image_pdfimage_print

Əziz oxucu, bügün bloqda Sizinlə Marketinq direktorunun imici və ya daha konkret desək, marketinq direktorlarının şəxsi PR-ı və ya tanınması barədə danışacaqdıq. Amma bloqa girdikdə gördüm ki, bügün xüsusi gündür. Bu yazıda özəldir – bu yazı ilə biz 900-cü yazını Sizinlə paylaşırıq. İstədim Sizlərə bu haqda bəzi məsələləri xatırladım.

Son vaxtlar başımının çox qarışıq olması ilə əlaqəli bloqumuzda çox yaza bilmirəm. İşləri sistemləşdirim… başa gələn biznes-keyslər barədə daha aktiv paylaşımlar edəcəm. Bugünlərdə biznes təcrübəmə 3 tamamiylə yeni istiqamət əlavə edilir. Bu layihələr aşağıdakılardır:

  • ForHome.az onlayn mebel fabriki. Burada biz internet üzərində mebel satışı ilə məşğul oluruq. Əsas rəqabət üstünlüyü kimi, biz fabrikdən bir-başa evə mebel çatdırırıq. Vasitəçi sayı minimuma endirildiyindən, fabrik keyfiyyətli mebelləri son dərəcə münasib qiymətlərlə təklif edirik. ForHome mebel fabriki mebel alışını rahatlaşdırır;
  • German Studio mətbəx yeni modellər. German Studio artıq 7-ci ildir ki, müştərilərinə Alman mətbəx mebelləri təklif edir. Devalvasiya biznes modelimizdə dəyişiklik etdi. Tezliklə, biz German Studio çərçivəsində daha dərinləşmiş və mətbəx mebelinə ixtisaslaşmış təkliflər edəcək;
  • Yeni corafi reqionda satış nöqtəsi açmaq. Biz bölgələrdə olan mebel satışı mağazalarımızın sayını artırmaq üçün tezliklə yeni bir reqionda mağaza açmağı düşünürük. Bununla bağlı yer seçimi üçün axtarışlar edirik.

Əlbəttə, tənbəllərin sözü olmasın bu aralar başım qarışıq olduğundan bloqumuzda ayda cəmi 12-14 yazı paylaşa bilirəm. Əslində özümdə bilirəm tənbəllik edirəm… amma Sizə söz verirəm ki, tezliklə çox maraqlı bloq postlar Sizləri gözləyir, çünki yeni biliklər əldə edirəm. Bilirsiz… bu bloqda biz Sizinlə yalnız etdiyimiz və əmin olduqlarımızdan danışırıq.

Bloq bizim üçün son dərəcə əhəmiyyətlidir. Bu həm xobbidir, həm öz üzərimizdə işləmək üçün bir alət, həmdə bloq bir tribuna rolunu oynayır. Biz bloq vasitəsi ilə Sizinlə söhbət edirik. Fikirlərimizi çatdırırıq və s.

Bloqumuz ölkədə marketinqin inkişafı üçün ən böyük hərəkət olan Marketinq AİR bir hissəsidir. İstər mənim, istər Marketinq AİR hərəkatının digər təsisçiləri olan Anar və Rafiq əsas məqsədiz ana dilimizdə daha çox kontent yarada bilməkdir. Məhz buna görə bloq bizim üçün strateji əhəmiyyət kəsb edir. Bəlkədə bu həvəs, bu amal bügün Sizin oxuduğunuz bloqu Azərbaycanda ən böyük kontenti olan bloq edir. Bəlkə buna görə Siz 900-cü bloqu oxuyursunuz.

Marketinq bu dəfə daha fərqli mövzularla çıxış edəcək. Təsəvvür edin, bu il biz ilk dəfə olaraq Marketinq AİR təlimləri ilə paralel yeni istiqamət olan dijital istiqamətə ixtisaslaşmış təlim proqramı təklif etdik – dijital AİR (!). Nəticələr məni çox sevindirir. Sözün əsl mənasında təlim tam olaraq dolu keçirilir. Bu təlim bizim məzunlarımızdan olan Aysel Jabrayılova və Perviz Azimov tərəfindən təşkil edilir. Dijital AİR uğuru AİRçilər üçün böyük sevincdir.

Sizə bir söz deyim… amma öz aramızda qalsın. Yəgin ki, Marketinq AİR davamçılarıda elə AİR məzunları olacaq. Bu superdir. Bu o deməkdir ki, Marketinq AİR öz missiyasını maksimum həyata keçirməyə çalışır. Milli Marketinq Forumu, Dijital Forum kimi mötəbər tədbirlər keçirmək, marketinq haqda kitablar yazmaq bizi çox sevindirir, amma AİR bir brend olaraq yeni istiqamətlərə keçməsi bizim üçün əsl fəxarət yeridir!

900-cü yazını yazsamda elə bilirəm ki, hələ bloqda Sizinlə çox saylı mövzular haqda danışmalıyıq. Bizi oxumağa davam edin, söz verirəm ki, çox maraqlı olacaq. Birdə əgər hələdə Marketinq AİR ailəsinə qoşulmamısınızsa… təcili olaraq qeydiyyatdan keçin. Hələ 5-6 boş yer var. Marketinq AİR bu dəfə super olacaq!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close