image_pdfimage_print

Əminəm ki, Sizdə orta statistik Azərbaycan vətandaşı olaraq yay aylarında ölkəmizin turizm potensialı barədə ətraflı düşünürsüz, hətta niyə filan işi etməyim… kimi suallarda verirsiz və bu fikirlər sentyabr ayının birinci 10 günlüyü ərzində Sizi tərk edir. Təbii haldır, araşdırmalara görə biznes qurmaq istəyən insanların 40% yay fəslində turizm sektorunda iş qurmaq istəyir!)) Bugün mən Sizə turizm sektoru haqda deyil, iqtisadi nəzəriyyəyinin çox faydalı bir istiqaməti – qiymət elastikliyindən danışacam. Ölkəmizdə tikilən, böyük, bahalı 5 ulduzlu Hotellərin ildə, sahiblərinə ən azı 1 mln. manat ziyan vurma səbəbləri barədədə açıqlama vermək istəyəcəm. Maraqlı olsa oxuyarsız, yaxşı?)

İlk əvvəl deyim ki, 2016-cı il ölkəmizdə sözün əsl mənasında turizm ili, olduğunu qeyd etmək lazımdır. Bir tərəfdən Rusiya – Türkiyyə, digər tərəfdən Türkiyyədə olan qeyri-sabitlik, başqa tərəfdən manatımızın devalvasiyasından sonra Azərbaycanda ən ucuz 5 ulduzlu Hotel təklifləri, birdə 3-5 İnstagram şəkili bu il bizə yaxşı turist gətirdi. Yaxşı turist sözü əlbəttə, subyektiv yanaşmadır, biz müqayisəni özümüzlə, yəni keçən ilin eyni dövrü ilə edirik.

Ordan-burdan eşitdiyim məlumata görə yalnız İraqdan iyul ayında ölkəmizə 16 min turist gəlib. Bu superdir. Superdir deyəndə ki, neft pullarına alışmış ölkə üçün bu heçnədir (özünüz düşünün, 16 min turist, olsun 3 ay… bunuda vururam adama 2 min dollar (maksimum) xərclədiyi pul, edir ayda 3,2 mln…) amma yenədə min şükür. Bu sahədə biznes qurula bilər.

Sizi bilmirəm, mən hər dəfə Qubada, Şamaxıda, Qəbələdə (!), tikilmiş 100 milyonluq Hotelləri görəndə ürəyim ağrıyır. Hər dəfə istirahətə getdiyim yerlərdən, ürək ağrısı ilə ayrılırdım… özümdən asılı deyil, biz gördüyümüz işləri dırnaqlarımızla “qaşıya-qaşıya” etmişik və mən görəndə ki, bir biznesə pul “sel” kimi tökülüb, ortadada heç nə yoxdur – çox pis oluram. Razılaşın ki, Azərbaycanımızda turizmə qoyulan pullar “havadan” gəlmiş pullara bənzəyir. Metafora ilə desək, ölkəmizin turizm sektorundan “neft” qoxusu gəlir.

Ölkəmizdə olan Hotellərin illik “dolma” faizi 20% yuxarı deyil. Dünya üzrə belə bir prinsip var ki, əgər hansısa bir Hotelin dolma faizi illik 50% aşağıdırsa, deməli biznes ziyan verəcək. Dolayı yolla ölkəmizdə olan Hotel – Turizm sənayesi tam olaraq ziyandadır. Hələ burda, dövlətimiz səviyyəsində, ölkəmizin tanıdılmasına xərclənən pullar nəzərə almadandır. Yəni biz bura, Azərbaycanımızda təşkil edilmiş beynalxalq tədbirlər üçün çəkilən xərclərin 50% faizini salsaq, görəcəyik ki, sektorun olmasındansa, olmaması yaxşıdır. Bəs nədir səbəb?

Biz əsas səbəblərdən biri kimi, turizm sektorunda qoyulan qiymət qoyma siyasətini düşünürük. Səbəblər çoxdur, amma qiymət elastikliyi nəzərə alınmadan işin aparılması bu səbəblərdən biridir.

İqtisadi nəzəriyyə bizə öyrədir ki, istənilən biznesdə xərc anlayışı iki hissəyə bölünür: sabit və dəyişən xərclər. Sabit xərclər satışından asılı olmayaraq sahibkarın “çiynində” oturan dəyişməz qalan xərclər, dəyişən xərclər isə təsərrüfat fəaliyyəti ilə əlaqəli istiqamətlər aiddir. Hotelçilikdə bu məntiqi bilmədən qiymət qoyma biznes subyektini məhv edə bilər.

Məsələn, düşünün ki, Quba Rixos Hotelinin illik sabit xərci – 1 mln, və ya ay bazında görürsən 80 min manatdır. Təxmin edək ki, Hoteldə 170 otaq var. Əgər Hotel il boyu 20% doluluqla çalışıbsa (hansı ki, 2015 – 2016-cı illərdə deyiləndən yuxarı ola bilməz), deməli bir otağın minimum qiyməti, səhər yeməyi olmadan 90 manatdan başlayır. Bu qiymətə heçnə daxil deyil (!). Aydınlıq olsun deyə aşağıda hesablama edib, söhbətimə davam edəcəm:

(Aylıq xərc) – 100 000 manat, Nömrə sayı 170, illik dolu olma faizi 20%, Burda minimum otaq qiymətini çıxaraq

Minimum otaq qiyməti= 100000/ 170x 0,2 x30 (gün sayı) = 90 manat. 

Beləliklə gördüyünüz kimi, şərti olaraq götürdüyümüz Rixos Quba Hotelində dəyişən xərclər sayılmadan. minimum qiymət 90 manatdır, yəni mayası 90 manatdır.

Yenə, iqtisadi nəzəriyyə bu yerdə deyir ki, sabit xərcləri aşağı salmaq üçün, satışı artırmaq lazımdır. Məsələn, əgər Hotelin dolma səviyyəsi 50-60% qalxsa, Hotel hətta 80-90 manata standart otaq satsa belə indi ki, vəziyyətdən daha sərfəli çıxacaq. Başqa sözlə desək, Azərbaycanda turizm sektorunun inkişafı, qiymət qoymadan, qiymət qoyma isə, qiymət elastikliyindən asılıdır. Mənim ki, savadsız adamların diliylə desək, turizm sektorunda, qiymətiləri aşağı salsaq, daha çox pul qazanma şansı var.

Eyni məntiq restoranlar, eyni məntiq əyləncə mərkəzləri, eyni məntiq şadlıq saraylarına aiddir. Qiyməti aşağı salmaqla bəzən biznes daha çox mənfəət əldə edə bilir. Ölkəmizin turizm sektorunun inkişafı üçün düzgün və sistemli qiymət qoyma siyasəti mütləqdir. Yoxsa bizim Hotellər ildə hərəsi 500-600 min zərər edəcəklər. Əvvəllər bu pulları “müəllim” ödəyirdisə, bügün neft pullarının yoxluğu hətta məmur bizneslərini belə daha sistemli düşünməyə vadar edir. Etməlidir.

Çox sevindirici haldır ki, 2016-cı ildə turizm sektorunun inkişafı üçün dövlət dəstəyi ciddi şəkildə hiss edilir. İstər yoxlamaların sadələşdirilməsi, istər ümümi ölkəyə turist gəlişinin təşviq edilməsi artıq öz bəhrəsini veir. İndi sadəcə bu templəri artırmaq lazımdır.

Əziz oxucu, inanıram ki, fikirlərimi Sizlərə çatdıra bildim. Onlardan kimisə görsəniz xahiş edirəm, deyin bu yazını oxusunlar, yaxşı?)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close