Monthly Archives Avqust 2016

Bilmirəm nə məsələdir, amma bizim bloqdan mənə gələn hər iki yazıdan biri Yeni biznes qurmaq üçün ideya axtarışındadır. Hərdən mənə elə gəlir ki, google müəllim niyəsə görə ana dilimizdə biznes sözü yazan hamını bizim sayta göndərir. Əlbəttə bu bizi sevindirir və nəzərə alsaq ki, bizim bloq oxucular üçün yazılar, mən istəyirəm bir daha Sizlərə yeni biznes üçün ideyanı harda tapmaq olar suallına cavab axtarım.

Bugünlərdə dostumuz Rafiq Vəliyev Facebook-da çox maraqlı bir status yazmışdı: “Həm istehsalçı, həm də pərakəndəçi şirkət olub uğurlu olan çox az sayda şirkət var…” . Bu fikir əlbəttə çox düzgündür. Bizdə hesab edirik ki, eyni vaxtda bu iki fəaliyyətlə uğurla məşğul olmaq olmaz. AMMA və LAKİN burada çox incə bir məsələ var – “uğurlu” dedikdə biz nə başa düşürük. Biznesdə “uğur” anlayışı son dərəcə subyektiv ola bilər. Biz bu yazıda Sizinlə uğurlu biznes nədir suallına cavab verməyə çalışaceyik. Maraqlı olsa oxuyarsız, yaxşı?

Dünən axşam saatlarında FB girib “gəzirdim” və təsadüfən hansısa bir statusda FaceStudio haqda yazılanları oxudum: maraqlı oldu və tez-bazar şirkətin səhfəsində sözü gedən reklamı tapdım. Biyabırçılıq. İnanın ki, mən tənqid etməyə xoşlamıram, hətta böhran-böhrandır, az qalıram börhandada nesə pozitiv notlar tapım. AMMA və LAKİN bu FaceStudio reklamı tam olaraq biyabırçılıqdır. Amma mən bu statusda FaceStudio “reklamı” barədə deyil, bəzi dostlarımızın əvəzində 100 min nəfər baxıb, brendin tanınması artıb və s. tipli sözləri barədə fikirlərimi paylaşmaq istəyirəm. Reklama baxdıqdan sonra hələdə “sağ qalsanız” buyurub yazını oxuyun!)

Yay aylarında ən çox eşidilən mövzular istirahət, tətil xarakterli mövzulardır. İstirahət etmədən, daim işləyən insan əslində daha böyük nəticələrdən özünü məhrum etmiş olur. Sizi bilmirəm, amma mənim üçün istirahət yaxşı işləmək üçün ən vacib şərtdir. Bu yazıda istəyirəm Sizə dəfələrlə getsəm belə doymayacağım, vurğunu olduğum 5 yer barədə danışmaq istəyirəm. İmkanınız olsa bu yerlərə mütləq gedin. Yaxşı?

Əminəm ki, Sizdə orta statistik Azərbaycan vətandaşı olaraq yay aylarında ölkəmizin turizm potensialı barədə ətraflı düşünürsüz, hətta niyə filan işi etməyim… kimi suallarda verirsiz və bu fikirlər sentyabr ayının birinci 10 günlüyü ərzində Sizi tərk edir. Təbii haldır, araşdırmalara görə biznes qurmaq istəyən insanların 40% yay fəslində turizm sektorunda iş qurmaq istəyir!)) Bugün mən Sizə turizm sektoru haqda deyil, iqtisadi nəzəriyyəyinin çox faydalı bir istiqaməti – qiymət elastikliyindən danışacam. Ölkəmizdə tikilən, böyük, bahalı 5 ulduzlu Hotellərin ildə, sahiblərinə ən azı 1 mln. manat ziyan vurma səbəbləri barədədə açıqlama vermək istəyəcəm. Maraqlı olsa oxuyarsız, yaxşı?)

Yadıma gəlir… 2008-ci ilin yay ayları idi, o vaxt ilk Rusiyada nümayəndə rəhbəri kimi, işə başlamaq üçün Moskvaya uçurdum. Təyyarədən düşər-düşməz ətrafda olan reklamlara baxdım və ilk gözümə gələn Lenova yazılı nootbuk şəkilləri oldu. Başa düşmədim… nə gizlədim bu brendi tanımırdı. Hava Limanında (Şeremetyeva) sənəd yoxlanışından sonra taksiyə mindi və yol boyu saysız-hesabsız “lenovalı” Billbordlar gördüm… sonra bildim ki, elə həmin il keçirilən Pekin Olimpiyadasında brend ilk dəfə olaraq böyük reklam büdcəsi ilə sponsorluq edir. Lenova brendi özünün inkişaf prinsiplərinə görə hər mənada ibrət götürüləcək bir biznesdir. İstəyirəm bu yazıda Lenova barədə Sizinlə danışam.

Dünən çox mükəmməl bir toyda oldum: açıq hava, çox “şirin” masa kolleqaları (Rafiq, Anar, Kamran və s.), mükəmmə musiqi və ən əsası sözün tam mənasında xoşbəxt olmağa layiq cütlük. Necə deyərlər, belə məclisdə içmədəndə… olar. Bu toyun əsas xüsusiyyətlərindən biridə burada müxalifət nümayəndələrinin, Xədicə İsmayılovanın, Şahvələd Çobanoğlu, Mehman və s. adlarınıda bilmədiyim Amma simalarını yaxşı tanıdığım müxalifətçilərin bu toyda iştirakı idi. Sizdən nə gizlədim, bu toyda özüm üçün bir neçə fikir formalaşdırdım. İstəyirəm Sizinlə paylaşam.

Son bir ildə əminəm ki, digər illərlə müqayisədə ən çox eşitdiyimiz söz “böhran” sözüdür. Ölkəmizdə iqtisadi böhran var və hamımız bu böhranın bitməsini gözləyirik. Sizdən nə gizlədim mənim bu istiqamətdən düşüncə tərzim bir-az fərqlidir. Düzdür – səhvdir… bunu əlbəttə zaman göstərəcək, amma istəyirəm bloqumuz vasitəsi ilə bunu Sizinlə paylaşım.

Əziz oxucu, çox zaman bəzi insanlar bloq yazmaq haqqında tənqidi fikirlər səsləndirirlər, onlara elə gəlir ki, guya bloq yazanların sayını çox olması, sayının artması mənfi haldır. Bu çox səhv düşüncədir. Bloq yalnız oxuyanı deyil, həmçinin yazanı maarifləndirir, öyrədir. Bilirsiz niyə?

Marketinq AİR üçün artıq bu linkdən qeydiyyata keçə bilərsiniz.

Ölkəmizin İLK praktik marketinq istiqaməti olan Marketinq AİR oktyabr ayından bütün gücü və tam yenilənmiş mövzuları ilə Yenidən Yeni formada başlayır. Artıq beşinci ildir, qara-borana baxmadan… (oxu böhrana) Marketinq AİR özünün hər il yenilənən, təkmilləşən və daha sistemli olan proqramı ilə Azərbaycanımızda marketinqin dahada intelektual olmasına xidmət edir. Marketinq AİR təlim deyil, Marketinq AİR bir icmadır, birinci olanların icması. Marketinq AİR-ə gəlmək Siz əslində birincilərə qoşulmaq şansı qazanırsız. Bilirsiz niyə?

Bugünlərdə bir məsələyə diqqət etmişəm… işçilərimizin bir çoxunda “Mən” etdim, “Mən” edəcəm, “Mənə” görə oldu… tipli çoxlu sözlər eşidilir. Hesab edirəm ki, biznesdə heç bir şəkildə “Mən” sözündən istifadə edilə bilməz. Bu nəyin ki, biznesə zərər vurur, bu ümumi olaraq şirkət daxili ab-havaya ziyandır. Fikirlərimi izah etməyə çalışım.

Təbii ki, yay-istirahət mövsümü olduğuna görə təyyarə biletləri, uçuşlar və ya xarici ölkəyə getmək yolları hal-hazırda çox aktual mövzuya çevrilmişdir. Bu yazıda istəyirəm Sizə ölkəmizin hava yolları şirkəti olan AZAL-ın bazara təqdim etdiyi AZALjet brendi barədə fikirlərimi çatdırım. Orta statistik Azərbaycanlıdan fərqli olaraq mən “cavan vaxtı” marketoloq olduğum üçün məsələyə yalnız sərnişin, ölkə vətandaşı gözü ilə deyil, həmdə marketoloq olaraqda baxmağa çalışacam.

Close