image_pdfimage_print

Ölkənin ilk praktik marketinq istiqaməti olan Marketinq AİR – 100% doluluqla, oktyabr ayının birindən Demirçi Plazada start verir. Marketinq AİR marketoloqların inkişaf bazası olaraq bu dəfə bir sıra yeniliklər edəcək. Maraqlıdırsa, xahiş edirəm 5 dəqiqənizi ayırın…

Əvvələ fəxarət hissi ilə demək istəyirəm ki, 2016-ci il Marketinq AİR genişlənməsi və dahada şaxələnməsi üçün qızıl il kimi başlayıb. Məhz bu il, biz ilk dəfə olaraq Marketinq AİR brendini yeni qolu olan Dijital AİR təlimlərini təqdim etdik. Sevindirici haldır ki, Dijital sözün əsl mənasında “tutdu”. 30 nəfər məzun, AİR “bayrağı” altında keçirilən dijital AİR-də iştirak etməklə yanaşı, bu təlimi dəyənlərin hər ikisi AİR məzunu olmasa, bizə xüsusi sevinc qatır. Bu o deməkdir ki, AİR “köhnəlmir”, bu o deməkdir ki, AİR yalnız: Anar, İlkin və Rafiq deyil. Marketinq AİR bügün bir marketinq istiqamətidir.

Qabağa qaçaraq deyim ki, tezliklə Marketinq AİR-in dijital AİR-paralel, bir neçə məsulları olacaq və ən əsası bu məhsulların hər biri AİR məzunları tərəfindən yaradılacaq. Nə gözəl bizə! Görün necə gözəl hisslərdir… sənin tələbələrin, sənin məktəbində dərs deyir!

Sizlərində bildiyi kimi, Aysel Cəbrayilovanın xüsusi səyi nəticəsində artıq ikinci ildir Dijital Forum təşkil edirik. Əgər birinci il, Forum ADA Universitetdə keçirilmişdisə, bu dəfə Forumun konsepti daha ciddi, biznes forma alır. Bu il Dijital Forum Kempinski Hotelində keçiriləcək. İnanıram ki, Dijital Forum, Milli Marketinq Forumunun “balaca” qardaşı olaraq özünə xüsusi hörmət qazanıb, qazanacaq.

… deyə bilərsiniz ki, Milli Marketinq Forumunun, Facemark saytının, Dijital Forumun… Marketinq AİR-ə nə əlaqəsi var!? Cavab verim… Marketinq AİR lider edən məhz onun ətrafına bərkidilmiş aktivliklərdir. Bu akitvliklər AİR-i yalnız təlim olaraq deyil, həmdə bir icma olaraqda gücləndirir. Hər dəfə deyirik, Marketinq AİR kimi təlim demək olar, amma orda olan mühiti, həyacanı yaratmaq çox çətindir. Çünki AİR-də hamı bilik və bacarığını sistemli şəkildə paylaşır. Biz öyrətmirik, biz paylaşırıq. Bir vaxtlar, ekspromtla yaranan, AİR-in belə güclü olması superdir!

Bu dəfə Marketinq AİR çərçivəsində biz marketinqin daha çox təhlil, araşdırma və yeni bazarlar tapma istiqamətinə əhəmiyyət verəcəyik. Başqa sözlə desək, indi ki, Marketinq AİR-ə riyazi düşüncə tərzi əlavə ediləcək. Muasir marketinq bugün daha çox hesablamalar, gələcəyi proznozlaşdırma və hədəflərin düzgün qoyulması üçün addımları özündə birləşdirən bir fəaliyyəti çevrilmişdir. Marketinq AİR zamanın tələninə uyğun olaraq dəyişir, təkmilləşir. Bu mütləqdir.

Daha maraqlı məqam Marketinq AİR özündə ev tapşırıqları sisteminin dəyişdirilməsidir. Biz əvvəllər ev tapşırığını cəmi 1-2 dəfə edirik. AİRçilər bilir… bunun xüssusi həyacanı var idi: ev tapşırığı, xüsusi keyslər, həyacanlı təqdimat və s. İndi biz bunu hər mövzuya uyğun edəcəyik. Daha doğrusu, əsas ev tapşırığı qalmaq şərti ilə, hər mövzuya uyğun keyslərdə olacaq.

Sabah AİRçilərlə ilk tanışlığımız olacaq. Oktyabrın birindəndə Marketinq AİR – 9 başlayır! Hər dəfə təlimi 3-5 gün, qalmış ən azı 10 nəfər əlavə müraciyyət olur. Dostlar-tanışlar, inanırsız… qohumlar!) Bu dəfə cəmi-cümlətəni 6 nəfərlik boş yerimiz (hələlik boş haaa!). Təəsüf ki, Marketinq AİR-də bizim 40 nəfərlik limitimiz var. İstəyiniz varsa, təcili qeydiyyatdan keçin!)

Əziz oxucu, bir sözlə Marketinq AİR öz gücü ilə, sürətini artıraraq hərəkət edir.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close