image_pdfimage_print

Əzəl qədimdən hamımızın bildiyi bir ifadə var: jurnalistika dördüncü hakimiyyətdir və ölkədə gedən proseslərə nəzarət funksiyasını daşıyır. Heeeç təsadüfi deyil ki, istənilən ölkədə dövlət çevrilişi və (və ya) dövlət çevrilişinə cəhd edildiyi zaman ilk yada düşən yerlərin başında dövlət televiziyaları olur. Amma məncə muasir dünyada 4-cü hakimiyyət tamamiylə yeni formada bizə qarşımıza çıxır. Başqa sözlə desək bügün dördüncü hakimiyyət YENİ hakimiyyət qolu kimi çox vacib bir rol oynamağa başlayıb. Fikirlərimi izah etməyə çalışım.

Erdoğan hər nə qədərdə desə ki, biz Twitterin kökünü kəsəcəyik, özü bir o qədərdə aktiv şəkildə Twitterdə aktiv şəkildə istifadə edir!)

Hələ 1776-ci ildə özünün anti-inqilabi fikirləri ilə seçilən ingilis huquqşunas Edmund Berk jurnalistikanı dördüncü hakimiyyət elan etmişdir. Rəhmətlik Berk hesab edirdi ki, jurnalistikanın əsas funksiyalarından biri də məhz hakimiyyətin atdığı addımlara nəzarət etməkdir. Məhz bu fikirləri ilə Berk o vaxtlar fransuz inqilabını pisləmişdir… AMMA və LAKİN Berk dövründə bu bizim yaxın dostumuz Sukerberq Facebooku ixtira etməmişdi, Djek Dorsi – Twitteri. O vaxt dördüncü hakimiyyət daha sistematik və idarəedilən idi.

İllər keçdikcə istər Hitlər Almaniyası, istər Statinli Sovet Ordusu, istər illər boyu komunizmi bizə mükəmməl insani quruluş kimi təqdim edən Sovetlər birliyi bu dördüncü hakimiyyətin gücündən istifadə edirdi. Nəyin ki, edirdi, onlar bu işdə AS edilər. Amma əmin olun, əmin olun hal-hazırda onlar sağ olsaydılar heç vaxt bu qədər asand yollarla cəmiyyətə öz “həqiqətlərini” sırıya bilməzdilər.

Özünüz bəzi məsələlərə diqqət edin!

Hələ Istanbulda keçmiş Gezi Parkı hadisələri zamanı Erdoğanın (bu arada muasir dövrün ən mükəmməl oratorudur, adam. Şəxsiyyətinə tam olaraq qibtə edirəm – ətraflı buradan oxuyun) Twitterə müharibə elan etməsi heç təsadüfi deyildi. Kütləni idarəetmək və ya kütlə düzgün istiqamətə yönləndirmək muasir dövrdə son dərəcə çətinləşib. Muasir dördüncü hakimiyyətin cəmiyyətə təsirinin altması ilə yanaşı, idarəedilməsi mümkünsüz vəziyyəti gəririlmişdir.

Bugün istənilən dövlətdə olan hadisəni TOP-trend olaraq yaratmaq və tam kütlə məntiqi ilə idarəetmək olar. Necə deyərlər cəmiyyətimiz Twittermaniya xəstəliyinə tutulub. Erdoğanın diliylə desək, Twitter beladır!)

Dunən qardaş Turkiyyədə dövlət çevrilişinə cəhd oldu. Bilirsiz bizim bloq siyasətdən yazmır. Səbəb çox sadədir, biz burda Sizə biznes haqda düşündüklərimizi yazırıq və siyasətlə bizneslə birlikdə heç vaxt yerimə bilməz (aşkar şəkildə yeriyə bilməz). Amma biz biznes təsirli mövzulardan danışmaq istəyirik… neysə deməli dövlət çevrilişinə cəhd olur və TRT1 kanalı işğal edilir… İlk baxışdan çox qeyri-adi görünür… hə!? AMMA əslində bunun heç bir mənası yoxdur, çünki TV artıq dördüncü hakimiyyət rolunu oy-na-mııır! Dördüncü hakimiyyət artıq Facebookda, Twitterdə olanlar, oxunaqlı bloqlara aiddir!

Tam səmimi. Bügün istər AzTV, istər TRT, istərsədə, ORT-də deyilənlər deyil, insanlar informasiyanı ilk olaraq sosial şəbəkələrdən axtarır. Əvvəllər deyilərdi: “Televizorun açın görək, nə olub… bəlkə dünya dağılır” indi bu başqa cür deyilir… “Facebooka girim görüm dünyada nə var, nə yox…”

Daha bir maraqlı məsələ isə, artıq insanların informasiyanı nəyin ki, istehlak edən kimi, həmçinin istehsal edən tərəfə çevrilib. Dünən, mən şəxsən nə FOX TV, nə NTV, nədə bizim yerli kanallara baxırdım… mən FB-də dostlarımın statustalarına diqqət edirdim, hətta Turkiyyədə olan bir xanım-dostum həmin saatlarda təyyarənin bombalama səhnəsini özü çəkib “share” etmişdi. Başqa sözlə desək, bügün muasir jurnalistika, muasir dördüncü hakimiyyət öz rolunu tam itirmiş deməyək, amma dəyişmiş durumdadır.

Yadıma düşür, Zara mağazasında ana dilimizə qarşı hörmətsiz yanaşma olanda bunu sadəcə və sadəcə oxuduğunuz bloqa qoydum, bundan sonra olanları özünüz bilirsiniz. Dördüncü hakimiyyət bügün özünün PİK illərini yaşayır. Elementar Vergi işçilərindən tutmuş, Yol Patrul Xidmətinə qədər, icra hakimiyyətindən işləyəndən tutmuş, məhkəməyə qədər… hamı bir nəfər kimi, dördüncü hakimiyyətlə Facebookla, Twitterlə “hesablaşır”. Biz hamımız isə dördüncü hakimiyyətdə “işləyirik” həm informasiya alırıq, həmdə informasiya veririk.

Əziz oxucu, arzu edirəm Azərbaycanımızda dördüncü hakimiyyət xalqımız tərəfindən ədalətli idarə edilsin!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close