image_pdfimage_print

Əziz oxucu, bilirəm ki, çoxtandı Sizinlə söhbət edə bilmirik… xahiş edirəm məni üzrlü hesab edəsiniz. Bugünlərdə çox stresliyəm, nesə işlərimin həcmi artıb, bu məndə yorğunluq, həmdə stres yaradır. İnanıram ki, müvəqqəti çətinlikdir və tezliklə bloqumuz “normal” hesab etdiyimiz, həftədə minimum 3 yazı sisteminə dönəcək. Sizə danışmaq istədiyim o qədər çox şey var ki… istəyirəm bu dəfə bloqumuzda mənim üçün çox təsirli hesab etdiyim hadisələr, Daha doğrusu silsilə olaraq dərs çıxara biləcəklər barədə danışım.

Birinci yazımızı türkiyyənin ən varlı ailəsi Sabri Ülkərdən yazmaq istəyirəm. Həqiqilik dərəcəsi 100% olduğuna inandığımdan istəyirəm, Sizlərdə biləsiniz…

Hadisə #1Sabri Ülkər – Bu iş çox karlı… Deməli günlərin bir günü türkiyyənin ən varlı adamı olan Sabri Ülkərin yanına bir gənc meneceri gəlir. Sevinə-sevinə deyir ki: “Sabri bəy… Sizin üçün mükəmməl bir biznes ideya gətirmişəm”. Sabri Ülkər layihə ilə tanış olur. Layihə çox mənfəətli görünür, bir türk iş adamı, millət vəkilinin dəstəyi ilə İstanbulda 8 yanacaq doldurma stansiyası açmaq istəyir. Çox mənfəətli bir layihə görünür və Sabri Ülkərdən cəmi 500000 dollar qoymaqla şəriklik təklfi edilir. Gənc menecer 100% uğurlu layihə olduğuna və Sabri bəyin təşəkkür edəcəyini düşünür…

… Sabri bəy isə: “Bu iş çox karlıdır… biz bunu edə bilmərik” deyir. İlk olaraq gənc menecer çaşıb qalır. Necə yəni, çox karlıdır? Biznes karlı olduğu zaman daha məntiqli olmazmı, deyə düşünür. Amma Sabri Ülkər sözlərinə davam edir… “Biz 10 qəpik qazanca öyrənmiş adamlarıq, artıq pula bizim nə mədəmiz, nədə ağlımız hazır deyil. Bizim işlərdə zəhmət olur. Həm biz süd qoxusuna öyrənmişik, petrol qoxusu bizim üçün yaramaz. Mənə az karlı təklfilər gətir. Təmiz olsun, əziyyətli olsun, amma bizim olsun. Petrol bizim işimiz deyil…”

NƏTİCƏ: Sabri Ülkər biznesdə böyük mənfəətlərlə işləməyin uzunmüddət mümkün olmayacağını bilir. Həm yüksək mənfəətli sektorlarda hər zaman, “əyri” işlər olur. Eyni zamanda ən karlı iş, bildiyin işdir prinsipi vacibdir. Bilmədiyiniz işlərə girmək çox səhv və əksər hallarda uğursuz olur. Bizim taxıl əkməyimiz kimi

Hadisə #2Sabri Ülkər – Biskvit endirimi… Türk iqtisadiyyatını təhlil etsəniz əminliklə görəcəksiniz ordan olan böhranlarla, devalvasiyalarla, büdcə kəsiri ilə müqayisədə Azərbaycanda vəziyyət “toya” gedələsidir. Deməli… 1950-1955-ci illərdə Türkiyyədə devalvasiya tez-tez baş verir və dolayı yolla qiymətlər qalxır. Növbəti devalsiyadan sonra, ölkədə unun qiyməti xeyli qalxır və təbii olaraq Sabri Ülkərdə eyni adlı Ülkər tortlarının qiymətini artırır. Türk xalqı kütləvi qiymət artımına etiraz edir və dövlət direktiv şəkildə qiymət artımın qarşısını alır. Ölkədə qiyməti qalxmış bütün məhsulların qiyməti 40% aşağı düşür. Təbii olaraq Ülkər biskvitlərinində…

… bu zaman Sabri Ülkər öz menecerlərini Türkiyyənin vilayətlərinə ezam edir və mağazalarda köhnə baha qiymətlərlə aldıqları bütün Ülkər məhsullarının qiymətini salır. Dolayı yolla ticarətçiləri ziyandan xilas edir. Hamı Sabri Ülkərə, dolayı yolla şirkətə minnətdarlıq edir.

Hadisədən 5-6 ay keçdikdən sonra, xəbər yayılır ki, ölkədə yenidən qiymətlər düşə bilər. Türkiyyə iqtisadiyyatı “donur”. Heç kim, həçnə almır, çünki hamı gözləyir ki, qiymət düşəcək və alışlarını saxlayır. Bütün iqtisadiyyat iflic vəziyyətinə düşür. Amma Ülkər şirkətinin satışları 2 dəfə artır (!). Səbəb çox sadə olur, ticarətçilər əllərində olan artıq pullarını Ülkər məhsulları alırlar. Düşünürlər ki, əgər qiymət qalxsada Sabri Ülkər yenidən kompensasiya verəcək!)

NƏTİCƏ: Biznesdə partnyorlara dəstək vermək, ədalətli işləmək çox effektiv investisiların başında durur. Diqqət etmək lazımdır ki, bu sistemli xarakter alsın. Məhz belə etdikdə uzunmüddətli mənfəətli və karlı biznes qurmaq olar. Sabri Ülkər birinci devalvasiyadan sonra etdikləri nəticəsində böhrandan ən karlı çıxan və inkişaf edən Türk biznesi oldu.

Hadisə #3İş ev edər, ev iş etməz… Sabri Ülkərin biznesi bir zamanda çox pis getməyə başlayır. Ailənin sahib olduğu şəhər kənarı bir mülk olur. Sabri Ülkər xanımını və övladranını başına toplayır və onlardan evi satmaq üçün icazə istəyir. Bu zaman ailə çox təəcüblənir, axı evi Sabri Ülkərin elə özü almış olur. Tezliklə Sabri bəy, evi satır. Xəbəriniz olsun ki, Ülkər ailəsi hal-hazırda əmlak sayına görə Türkiyyənin ən varlı ailəsidir.

Daha sonra Sabri bəy, hər dəfə deyir… “Ev iş yapmaz, iş ev yapar… Biznes adamının özü deyil, şirkəti zəngin olmalıdır!”

Əziz oxucu, hesab edirəm ki, biznesdə böyük uğur qazanmış adamların tarixini bilmək çox faydalıdır. Bloqumuz çərçivəsində bildiyimiz belə adamlar barədə Sizinlə söhbət edəcəyik!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close