəsi – özünüz düşünün) və mən hər zaman mağazada olan ən bahalı oyuncağı seçdiyimdən… mağazadan ağlaya-ağlaya çıxırdım!) Əgər Siz hələdə bu mağazada olmamısınızsa mütləq bura gəlin… xoşunuza gələcək!) Neysə… keçək uşaq brendlərinə.

Biz daha əvvəl “Маша и Медведь” brendinin timsalında bu haqda danışmışdıq və bu sahənin həqiqətən çox rentabelli olduğunu demişdik. Bu dəfə mən bir daha uşaq brendləri ilə tanış olduqda çox maraqlı bir məqama diqqət yetirdim – bütün uşaq brendləri ciddi şəkildə fərqlənən xarakterə malik olurlar. Yəni əgər uşaq brendi varsa, deməli mütləq bu brendin xasiyyəti var. Özünüz diqqət edin.

Lego (duplo) brendi. İnanmıram ki, dünyada bu brendi tanımayan valideyn ola. Əgər Disneyland brendi daha çox öz personajları və tematik parkları ilə insanların beynində qalıbsa Lego brendi konkret olaraq məhsul brendi kimi beyinlərdə həkk edilib. Özünüz diqqət edin, Avropada az qala konstruktur sözü logo sözü ilə sinonimə çevrilib. Brend artıq 70 ildir (!) uşaqlar üçün müxtəlif növ konstruksiyalarla oyunlar təklif edir. Hərfi mənası oyun və əyləncə ifadə edilən Leg – Godt – LEGO bügün uşaqlar tərəfindən fanatik formada sevilir. Brend konkret bir sahə üzrə inkişaf edir və son 5 ildə bazara təqdim etdiyi (duplo) brendindən başqa heç bir əlavə təkliflər vermir. Almaniyada (hansı şəhərdə olduğu yadımdan çıxıb) hətta LegoLandda var. Əslində Almaniyanın digər tematik parkları ilə müqayisədə maraqlı yer deyil, amma yenədə… bu arada LegoLandin kiçik versiyası İstanbuldada açılıb.

Baby Born brendi. 1932-ci ildən Avstriya əsilli, Bavariya almanı tərəfindən yaradılmış kukla istehsalı şirkətinin əsas uğuru məhz Baby Born brendinin yaranması ilı başlayır. Baby Born kuklaları demək olar ki, “canlı” uşaq həyatı sürür. “Uşağın” (adamın kukla deməyə dili gəlmir) yemək yeyə bilməsi, tualetə getməsi, su içib, ağlaması və s. nəyin ki, uşaqlar üçün hətta valideynlər üçündə maraqldır!) Bu marağa görə Baby Born dünyada ən gəlirli uşaq brendlərinində biridir, çünki bir dəfə kukla aldınsa, daim “əlin cibində olmalıdır”. Əlbəttə valideynlər bu maraqlı həmdə pulun çıxmasıdır, amma yenədə, çox maraqlı brenddir.

Əslində bu brend siyahısını uzatmaq olar, amma diqqətinizi çəkəcəyim məsələlər başqadır. Bu brendlərin uğurlu olmalarının əsas səbəbi eyni vaxtda həm uşaqlar, həmdə valideynlər üçün maraqlı olmalarıdır. Məsələn, Lego uşaqlarda məntiqi gücləndirir və valideyn ürəklə övladına “Hə” deyir. Yəni istək paralel olduqda uşaq brendləri daha güclü olur.

Digər bir məsələ uşaq brendlərinin özlərini xas olan xarakterlərinin olmasıdır. Bu xarakter istər uşaqda, istərsədə valideyndə bir dəyər yaradır. Rusiyanın daha bir məhşur brendi “Лунтик” baxsaq eyni şeyləri hiss edərik. Brendin özünə məxsus və təkrar olunmaz xarakteri var. Əgər hardasa “Лунтик” varsa deməli mütləq burada sual-cavab, intelektual oyunlar olacaq. Valideynlər məhz buna görə, övladlarını “Лунтик” baxmasına qarşı deyil.

Bir növ uşaqlar üçün olan brendlərdə həmdə valideynlər ciddi düşünülməlidir. Diqqət etsəniz eyni məntiq Hot Wheels, Angry Bards, Barby kimi brendlərində kökündə var.

Paralel olaraq unutmaq olmaz ki, uşaq brendləri tərbiyəvi əhəmiyyət daşıyır. Bugün Azərbaycanımızda övladlarımızın milli dəyərləri uyğun olaraq tərbiyə almaları üçün uşaq brendlərin yaradılması son dərəcə vacibdir. Hətta dövlət səviyyəli əhəmiyyətə malikdir. Hesab edirik ki, tezliklə bu sahədə mütləq güclü brendlər yaradılmalı, Azərbaycanlı xasiyyətli uşaq brendlərimiz olmalıdır.

Bu yalnız sosial bir layihə olaraq deyil, həmçinin çox maraqlı kommersiya effekti ola bilər. Bügün təsəvvür edin ki, elə bir personaj yoxdur ki, Azərbaycan uşaqlarını dərs oxumağa və ya digər hansısa yaxşı bir vərdişə sövq etsin… bunu edən istənilən brendə yerli valideyn pul verəcək. Bazarda ciddi boşluq hiss edilir və burada sadəcə nesə etmək lazımdır.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close