image_pdfimage_print

Bugün İqtisad Universitetində muhazirəmiz çərçivəsində qiymət elastikliyi barədə söhbət edirdik. Tələbələrimizlə bir neçə müzakirələrdən sonra, brendlər gücləndikcə qiymət elastikliyinin azaldığını hiss etdik. Başqa sözlə desək, brend nə qədər güclüdürsə onun qiymətdən asılılığı bir o qədər azdır, brendin gücü ilə, qiymət elastikliyi arasında əks əlaqə var. Sözün gedən məsələ, böhran dövrlərində dahada aktuallaşır. İstəyirəm bu haqda olan fikirlərimi bölüşüm.

Yadıma gəlir, ikinci devalvasiya olduqdan sonra ölkədə qida məhsullarına qiymət xeyli artdı. Təbii olaraq. Məndə orta statistik Azərbaycanlı olaraq ailə büdcəsində hansı xərcləri azaltmaq mümkün olduğu barədə düşündüm və elə İLK olaraq ağlıma alış zənbilini “dollardan” xilas etmək oldu. İstədim ki, yalnız yerli mal alım, nəticədə qiymət daha münasib olsun.

Fikir verdim ki, xarici köklü məhsulların hamısı brenddir. Dedim… eşi brend olsa nə olar?! Hamıya brendinqdən danışan mən… indi durub özüm brend xəstəliyinə tutulacam?!

Allah hər birinizin övladının canını sağ eləsin, bizim oğlanın çox sevdiyi bir şokolad yağı var idi… Nutella. Düşündüm balaca uşaqdır, bu nə bilir Nutella nədir… elə birinci bu şokolad yağından başlayım. Onun yerinə yerli analoqu olan, elə “upakovkasıda” oxşar bir digər məhsul aldım və sevinə-sevinə getdim evə ki, “iVse mən uje anti-krizis planı tapmışam…”

3-4 gün sonra evdən məni “ŞOK” edəcək bir xəbər aldım… “okazıvaemiçka” oğlum yalnız və yalnız Nutella istəyirmiş. Bir neçə dəfə cəhd göstərib Nutella alternativi olan yerli brendə evdə “reklam” filmi çəksəmdə… oğlum istəmədi ki, istəmədi.

… nəticədə biz yenidən Nutella brendinin istifadəçisinə çevrilimişik və ən azı növbəti devalvasiyaya gedər bu mövzu evimizdə müzakirə edilmir. Eyni şey başqa brendlərdədə var. Qar olsun, boran olsun, böhran olmur nə olur olsun, brend həqiqətəndə brenddir. Bizim həyatımıza girməklə yanaşı istehlakçı səbətində özünə yer qazanıb.

Bilirsiz, bu yeri necə qazanıb haqqında danışmaq bizim bügün dediklərimizin heç bir şəkildə mövzusu deyil, amma bir məsələdən əminəm – muasir dövrdə brend qurmadan mənfəətli biznes qurmaq mümkün deyil. Əgər qurmaq istədiyiniz biznesdə ciddi şəkildə pul qazanmaq, uğurlu olmaq istəyirsinizsə, heç düşünmədən brend qurun və ya yaratdığınız brendə pul qoyun.

Böhran dövründə ən yaxşı investisiya brendə qoyulan puldur. Hər şey batsada, brendə qoyulan investisiya karlı olaraq qalır və heç yerə getmir. Devalvasiyayada uğramır.

Sizə deyim ki, böhran dövründə brend qurmaq, güclənmək daha rahat ola bilər. Bilirsiz ki, belə vaxtlarda sıradan bizneslər reklamları dayandırırlar. Deməli Siz reklam aktiv şəkildə pul qoysanız, müştəri beyinlərində dahada güclənəcəksiniz. Rəqiblər etmir, Siz edirsiniz.

Güclü brendin daha bir üstün cəhəti şirkəti qiymət müharibələrindən xilas etmək olur. Brend olmayan şirkətlərə daim satış kanalları tərəfindən, satıcıdırsa, istehsalçı tərəfindən təziqlər olur. Brendinq fəaliyyəti biznesi premiyal qiymət qoyma yolu ilə rəqabətdən kənarlaşdırır.

Əziz oxucu, əgər ağlınızdan yeni biznes ideya keçirsə, mütləq və mütləq bunu Sizə özəl marka, brend formasında edin. Bu Sizin quracağınız biznesi yeni ab-hava qatacaq. Yox əgər artıq biznesiniz varsa, heç düşünmədən brendinizə pul – investisiya yatırın. Söz verirəm artıqlaması ilə geriyə qaytaracaqsınız.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close