image_pdfimage_print

Bugünlərdə bir məsələyə diqqət etmişəm… işçilərimizin bir çoxunda “Mən” etdim, “Mən” edəcəm, “Mənə” görə oldu… tipli çoxlu sözlər eşidilir. Hesab edirəm ki, biznesdə heç bir şəkildə “Mən” sözündən istifadə edilə bilməz. Bu nəyin ki, biznesə zərər vurur, bu ümumi olaraq şirkət daxili ab-havaya ziyandır. Fikirlərimi izah etməyə çalışım.

Bu yaxınlarda “Mən – Biz” istiqamətdə yazımız var idi. O dəfə biz, biznesdə komanda rolunu və istehsalçı – distribyutor – satıcı – son müştəri münasibətlərindən yazmışdıq. Bu yazı, eyni mövzunun işçi – rəhbər münasibətləri həsr edilib.

İlk əvvəl dini tərəfdəndə biz bilirik ki, “Mən” sözünün deyilməsi ziyandır. “Mən” insanda özündən razılıq hissini artırır, nəticədə biz ətrafımızda olan və (və ya) ola biləcək işləri qiymətləndirə bilmirik. Səhvlər olur və ziyanlar dəyir. Hər dəfə “Mən” sözünü işlədərək işçi özünü yüksək göstərir. Yalnız işçilərmi…

… əsla yox. “Mən” sözünün ən birinci yaranma nöqtəsi məhz rəhbərdir. Başa düşməliyik ki, rəhbəri rəhbər edən məhz ona tabe olan insanlardır. Bu baxımdan rəhbərin “Mən” etdim və s. tipli sözlərdən istifadəsi yol verilməzdir. İdeal rəhbər dirijor funksiyasındadır. O heçnə etmir, amma olmasa musiqi yaxşı çıxmaz.

Yadıma düşür, ilk iş illərimdə bir nəfərin çox xoşuma gələn sözü var idi: “Səhv rəhbərin, uğurlu nəticə isə hamının olmalıdır”. Bu sadə məntiqə xidmət etmək vacibdir. Belə olduqda həqiqi komanda ruhundan söhbət gedə bilir şirkətdə. Diqqət etmək vacibdir ki, işçilər səhv etməkdən qorxmasın, təşəbbüs göstərsin və bu zaman rəhbərin hər zaman uğursuzluq olsa belə yanında olacağını işçi hiss etməlidir.

Güclü komanda “Biz” sözündən başlayır. Şirkətdə “Biz” sözü işçilər arasında mehribançılığa, qarşılıqlı hörmətə və dolayı yollada məhsuldarlığa gətirib çıxarır. “Biz” dedikdə heç bir şəkildə eyni işi müxtəlif adamlara tapşırmaq, məsuliyyəti bölüşdürmək nəzərdə tutmuruq. Əslində “Biz” müxtəlif “Mən”lərin cəmidir. Amma unutmaq olmaz ki, hərənin öz işi olduğu kimi, hamınında biznesdə bir işi var – şirkətin mənfəətini artırmaq üçün əlindən gələni etmək. Hamılıqla, BİZ olaraq.

Bəs soruşa bilərsiniz ki, “MƏN” sözünü heç harda işlətmək olmaz? Məncə olar. Hətta bəzi yerlər var ki, orda “Mən” mütləqdir. Bu məhz iclaslarda, müzakirələrdə olmalıdır. Hər bir insanın, hər bir şəxin mütləq və mütləq öz “Mən”i, öz fikiri olmalıdır mütləq.

Məsələn, Sizin oxuduğunuz bu bloq, mənim olmasada (bu bloqda Sizindir, yəni oxucunundur) səslənən fikirlərə görə “MƏN” məsuliyyət daşıyıram. Necə deyərlər, bu bloqda səslənən bütün səhv, düzgün olmayan sözlərə görə, qrammatik səhvləri “edi – idi”, “g-q”, “da-də” və s. görə MƏN, doğru düzgün fikirlərə görə BİZ məsuliyyət daşıyırıq.

Əzix oxucu, bizim bloqu oxuyun, söz verirəm, maraqlı olacaq. Bu bloq BİZİMdir!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close