image_pdfimage_print

Dünən çox mükəmməl bir toyda oldum: açıq hava, çox “şirin” masa kolleqaları (Rafiq, Anar, Kamran və s.), mükəmmə musiqi və ən əsası sözün tam mənasında xoşbəxt olmağa layiq cütlük. Necə deyərlər, belə məclisdə içmədəndə… olar. Bu toyun əsas xüsusiyyətlərindən biridə burada müxalifət nümayəndələrinin, Xədicə İsmayılovanın, Şahvələd Çobanoğlu, Mehman və s. adlarınıda bilmədiyim Amma simalarını yaxşı tanıdığım müxalifətçilərin bu toyda iştirakı idi. Sizdən nə gizlədim, bu toyda özüm üçün bir neçə fikir formalaşdırdım. İstəyirəm Sizinlə paylaşam.

Sizə deyim ki, mən toylara çox gedən deyiləm. Amma bu toya getməmək mümkün deyildi… birincisini evlənənlər bizim üçün çox dəyər verdiyimiz istiqamət olan Marketinq AİR məzunları idilər. Həm bəyimiz Pərviz bəy, həmdə gəlinimiz Nigar xanım… AİRçidilər. Bu superdir ki, artıq AİRçilərin toyu belə olur!

İkincisi bəyimiz Pərviz son dərəcə güclü insani dəyərləri olan biridir. Onun toyunda mütləq olmaq lazımdır. Sözünə düz, vicdanlı insanların yanında olmaq vacibdir.

Üçüncüsu bizim həmtəsisçimiz olduğumuz ölkəmizdə İLK onlayn mebel fabriki olan ForHome.az saytının rəhbəri Nigar xanımdır. Bu o deməkdir ki, iş yoldaşımızdır, partnyorumuzdur. Onu deyərləndirmək vacibdir.

Bu toyda biz həm oğlan evi, həmdə qızı ev rolunda idik. Oğlanda – qızda Marketinq AİRçi idi. Belkədə məhz buna masada oturanların 70% AİRçilər idi!)

Neysə… bəs bu toyda mən özüm üçün nə nəticələr çıxardım? Əziz oxucu, siyasət, siyasi düşüncə insanın necə olmasına heç bir formada təsir etmir. Ümumiyyətlə siyasət heç bir formada insanın özəlliklərini göstərə bilməz.

Məni tanıyanlar bilir ki, mən heç bir siyasi tərəf saxlamıram, mən iqtisadçıyam, bizneslə məşğulam və düşüncələrimi bu prizmadadır. Fokus olmaq çox vacibdir bizim cəmiyyətin ən böyük problemlərindən biri bilirsiz nədir? Düzdür… biz öz yerimizi bilmirik. Biri bizneslə məşğul olur – gözü hansısa məmurdu olur, biri dövlət qulluğunda işləyir – amma gözü biznesdə olur. Əzizlərim fokus olmaq lazımdır, gücü bir nöqtə vurmaq lazımdır, bu zaman gördüyünüz işlərində real effektini hiss etmək olur.

Nə desəkdə, biz bilirik, bilməliyik ki, siyasət heç vaxt bizneslə bir arada olmayıb, olada bilməz. Biznes daha çox pul qazanmaq elmidir, biznes daha çox iş yeri yaratmaq, daha çox dəyər yaratmaq və bu dəyərlərdən pul qazanmaq üçün lazımdır.

İnanın, inanın ki, yaxşı insan olmaq üçün siyasi görüş, siyasi baxış bucağı vacib deyil. Toyda evlənən cütlüyü təbrik etmək üçün mənə söz verdilər… və mən digər danışanları dinləyib hiss etdim, insan həyatında ailə dəyrlərindən, sevgidən, qarşılıq hörmətdən uca heçnə yoxdur. Xoşbəxt insan – xoşbəxt ailədən, xoşbəxt cəmiyyət isə xoşbxt ailələrdən başlayır.

Bügün Azərbaycanımızın istər iqtitar dairələrində, istərsədə müxalif yönümlü insanların arasında çox saylı savadlı, bilikli, xalqını sevən insanlar var. Bu superdir. İndi olan müxalifət keçmişdəkilərdən daha savadlıdır, indi olan iqtidarın gənc kadrları keçmişdəkilərdən xalqını daha çox sevir və s. Daha əvvəldə bu mövzuya toxunmuşdum… mən istər polisdə, istər prokuratura, istər Vergi, istərsədə yerli icra orqanlarında çalışan çoxlu gənc, öz biliyi ilə işləyən, vətənini sevən adamlar tanıyıram. Dünən olduğum toyda gördüm ki, müxalifət arasındada bu var. Sadəcə və sadəcə hərə öz işini daha mükəmməl görmək üçün çalışsa inanın ki, vətənimiz cənnət olar.

Əziz oxucu, Sizin icazənizlə mən bir daha bu iki gənc Azərbaycanlı ailəsini ürəkdən təbrik etmək istəyirəm. Arzu edirəm ki, bu ailə nümunəvi sevgi, saxlıq və millətimizə qarşı sevgiyə bizi daim sevindirsin!

Birdə nə gizlədim Marketinq AİR ailəsini təbrik etmək istəyirəm… artıq 500-ən çox məzunla, ölkəmizin sərbəst düşüncəli gənc biznes elitasını yaratmaq əladır!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close