image_pdfimage_print

Bilmirəm nə məsələdir, amma bizim bloqdan mənə gələn hər iki yazıdan biri Yeni biznes qurmaq üçün ideya axtarışındadır. Hərdən mənə elə gəlir ki, google müəllim niyəsə görə ana dilimizdə biznes sözü yazan hamını bizim sayta göndərir. Əlbəttə bu bizi sevindirir və nəzərə alsaq ki, bizim bloq oxucular üçün yazılar, mən istəyirəm bir daha Sizlərə yeni biznes üçün ideyanı harda tapmaq olar suallına cavab axtarım.

İlk əvvəl deyim ki, Azərbaycanda biznes qura bimək çox asanddır: bazar boşdur, rəqabət azdır, dövlət orqanları sahibkarla “razılaşır” (bildiz nə mənada…) və ən əsası müştərilərin maariflənmə dərəcəsi aşağıdır. Sizdə bilirsiz ki, “yaxşı”, “Pis” kimi feyllərdən istifadə etmək üçün müqayisə olmalıdır. Bu şərtdir. Bizim ölkədə daha az pul və biliklə biznes qurmaq olar, sonra biznes özü sahibkara pul və bilik gətirəcək. Eyni şeyi Avropa və ya Rusiyada etmək daha çətindir.

İndi sual yaranır… bəs Azərbaycanda hansı biznes açmaq daha yaxşı olar? Bunu  ən bəsit yolu – müştəri ehtiyyaclarında ödənməyn bir “deşik” tapılmasıdır. Başqa sözlə desək, elə bir sahə – boşluq – niş tapılmalıdır ki, buna ehtiyyac olsun və bu ehtiyyacı heç kim Sizin kimi qarşılaya bilməsin… Bax burda çox incə bir məqam var – Sizin, yəni açacağınız biznesdə mütləq rəqabətqabiliyyətiniz olmalıdır.

“Deşik” bugün Azərbaycanda istənilən sahədə var. İstənilən. Göz önündə olan pərakəndə şəbəkələrdən tutmuş, görünməyən B2B bizneslərə qədər boşluqlar var. Sadəcə bu boşluqları görmək və doldurub üstündən “beton” tökmək lazımdır ki, digər rəqiblər gəlməsin. Qlobal olaraq götürsək bügün ölkəmizdə nə hansısa sahələrdən mövqeylənmiş güclü brendlər, nə hansısa sahədə ixtisaslaşmış istehsalçılar yoxdur.

Pərakəndə ticarət şəbəkələri öz aralarında mass-market uğrunda rəqabət aparırlar halbu ki, əgər bazarda mass-market varsa, deməli mütləq və mütləq dar, ödənməmiş ehtiyyaclar var. Mass-market şirkətləri heç vaxt xırda bazarlar haqda düşünə bilmirlər. Buna onların nə vaxtı, nə kadrı, nədə həvəsi yoxdur. Deməli xüsusi məhsul kateqoriyasına yönəlmiş, dar ixtisaslaşmış pərakəndə şəbəkəyə ciddi ehtiyyac var.

Turizm sektoru… burda ümumiyyətlə bazar “aş-süzəndən” ibarətdir. Dar turistik təklif verən şirkət demək olar ki, yoxdur. Nə idman, nə ailəvi turizm, nə xüsusi turizm istiqamətləri… bir sözlə heçnə yoxdur. Eyni zamanda xaricilərə yönəlmiş xüsusi təklif verən turizm şirkətləri yoxdur. Barmaqla saymaq olar.

İstehsal… istehsal haqda heç söhbət etməyin. Bizdə ümumiyyətlə istehsal mədəniyyəti formalaşmayıb və xahiş edirəm burda ölkədə olan vəziyyəti gunahandırmayaq. Nə vəziyyət? Biz öz tənblliyimizi başqasının üstünə yıxmaq üzrə çempionuq. Bügün ölkədə gedən devalvasiya əslində yerli istehsal üçün qızıl imkanlar yaradır.

Əziz oxucu, mənim oxuduqlarım Sizdə səhv düşüncə yaratmasın deyə mən borcluyam deyim ki, biznes ən çətin insan fəaliyyətidir. Biz dedikdə ki, biz etməyə nə var… bu heçdə o demək deyil ki, hamı biznesmen ola bilər və ya olmalıdır. Sadəcə Sizin əgər ürəyinizdə xəyal varsa, bunu mütləq reallaşdırın. AMMA bilin ki, biznes qurmaq, salla başını-al-maaşını məntiqindən çox çətindir.

İnanıram ki, düşündüklərimi Sizlərə çatdıra bildim. Sizdə tez bazar boş deşik tapın!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close