Mütləq getməlisiniz: TOP5 yer

Yay aylarında ən çox eşidilən mövzular istirahət, tətil xarakterli mövzulardır. İstirahət etmədən, daim işləyən insan əslində daha böyük nəticələrdən özünü məhrum etmiş olur. Sizi bilmirəm, amma mənim üçün istirahət yaxşı işləmək üçün ən vacib şərtdir. Bu yazıda istəyirəm Sizə dəfələrlə getsəm belə doymayacağım, vurğunu olduğum 5 yer barədə danışmaq istəyirəm. İmkanınız olsa bu yerlərə mütləq gedin. Yaxşı?

İlk əvvəl onu deyim ki, mənim üçün ideal istirahət anlayışı yalnız və yalnız iki vacib şey olduğu zaman baş tutur: öyrənmək və rahatlıq. Daha konkret desək, gedəcəyim yerdə mən öz işimə dair yeni nesə öyrənməliyəm və rahat şəkildə vaxt keçirə bilməliyəm. Bəlkədə buna görə, qardaş Türkiyyə və ya Misir kimi All İnclusive (yey-iç-yat) məntiqli istirahətlər məni heç vaxt keçmir. Əksinə, belə yerlərdə olan ürəyim darıxır.

Sizdən nə gizlədim… istər ailə, istər dostlarımızla harasa gedəndə ən azı 1 gün mütləq və mütləq mebel mağazalarının gəzilməsinə həsr edirəm. Özümdən asılı deyil, bunu etməsəm elə bilirəm nesə çatışmır, elə bilirəm heç hara getmədim, elə Yevlaxda qaldım!) Əgər getdiyim ölkədə ən azı 1 gün mebel mağazalarını gəzmədimdə, elə bilirəm Yevlaxdan kənara çıxa bilmədim!)

Deməli dostumuz Anar Bayramov və Rafiq Vəliyevlə Almaniyaya OktoberFestə gedirdik… mənim ürəyimdə mebel mağazalarının gəzilməsi idi. Amma nə gizlədim, qorxurdum bunlara deməyə, düşünürdüm fikirləşərlər ki, bunlar Bakıdan Almaniyaya mebel mağazaları üçün aparıram!)) Təyyarədə Rafiq yatırdı, düşündüm əsl vaxtdır, Anara dedim… Anar bəlkə səfərimizin 2 gününü mağaza gəzməyə ayıraq?) Anar birinci məqsədi tam tuta bilmədən “Hə” dedi… sonra Rafiq oyananda, gəti etiraz etdilər, heç cürə 1 gündən artıq vaxt qazana bilmədim))

Neysə… mövzudan çox kənarlaşmadan başlayaq sevdiyim (vurğunu olduğum) TOP 5 yeri haqda danışmağa… Axıra ən yaxşıları saxlayaq, hə?)

TOP5 – Löhne – Westfallen. Bu balaca alman şəhərini mən çox sevirəm. Birincisi burada çox gözəl mənzərə var. Bu şəhərdə Westfaliya vilayətinin ən qədim mualicəvi bulaqları çıxır, kurotr şəhəridir demək olar ki. Şəhər digər Alman şəhərlərindən çox fərqlənir, xüsusi canlılıq var Löhnedə. Həmçinin bura mənim biznes məqsədi ilə Almaniyaya getdiyim ilk şəhərdir. Bu şəhərin ətrafında Almaniyanın (həmçinin dünyanın) ən böyük mətbəx mebeli istehsalçıları yerləşir. Vaxtınız olsa mütləq bu şəhərə gedən, xoşunuzada gəlməsədə… gəlib mətbəx mebeli biznesinə girmə ehtimalınız 50%))

TOP4 – Şiofok – Balaton (Macarıstan). Bu balaca kurort şəhəri Balaton gölünün ətrafında yerləşir. Balaton gölü “şirin” suyu və dayaz olması ilə fərqlənir. Bilirsiz… mən baltan kimi üzürəm (balta bilirsiz sudan özünü necə aparır!? – yəni üzə bilmirəm-zad) və təbii olaraq burada batma ehtimalım yumşaq desək yoxdur. Həmçinin Macarıstan cavanlıq etmək üçün super yerdir, neysə bir gün bloqu xanımlar üçün bağlı edəndə ətraflı danışaram!) Hələlik isə, Sizə səmimi deyim, mütləq Şiofoka gedin, təmiz dəniz, mükəmməl xidmət və nisbətən ucuz qiymətlər Sizi sevindirəcək. Söz verirəm!)

Başa düşmürəm ki, bu turizmçilər niyə Balatonu aktuallaşdırmırlar?! Murad, Turizm.az hara baxır?)

TOP3 – Berchtesgaden – Alplar. Sizi əmin edirəm, muasir avropalıların özləri belə bu yerlərə tam bələd deyillər, AMMA və LAKİN çox böyük şeylər itirirlər. Cəmi 8 min əhalisi olan bu şəhərçik Alp dağlarının ən yüksək zirvəsi hesab edilir. Bu yer Hitlerin yay rezidensiyası olan Kehlsteinhausın (qartal yuvası) çox yaxınlığında yerləşir. Dağın bir tərəfində Almaniya digər tərəfində Avstriya görünür. Yaxınlıqda çoxsaylı xırda çaylar və mükəmməl bavariya pivəsi olur!) Mütləq gedin, imkan tapan kimi məndə gedəcəm, istəsəniz birlikdə gedərik, hə?)

TOP2 – Luksor – Qahirə yanında tarixi şəhər. Bir vaxtlarım var idi, tarixi turizmin vurğunu edim. Hətta hansısa şəhərə getməmişdən qabaq internetdə bu yer haqda əməlli-başlı məlumat öyrənirdim, muzeylərə getməmişdən qabaq orda olan əsərləri öyrənirdim, bir sözlə… oxuyan uşaq olan dövrlərim var idi. Bu dövrlər ərzində mənə xüsusi təsir edən yerlərin başında məhz Luksor durur. Misirdə 2 dəfə olmuşam, orda olan əsas şəhərləri (istər turistik Xurqada, Şarm-el-Şeyx, istərsədə tarixi Kair, Aleksandriya olmuşam) amma Luksor mənə xüsusi təsir edib. Nil çayı Misirin bir çox şəhərindən keçsədə məhz Luksorda bu çapa mükəmməl görüntü açılır. Əziz dost, tarixi turizm sənə maraqlıdırsa mütləq Luksorda ol!

TOP1 – Чистые Пруды – Moskva. Sizdən nə gizlədim, dünyada ən sevdiyim şəhər Moskvadır. Ən sevdiyim xarici şəhər. Təbii ki, anadan olduğum Yevlax, paytaxtımız Bakıdan sonra. Düzdür, Rusiya dövlətinin siyasəti hər zaman imperalist məntiqində olub və s. Məndə Türk, Türkiyyə sevgisi hər zaman ən pik nöqtədədir. Buna baxmayaraq mən Moskvanı sevirəm. Məhz Moskva mənim xarakterimi ortaya qoyan ən birinci xarici şəhərdir. Bu şəhərdə mən biznesi daha düzgün başa düşməyə başlamışam (ən azı mənə belə gəlir), bu şəhərdə mən həyatı dərk etmişəm və bu şəhərin tempi mənə çox uyğundur. Mən aktivliyi, işləməyi çox sevirəm. Moskva isə heç vaxt yatmır. Bu şəhərdə həqiqətəndə sevdiyim 2 yer var: Чистые Пруды və Sokolniki Parkı. Hər iki yer istirahət üçün mükəmməldir. Meqapolisin içərinsə çox sakit, sakit olduğu qədərdə gözəl. Mən hesab edirəm ki, Moskvada olan bu iki yerdə mütləq və mütləq olmaq lazımdır.

Əziz oxucu, bu siyahını uzatmaq olardı… hələ çoxlu yerlər var ki, mən çox sevirəm, amma adları burda yoxdur. San-Trope, Milan, Krakov və s. bunlar tam subyektivliyin üzərindədir. Sadəcə demək istəyirəm ki, istirahət çox vacibdir. Bu prosesə vaxt ayırmağa dəyər. Təbii ki, imkan daxilində, hə?)

ƏLAVƏ OXUMAQ ÜÇÜN: