image_pdfimage_print

Əziz oxucu, biznesə ən yaxın olan peşə hansıdır deyə sual versələr heç düşünmədən marketoloqlar deyərdim. Bunun bir neçə vacib səbəbləri barədə danışmazdan əvvəl istəyirəm bu yazıda Sizə son bir ildə marketoloq peşəsi barədə düşündüklərimi Sizə paylaşım.

Sizlərində bildiyi kimi, mən özümü “ştatlı” marketoloq hesab edirəm. Hal-hazırda bizneslə məşğul olmağıma baxmayaraq, ilk iş yerim marketoloq olub, bu istiqamətdə elmləri namizədlik dissertasiyasını müdafiyə etmişəm, ali məktəblərdə bu fəndən mühazirələr oxuyuram, marketinqin muasir qolu olan brendinq barədə ana dilimizdə ilk və yeganə kitabın müəllifiyəm, Marketinq AİR kimi güclü marketoloq yetişdirən istiqamətində həmtəsisçilərindənəm, Milli Marktinq Forumu edirik və s. yəni uzun sözün qısası ölkədə marketinq sözü deyildikdə məncə mənimdə adım yada düşə bilər.

Sahibkarlıq, biznes fəaliyyəti ilə aktiv məşğul odluqca marketoloq peşəsi, marketoloqlar barədə fikirlərimdə dəyişikliklər olub. Bunlar hansılardır? İcazə versəniz bənd-bənd Sizə deyərdim.

Yaxşı Marketoloq necə olmalıdır? Marketoloq hər cürə ola bilər. Məsələn, yaxşı həkim necə olmalıdır? Bəs yaxşı, mühəndis? Dostlar yaxşı marketoloqun düsturunu axtarmayın. Marketinq, bügün biznesin ayrılmaz tərkib hissəsinə çevrilib. Heç bir biznes, marketinq fəaliyyəti olmadan yaşaya, inkişaf edə bilməz. Biznesin güclü olması üçün, şirkətdə güclü marketinq fəaliyyəti olmaldıır. Güclü marketinq nədir? Güclü marketinq şirkətə uzunmüddətli dövrdə daha çox pul qazandıra biləcək fəaliyyətin cəmidir. Dolayı yolla, yaxşı marketoloq şirkətdə bu prosesləri həyata keçirmək üçün biliyə, bacarığa və ən əsası enerji(hədəsə) sahib olmalıdır.

Marketoloqa marketinq təhsili lazımdırmı? Məncə çox lazımdır. Marketoloqa düşünə bilmək lazımdır. Amma düşündüyünü yaxşı icra etmək üçün mütləq və mütləq ixtisasını yaxşı bilməlidir. Biz hər dəfə deyirdik ki, uğurlu marketoloq 100% olaraq götürsək, praktik bilik – 60%, əlaqə qura bilmə bacarığı – 30%, nəzəri biliklər 10% təşkil edir. Amma unutmaq olmaz ki, yaxşı nəticə üçün mütləq və mütləq nəzəri biliklər şərtdir. Baxın… nəzəri biliklər dediyimiz zaman, biz təməl iqtisadi biliklərlər yanaşı, marketinq elminin əsası olan təhlil etmə metodlarınıda nəzərdə tuturuq.

Marketoloqların özlərini PR etməsi doğrudurmu? Kimin üçün?! Baxın, burada məntiq çox sadədir, güclü şirkətlər çalışan marketinq menecerlərini KİV-də görünməməsini istəyirlər. Məsələn, Mars kimi, P&G və ya Unilever kimi şirkətlərin “düşünən” marktoloqları heç vaxt çalışdıqları illərdə özünü PR etmir. Yalnız işdən çıxdıqdan sonra, biz onları Forumlar, Komfranslarda görə bilirik. Məntiq çox sadədir, o şirkətin ki, marketinq direktorunu tanıyırlar, deməli burada marketinq fəaliyyəti deyil, marketinq direktoru işləyir. Bu marketinqin zəifliyindən xəbər verir. Marketinq direktoru özünü reklam edir – bu menecer üçün əladır, amma şirkətin burda faydası yoxdur. Məncə yoxdur. Marketoloq mütləq və mütləq özünün marketinqinə fikir verməlidir, amma əmin olun bunun şirkətə xeyrdən çox ziyanı var.

Mən Sizə etiraf edim ki, özüm böyük şirkətdə marketinq direktoru olduğum zaman, sistemli şəkildə şəxsi PR-mı etmişəm. Bunun mənim üçün bügündə böyük faydası var. Şirkət üçün… bilmirəm. Məncə heç bir faydası yoxdur!

Niyə marketoloqlar sahibkarlardan narazıdırlar? Bunu edən marktoloq biznesə başa düşmür deməkdir. Biznesdə çox sadə və heç bir zaman dəyişməyən bir prinsip var: Sahibkar daha çox pul qazanmaq istədiyi zaman, faydalı işlər görür. Sahibkarın işi bir başa olaraq daha çox qazanmağa çalışmaqdır. Dolayı yolla sahibkar heç vaxt, bilərəkdən biznesinə ziyan vurmaz. Əgər Siz güclü marketoloqsunuzsa, sahibkarı inandırmalısınız. Sahibkar heç vaxt öz biznesinin inkişafdan saxlamaz (söhbət normal sahibkardan gedir, məmurdan yox) və marketoloqun təklifi normaldırsa deməli sahibkar hər zaman marketinqin yanında olmalıdır. Başqa cür vəziyyət varsa, gunah marketoloqdadır. Deməli marketoloq biznesi başa düşmür.

Biznesi başa düşmür demişkən… mən hesab edirəm ki, marketoloq mütləq və mütləq şəxsi biznes qurmalıdırlar. Başqa cür olduqda 40+ sonra onları şirkət işdən atacaq və onlar işsiz qala bilərlər. Dolayı yolla marketoloq CEO ola bilmədiyi üçün, yaxşı olar ki, indidən öz biznesini qursun.

Digər bir məsələ, hesab edirəm ki, marketoloq biznes qura bilmək üçün ən yaxşı vəzifədir. Burada Siz istər şirkətin dəyər zəncirini, istər əməliyyatlarını, istərsədə necə satış etməsini görə biləriniz. Bundan yaxşı biznesi necə öyrənmək olar?!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close