image_pdfimage_print

Marketinq AİR üçün artıq bu linkdən qeydiyyata keçə bilərsiniz.

Ölkəmizin İLK praktik marketinq istiqaməti olan Marketinq AİR oktyabr ayından bütün gücü və tam yenilənmiş mövzuları ilə Yenidən Yeni formada başlayır. Artıq beşinci ildir, qara-borana baxmadan… (oxu böhrana) Marketinq AİR özünün hər il yenilənən, təkmilləşən və daha sistemli olan proqramı ilə Azərbaycanımızda marketinqin dahada intelektual olmasına xidmət edir. Marketinq AİR təlim deyil, Marketinq AİR bir icmadır, birinci olanların icması. Marketinq AİR-ə gəlmək Siz əslində birincilərə qoşulmaq şansı qazanırsız. Bilirsiz niyə?

Çox sadə çünki, Marketinq AİR yaranan gündən bugünə qədər, biz heç bir şəkildə öyrətmək iddiyasında olmamışıq. Biz bu görüşlərdə yalnız və yalnız gündəlik biznes həyatımızda yaşadığımız və doğruluğuna əmin olduğumuz biznes məsələlərini iştirakçılarla paylaşmışıq. Artıq beşinci ildir (!). Ola bilər 5 ilin verdiyi təcrübə, ola bilər Marketinq AİR yalnız təlim deyil, bir icma səviyyəsinə çatması, AİR-in yaradıcıları olaraq bizi bu brendə daha çox bağlayır. İstər Anar, istər Rafiq istərsədə mən Marketinq AİR brendini çox sevirik.

Marketinq AİR digər proqramlardan fərqləndirən çox şeylər var. Amma mən istəyirəm bəzi əsaslarını Sizin yadınıza salın və daha sonra AİR-ə qoşulmaqla birincilərin sırasında olacaqsınız sözünə aydınlıq gətirim. Beləliklə Marketinq AİR nə fərqləndirir?

Fərq №1 – Təlim deyil, icmadır. Yalnız marketoloqlar arasında deyil, Azərbaycanımızda bütün peşələr arasında belə Marketinq AİR qədər ixtisaslaşmış və bir çətir altında müxtəlif, amma eyni prinsipli yenilikləri edən heç bir struktur yoxdur. Özünüz Marketinq AİR gücünə baxın:

  • 500-ə yaxın AİR məzunu. Müqayisə üçün deyim, Azərbaycan Dövlət İqtisad Universitetinin Marketinq kafedrasının nə də eyni Ali məktəbin MBA proqramının bügünə qədər bu qədər məzunu olmayıb. Bu məzunların 90% çoxu işləyir və ən əsası işləyənlərin 80% çoxu sırf marketinq üzrə çalışır. Özünüz düşünün, hansı ali məktəbin belə nəticələri ola bilər?! Bitirənlərin 90% işləyir, işləyənlərin 80% marketinq istiqamətində işləyir, onların 50% çoxu orta menecment nümayəndəsi, şirktə rəhbəri və ya şəxsi bizneslə məşğul olur…
  • Marketinq aktivlikləri. Ölkədə keçirilən İLK Milli Marketinq Forumu, İLK Milli HR forumu, İLK Dijital Forum, marketinq sahəsində ən çox girişi olan internet portal Facemark.az, onlayn marketinq TV-si Facemark.tv, Marketinq Azərbaycan Qrupu kimi güclü Facebook qrupu, il ərzində ölkə marketoloqları ilə keçirilən minimum 3 aktivlik (Novruz, Ramazan və s.) və digər yeniliklərlə Marketinq AİR marketinq səvərlər üçün əsl cənnət formasındadır.
  • Sadəcə Biznes-əlaqələr qurmaq deyil, dost olmaq imkanları. Marketinq AİR-in özünə məxsus və yalnız iştirakçıların daxil ola bildiyi qapalı Marketinq AİR qrupu var. Burada mütəmadi olaraq yeniləklər paylaşılır, tədbirlər keçirilir və s. AMMA ən əsası başqadır… Marketinq AİR məzunların öz aralarında çox yaxın dostluq qurmuş olurlar. Hələ öz aramızda qalsın… onlara elə gəlir ki, guya bu təsadüfən olub, amma biz bilirik ki (Sizdə bilin) Marketinq AİR təlimlərində komanda oyunları, birlikdə aktivliklər təşviq edilir.

Fərq №2 – Praktik yanaşma. Hansısa dahinin gözəl bir söz var – “Mən bu mövzunu o qədər yaxşı bilmirəm, Sizə öz sözlərimlə izah edə bilim”. Bizim Marketinq AİR bütün məlumatlar öz sözlərimizlə, praktik misallarla və ən əsası, Azərbaycan bazarına uyğun olaraq izah edilir. Bu bizim üçün vacibdir, biz birinci gündən çalışırıq ki, verdiyimiz misallar biznesdə yaşadığımız keyslərin üzərində olsun. Biz kitabdan danışmırıq, biz öz etdiklərimizi edirik. Necə bu alınır?

Çox sadə, Marketinq AİR-in təsisçiləri olan Anar müəllim, XİQ məzunu olmaqla yanaşı, Azərbaycanda biznes haqda kitab yazmış ən gənc müəllifdir. Hal-hazırda ikinci kitabını çıxarmasına baxmayaraq, biz kitab oxumaq haqda düşünəndə Anar Bayramov kitab dərc edirdi.

Rafiq Vəliyev, marketinqə həm, nəzəri, həmdə praktik olaraq yanaşır. Bügünün Marketinqi və Böhranda Yeni Dövrana adlı iki kitabın müəllifidir. Bu superdir. Rafiq müəllim, İdeal Parfumeriya mağazalar şəbəkəsinin marketinqi A-dan quran insan olmaqla yanaşı, hal-hazırda Gilan şirkətlər qrupunun strateji marketinq blokunun rəhbəridir.

İlkin Manafov, yəni mən… eşi mən, mənəmdə. Birtəhər özümü “soxuşdurmuşam” bu kruqa!))

Əzizlərim, praktik biliklərlə yanaşı hər üçümüzün nəzəri fəaliyyətimizdə var. Ölkənin aparıcı Ali məktəblərində marketinqdən dərs deyirik. Mən, iqtisad Elmləri Namizədiyəm – fəlsəfə üzrə doktor (PhD) və hal-hazırda Elmlər Doktoru proqramı üzrə Brendinq mövzusunda dissertasiya işləyirəm,  Rafiq və Anar müəllimlərdə dissertantdılar. Buna baxmayaraq, MArketinq AİR-də praktika hər zaman öndə olur, ağır basır.

Fərq №3 – Xususi aura. Marketinq AİR-də olanlar bilir, bizim AİR-in xüsusi ab-havası var. Məsələn, ev tapşırıqları zamanı xüsusi hazırlıqda olan həyacan, çay fasilələri zaman edilən söhbətlər, müəllim – tələbə deyil, dost – dost münasibəti heç bir digər yerdə ola bilməz. Sizi əmin edirəm, bunu biz etmirik, bu özündən yaranır.

Ən əsası bu auranın olduğunu biz yox məzunlar deyirlər. Marketinq AİR ab-havası insanı öyrənməyə, yenilik etməyə, biznesə motivasiya edir. Marketinq AİR pozitivlik sözünün sinonimidir. Yoxlayın, əmin olacaqsınız!)

Təsadüfi deyil ki, bu xüsusi aura AİRçilərinin çoxunu, bloqer və aktiv adamlar edirlər. Bunu biz həvəsləndiririk. Ana dilimizdə olan biznes kontenti demək olar ki, AİRçilər edir. Bloqlar, kitablar və s. Son ildə, biz Marketinq AİRçilər olaraq 5 kitab yazmışıq!

Marketinq AİR – birincilərə qoşul əslində tam rasional dəyərlərin üzərində qurulmuş bir prosesdir, konsepsiyadır. Bizim məzunlarımız sözün əsl mənasında ölkədə BİRİNCİ olmuş, İLK etmiş insanlardır. Tezliklə məzunlarımız barədə Sizə ətraflı məlumatlar verəcəyik, sosial şəbəkələrdə.

Artıq facemark.az saytında qeydiyyat başlayır və ən sevindirici hal budur ki, yerlərimiz bu dəfədə bitmək üzrədir. Sizə bir söz deyim… Marketinq AİR ən dəyərli edən, onun məzunlarıdır. Biz onlarla fəxr edirik!

Sizləridə Marketinq AİR-də görmək arzusu ilə… görüşərik!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close