image_pdfimage_print

Əziz oxucu, çox zaman bəzi insanlar bloq yazmaq haqqında tənqidi fikirlər səsləndirirlər, onlara elə gəlir ki, guya bloq yazanların sayını çox olması, sayının artması mənfi haldır. Bu çox səhv düşüncədir. Bloq yalnız oxuyanı deyil, həmçinin yazanı maarifləndirir, öyrədir. Bilirsiz niyə?

İlk əvvəl icazə verin qeyd edim ki, bugün oxuduğunuz bloq mənim üçün sırf xobbi xarakteri daşıyır. Ümumiyyətlə mən bu mövzuda çox konservativəm – bloq – xobbi olduqda uğurlu ola bilir. Mənim fikrimcə bloq – müəllifin hansısa mövzuda olan şəxsi düşüncələrinin açıq formadada ifadəsidir. Diqqət edin, şəxsi fikirlərinin.

Bügünlərdə qızım video bloqlar hazırlamağa cəhv edir. Anası ilə birlikdə çəkirlər, çoooxlu səhv olur, video montaj edə bilmirlər, yaxşı danışa bilmir, fikirini düzgün çatdırmır və s. AMMA o bunu edir və mən düşünürəm etmək, hər zaman etməməkdən yaxşıdır. Çalışıram qızıma eyni məntiqi aşılayım. Videolara baxsanz görəcəksiniz dediklərimi. Neysə… keçək əsas mövzuya.

Şəxsi fikirlərə əsaslanaraq, bizim, məhz İlkin Manafovun bloq haqqında düşündüklərini Sizinlə paylaşmaq istəyirəm. Başlayaq ilk olaraq bloq nə deyil, suallından…

  • Bloq elmi əsər deyil. Bəli, bəli bloqlardan hansısa dissertasiya üçün material axtarmaq yumşaq desək səhvdir. AMMA və LAKİN. Bizim bloqumuzda biz gündəlik etdiyimiz işlərdən danışırıq. Necə deyərlər… başımıza gələnləri nəql edirik;
  • Bloq yazmaq sənət deyil. Mən hesab edirəm ki, əgər bloqerlik fəaliyyətinə pul qazanmaq yeri kimi, yəni professional formada yanaşsaq bloq öz bloqluğundan çıxır. Niyə mən belə düşünürəm? Ona görə ki, biz bu bloqda tam qərəzsiz çıxış edirik, xoşumuza gələnləri tərifləyirik, səhv hesab etdiklərimizi tənqid edirik. Biz bura qazanc yeri kimi baxsaq… deməli tərəfsiz ola bilməyəcəyik;
  • Bloq yazmaq ekspert olmaq deyil. Baxın burda çox incə nöqtə var. Bəli, bloq yazmaq hələ ekspert olmaq demək deyil, amma əgər Sizin bloqunuz mütamadi olaraq oxunursa və Sizin oxucular yazdıqalarınızla razılaşırlarsa, deməli Siz artıq ekspertsiniz;

Bəs Sizcə bloq necə yazılmalıdır? Yenədə mən öz şəxsi fikirlərimi Sizinlə paylaşmaq istəyirəm…

  • Bloq təcrübə paylaşımı deməkdir. Bloq yazılarda müəllif təcrübəsini, digər yerdə olmayan və sırf müəllifin özünə məxsus olan yazını, fikiri paylaşsa çox faydalı olar. Bloq yazmağa başladığımız birinci gündən yalnız biznes-praktikamızda başımıza gələnlər barədə danışmağa üstünlük vermişik. Hesab edirik ki, məhz buna görə bügün oxuduğunuz bloq Ana dilimizdə biznes haqda yazılan ən oxunaqlı bloqdur;
  • Bloq səmimi yazılmalıdır. Bizim bloqumuzda 900-ə yaxın bloq-post var. Bu qədər yazı heç bir digər bloqda yoxdur. Nəyin ki, yoxdur, ümumiyyətlə bütün bloqlar yığışsa bizim bloqumuzda olan materiallın heç 50% edə bilməz. Amma diqqət edin, biz öz bloqumuzda heç bir zaman “maska” taxmırıq. Biz Azərbaycan sektorunda oxumamışıq və ana dilimizdə pis yazırıq. Səhvlər edirik. Mən buna görə çooox utanıram, istəyirəm səhvlərimizin sayını azaldım. Amma əziz oxucu, bu mənəm. Mən səvhlərlə yazıram. Mən öz savadsızlığımı boynuma alıram və kompleksiz şəkildə deyirəm: “Dostum sənə qrammatik cəhətdən düz yazılmış bloq lazımdırsa, səhv gəlməsin, yox əgər Azərbaycan biznes-praktikası lazımdırsa, İlkin Manafovun bloqu faydalı olacaq… seçim özünündür!”;
  • Bloq konkret istiqamət üzrə olmalıdır. Bizim əsas istiqamət sahəmiz biznesdir və təbii olaraq bloqumuzda mikto-iqtisadiyyat, biznes barədə yazırıq. Cəmiyyətdə nesə baş verirsə, biz söz gedən məsələyə belə biznes rakursundan yanaşırıq. Bloqumuz biznes haqdadır. Azərbaycanda biznes necə qurulur haqda düşüncələrimizi bloqda paylaşırıq.

Keçək əsas məsələyə… niyə bloq yazmaq faydalıdır və ya niyə biz istəyirik ki, Siz bloq yazasınız?

  • Bloq yazmaq insanı oxumağa məcbur edir. Bloq yazan adam, mütləq və mütləq öz üzərində işləməlidir. Başqa cür mümkün deyil, çünki sən oxumasan, sənin bloqunu oxuyan olmayacaq. Daimi olaraq bloq yazmaq çox çətin işdir… özünüz baxın, Azərbaycanımızda sistemli şəkildə 2-3 ildən çox bloq yazan neçə nəfər var!? Baramaqla sayılacaq qədər, qalanları… ayda 1 dəfə yaza-yazmaya… bilirsiz niyə!? Çünki oxumurlar, işləmirlər, tənbəldilər;
  • Bloq yazmaq bizim sistemli düşüncəyə məcbur edir. Bloq bizi öz üzərimizdə işləməyə, düşüncələrimizi dahada sistemləşdirməyə sövq edir. Yazı – baş verən hadisələrin mahiyyətini başa düşmək üçün əla vasitədir. Nəyisə başa düşə bilmirsinizsə onu bir kağıza yazın, faydasını görəcəksiniz;
  • Bloq yazmaq insanı tanıdır. Sizdən nə gizlədim, məni marketoloq, daha sonra biznes adamı kimi kimsə tanıyırsa, burda oxuduğunuz bloqun payı heç olmasa… 70%-ir. Əmin olun. Bloq bizim konkret sahədə daha tanınmış edir. Bloq hal-hazırda dördüncü hakimiyyətdir;
  • Bloq iradəli olmağı öyrədir. Diqqət edin, görün ildə neçə nəfər bloq yazmağa başlayır… bəs onlardan neçəsi bunu daimi edir?! Diqqət edin, Azərbaycanımızda bloqunda yazı sayı 100-ən çox olan neçə nəfər hal-hazırda aktiv yazan (heç olmasa həftədə 2 dəfə) var?! Bloqa başlamaq asanddır, oğulsan daimi yaz. Yaz görək hara kimi gedirsən… GEDƏ BİLMƏZSƏN, çünki sən tənbəlsən. Bloq yazmaq isə iradəli olmağı, sabit olmağı sevir (Xahiş edirəm incimə, amma özün bacarmadığın heç bir işə görə digərini pisləmə…”

Əzizlərim… bloq yazın. Ana dilimizdə istər bloq yazan sayı, istərsədə stabil oturub öz bloqunu tanıdan adam demək olar ki, yoxdur… yaxşı bəs sən niyə bu adam deyilsən?!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. İlkin bəy, sizin biznesdə peşəkarlığınız, marketinq sahəsində gördüyünüz işlər və digər bu kimi işlərinizə görə sizə cooox böyük hörmətim var
    Bloglarınızın daimi oxucusu, fəaliyyətlərinizin hər zaman aktiv izləyicisiyəm
    Ama xətrinizə dəyməsin bir iradim olacaq
    Yazilarinizda və bəzi müsahibələrinizdə lap loru dildə desək ” özünüzü çox reklam edirsiz” və bu artıq ifrat dereceye doğru gedir
    Sizi özünə ideal biri görmək istəyən bir adam kimi iradim budur ki
    Biraz sadəliyə, ozünüreklama az meylli olaq
    Və xahis edirəm bu sozlərim sizdə mən haqqında mənfi fikir yaratmasın
    Cox sagolun

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close