image_pdfimage_print

Dostlar eşidəndə ki, bizim bloqun daimi oxucuları öz biznesini qurub və bu biznesdə bizimdə balacada olsa “duzu” var, çox sevinirəm. Yalnız ona görə yox ki, bizim bloqu oxuyurlar, bizim bloqa inanırlar və s. Sizdə bilirsiz ki, biz hesab edirik ki, sahibkarlıq ruhu cəmiyyətin inkişafı üçün çox vacibdir və əgər riskə gedib, yeniliklər edən sahibkarlarla olması “salla başını, al maaşını…” məntiqi ilə işləyənlərədə ehtiyyac olmaz. Bu yazıda Sizə bloqumuzun oxucularının açdığı yeni bizneslər barədə məlumat vermək istəyirəm.

İlk devalvasiyadan demişik, indidə bir daha yadınıza salırıq – böhran biznes qurmaq üçün ən yaxşı vaxtdır. Həmçinin biz demişdik ki, internet bu işdə əladır. Söz açaçağımız dostlarımız məhz böhran dövründə öz bizneslərini start verirlər. Bu çox sevindiricidir. Bu o deməkdir ki, pozitiv düşüncəli insanlar hər zaman var və əlbəttə ki, olacaq!

Başlayaq birincidən – istirahet.az – onlayn rezervasiya saytı. Sizin yadınızdadırsa, bir dəfə biz internetdə qurulmasına ehtiyyac olan bir neçə internet bizneslər barədə yazmışdıq. Həmçinin bloqumuzun oxucuları bilir ki, biz hesab edirik ki, böhran dövründə sistemli internet bizneslərə böyük ehtiyyac var. Dostumuz Heydər Misgərliyə ola  bilər ki, bloqumuz müsbət təsir edib və ana dilimizdə yaxşı bir sayt qurub. İnanıram ki, dostumuz işləri tezliklə çox yaxşı gedecək, saytda təkliflər çoxalacaq, əlavə xidmətlər təklif ediləcək və ən əsası dostumuz pul qazanacaq!)

Dostumuzla tanışlıq çox təsadüfi olub, yadıma düşür… ForHome.az üçün domen almağa gedəndə Heydəri orda gördüm, daha doğrusu o məni gördü və dedi ki, İlkin sənin bloqunu oxuyuram və indi gəlmişəm bu məntiqli sayt üçün domen adı almağa. Çox sevindim… elə bilirdim bloqu oxuyan olsada, oxuyub nələrisə dəyişənlər çox azdır!

İkinci biznes – DasStudium.az – onlayn təhsil xidmətləridir. Bilirsiz mənim təhsilimin bir hissəsi Almaniya ilə bağlıdır. Bəlkədə təsadüfdən biznesimizdə (German Studio – mətbəx mebelləri) Almaniya ilə bir-başa əlaqəlidir. DasStudium saytı Azərbaycandan Almaniya və alman dilli ölkələrə təhsil məqsədli səfərlər təklif edir. Dar ixtisaslaşmasına çox bəyəndim.

Saytın və şirkətin yaradıcısı, dostumuz Elvin uzunmüddət Almaniyada yaşayıb, təhsil alıb və əlbəttə ki, işləyib. Elvin alman dilli ölkələrdə təhsil prinsiplərini çox mükəmməl bilir, aldatmaz (alman kimi bir adamdır!). Çox məsləhət görürəm ki, sınayasınız, əminəm ki, çox xoşunuza gələcək.

Elvinlə tanışlığımız çox maraqlı olub… Mingəçevirdə yeni mağazamız açılırdı, salonun önündə durub planlar qururdum. Bu zaman, bir nəfər adam mənə yaxınlaşdı (Mingəçevirdə, salonumuzun önündə) və dedi: “Siz İlkin Manafovsuz?” ürəyimdə dedim… “vse… üstü açıldı!))” məcburən “Hə” dedim… sonra məlum oldu ki, Almaniyada yaşadığı vaxtlarda, Azərbaycanda olandanda bizim bloqun daimi oxucusudur. Neysə… tanış olduq.

Üçüncü biznes – Lənkəranda, Qubada və Göyçaydan açılan yeni mağazalar. Bizim bloqumuzda mənə yazılan e-mail vasitəsi ilə yeni açdığınız bizneslərinizə görə çox sevinirəm. Adlarını çəkdiyim bu rayonlarda müvafiq olaraq ərzaq, ayaqqabı və geyim mağazaları açılıb. Bu sahələrdə məndən nesə məsləhət almaq istəsələrdə… Sizdən nə gizlədim, elə bir məsləhət-zad verməmişəm. Sadəcə bu dostlar çox ürəkli və işləməyi sevəndirlər. Məhz buna görə bu biznesləri qura  biliblər. Böhranın “oğlan” çağında!)

Əziz oxucu Sizə bir söz deyim, bizim bloqu oxuyun, amma bizdən: “Hansı tip biznes qurmaq olar, nə etsəm bu iş alınar…” tipində suallar soruşmayın. Əmin olun, biznes şahmat yarışlarına çox bənzəyir… qıraqdan deyilən gedişlə qalib gəlmək olmur, özünüz düşünməlisiniz. Biznesimizdədə kiminsə verdiyi ideya ilə biznes qurmazlar. Özünüzə güvənin, işləyin. Məncə mütləq alınacaq!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close