image_pdfimage_print

Son bir ildə əminəm ki, digər illərlə müqayisədə ən çox eşitdiyimiz söz “böhran” sözüdür. Ölkəmizdə iqtisadi böhran var və hamımız bu böhranın bitməsini gözləyirik. Sizdən nə gizlədim mənim bu istiqamətdən düşüncə tərzim bir-az fərqlidir. Düzdür – səhvdir… bunu əlbəttə zaman göstərəcək, amma istəyirəm bloqumuz vasitəsi ilə bunu Sizinlə paylaşım.

İlk əvvəl qeyd edim ki, böhran – yeni iqtisadi konyuktur yeni biznes qurmaq istəyən, gənclər üçün sözün əsl mənasında imkandır. Əsasən də, Azərbaycan kimi ölkələrdə olan böhranlar. Bu haqda bir neçə dəfə demişəm, amma istəyirəm qısa xatırlatma edib, böhran nə vaxt bitəcək suallına cavab verim. Beləliklə, niyə böhran yeni biznes quranlar üçün xeyrdir?

  • Daha çox işləmək lazımdır. Böhranda daha çox işləmək tələb edilir. Yeni biznes qurmaq istəyənlər insanlar artıq biznes olan, “day-daylar”la müqayisədə daha həvəsli olurlar. Onlar işləmək, yaratmaq eşqi ilə alışıb-yanırlar. Bu böhranda daha effektiv olur;
  • Rəqiblər az olur. Böhran zamanı rəqabt mühiti çox sakit olur, heç kim satışın düşmə səbəbini özündə görmür, nəticədə, yeni biznes quran adam “gözə” çarpmadan irəli gedə bilər;
  • Böhran təhçizatçılar zəifləyir. Adi durumda 2 minə arenda verilən yeri, böhranda az qala pulsuz verilir, yaxşı işçi tapmaq olur və s. Bu haqda oxumaq istəsəniz burdan ətraflı oxuyun.

İndi keçək əsas məsələyə – böhran nə vaxt bitəcək?! Hazır olun, Sizə çox ciddi bir söz deyəcəm – Böhran məsələlərə yeni rakursdan baxdığınız anda bitəcək. Hökümətdən, Amerikadan, Rusiyadan nə bilim, OPEK-dən böhranla bağlı nesə gözləməyin. Böhrandan çıxmaq çox sadə yol var:

Dəyiş + İşlə + Qorxma = Böhran Bitdi

Dəyiş – daha əvvəl doğru hesab etdiyin amilləri yenidən nəzərdən keçirmək deməkdir. Məsələn, əgər əvvəllər nəyisə istehsal etmək mənim üçün “tabu” idi, bügün artıq normaldır. Dünyada böyük şirkətlərin inkişaf etmə dövrlərini təhlil etdikdə aydın şəkildə sezilir ki, yüksək artım, məhz kardinal dəyişikliklərlə olur. Özünüz diqqət edin, yerli şirkətlərimizə baxın, fakt – fakt olaraq qalır. Dəyişmk lazmdır.

İşlə – böhran zamanı bizim elə bil əl-qolumuz bağlanır. Bizə elə gəlir ki, guya heçnə fayda verməz və s. əslində isə işləmək, zəhmət çekmək yuxarıda yazdığımız dəyişikliklər üçün hər zaman faydalıdır. Pozitiv olanda, əzmlə işləyəndə, qorxmayanda alınır və s. Fikir verirəm böhranda ən çox yayılmış şey, bu sosial şəbəkələrdə olmaqdır. Etməyin, eləməyin. İşləyin!)

Qorxma – Bu sözü çox komment etmək istəmirəm, amma Sizi əmin edirəm biznesdə qorxsan iş alınmayacaq. Böhranlı, böhransız.

Təkrar edirəm bu yuxarıda yazdıqlarımı kiminsə Sizin yerinizə edəcəyini gözləməyin. Onda böhran Sizi (bizi) yeyəcək. Dəyişməsək, işləməsək, qorxsaq bazar bizi özü cəzalandıracaq.

Bəzi dostlar hesab edir ki, guya böhran bitməyəcək, vəziyyət dahada pis olacaq və s. Əzizlərim bizim düstura sadiq olun ümumiyyətlə böhran olmayacaq. Bugün ölkəmizdə bir çox sektorlarda canlanma var. Nəyin hesabına? Heçnəyin, işləməyin. Biznes öz məhsul və xidmətlərini böhrana adaptasiya etməlidir. Vəssəlam. Həyat davam edir!

Ölkədən qaçmaqla, Sizin böhran daha da dərinləşəcək, hələ bügünə qədər problemdən qaçmaqla irəli gedən adam görmədim. Qaçmayın, Qaçırın!

Əziz oxucu, böhran bitmir, ondan çıxırlar və o şirkətlər ki, böhrandan çıxa bilir, özləri ilə yeni iqtisadi sistem gətirir. Özünüz düşünün: hansı yaxşıdır, gözləmək ya etmək?

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close