image_pdfimage_print

Mənim iki övladım var: qız – Ülkər – 7 yaşında, oğlan – Namaz 4 yaşında. Qurban olduğumuz hamının övladının canını sağ eləsin, olmayanlara təcili qismət etsin! Sizə səmimi şəkildə deyim ki, xəbəri uşaqdan al, atalar misalının nə qədər doğru olduğunu mən tam başa düşməyə başlayıram. Bilirsiz niyə?

Sizində bildiyiniz kimi, qızım aktiv şəkildə anasının telefonu ilə videolar çəkir və sonra bunları YouTube qoyurlar. Məşğuliyyət çox yaxşıdır və sözün açığı təşəbbüs tam özündən gəldiyi üçün heç bir maniyə yaratmıram. Bu yaxınlarda qızımla aramda çox maraqlı bir dialoq yarandı və bu dialoqdan sonra mən video blogla, adi blog arasında olan fərqi başa düşdüm. Təbii ki, başa düşdüyüm qədər!)

Deməli yatmağa 5-10 dəqiqə qalmış qızım, mənə yaxınlaşdı və… (necə var danışıram)

…. Qızım: “Ata səninlə bir məsələ danışmaq istəyirəm” dedi. Mən dialoqumuz başladı:

Mən: “Buyur qızım, nə sözün varsa de”

Qızım: “Ata mən bloq çəkmək üçün mövzu tapa bilmirəm. Sən necə düşünürsən, mən nə çəkim? Biz səninlə … (filan yerə) gedəndə sən dedin ki: “Qızım mən öz bloqum üçün hər gün oxuyuram, samalyotda olandada fikrimdə bloq olur” bəs mən hardan ideya götürüm?”

Mən: (Açığı ideya olaraq öz bloqumda olan bəzi mövzuları təklif etməyi düşündüm… bilmirəm axı, ömrümdə video-bloq çəkməmişəm) Qızım sən belə bloqlar çəkə bilərsən… “Ən sevdiyim 5 kitab, ən sevdiyim 5 nağıl, ən sevdiyim 5 şəhər və s.” Həqiqətəndə məndə bloq üçün mövzu olmayanda o tipli bloqlar yazıram.

Qızım: Ata… bilirsən mənim podpisçiklərim (cəmi 5-6 nəfər ola-olmaz aaa!) bloqda baxmaq istəyir. Mən kitab yazmıram ki (bunu 7 yaşlı qız deyir) onlara nesə danışam. Başa düşürsən mən mütləq nesə göstərməliyəm. Göstərməliyəm, özdə “prazdnik” atfosmeri olmalıdır. Mənim bloqumda ona baxmaq istəyirlər. Bilirsən o gün həyətə düşündə hamısı deyirdi ki, “Ulkər prazdnik olsun…” Başa düşürsən ata?!

Mən: (Sizdən nə gizlədim… mən başa düşdüm. Amma hiss etdim ki, mənim biliklərin bu dialoqu davam etdirmək üçün tam yetərli deyil, çünki mən video-blogla adi blog arasında olan fərqi belə aydın formada başa düşmürdüm…) Ülkərka… sən onlara məndən yaxşı bilirsən qızım. Sadəcə mən bir şeyi 100% bilirəm ki, bloqda “yalan” danışmaq olmaz, özünə nə maraqldır, nəyi doğru hesab edirsən, onlardan danış.

Sonra dedim ki, qızım tezliklə Qurban Bayramı gəlir. Qurban kəsməyə gedəndə (Yevlaxa təbii ki) orda nesə maraqlı bir şey olsa çəkərsən. Qızımda razılaşdı. Sonra hətta əlavə etdi ki: “Папа чтобы снять хороший блог – нужно много учится.”

Dialoqdan çox sadə nəticə çıxardım. Dünya çox yüksək sürətlə inkişaf edir. Gənc nəsil, heç şübhəsiz ki, yaşlı nəsildən bir addım irəlidə olacaq. Onlar daha proqressiv olacaqlar, onlar bazarı, trendləri daha aydın görəcəklər. İnformasiya istehlakı deyişdiyi kimi, informasiyanın yaradılma tipidə dəyişir, inkişaf edir. Hər gün yeni informasiya qaynaqları yaranır və bu qaynaqların hər birinin özünə məxsus, digərinə bənzəməyən qaydaları var.

Bir vaxtlar hansısa bir kitabda oxumuşdum… indi bundan tam əmin oldum: istehlakçını yaxşı başa düşmək üçün uşaqlarla daha çox danışmaq lazımdır. Əgər yeni yaradacağınızın məhsulun konsepsiyasını (faydasını) rahat sözlərlə ifadə edə bilirsinizsə və bunu balaca uşaq başa düşürsə, deməli böyük ehtimalla doğru yoldasınız. Düşünürəm xəbəri uşaqdan al, ifadəsi burda yerinə düşür.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close