Monthly Archives Oktyabr 2016

Bugünlərdə çox yaxın dostum ilə, qiymətqoyma məsələsini müzakirə edirdik və təbii olaraq söhbət məhsulun marjası barədə oldu. Müzakirə əsasında təklif etdiyin məhsula qoyulacaq marjanın dində bir qadağası varmı? kimi sual formalaşdı. Dostum bu sahəni məndən çox yaxşı bilirdi və bilə bir qadağanın olmadığını dedi. Bundan sonra Müsəlman dinində qiymət qoyma ilə əlaqəli cəmi 2 qadağanın olduğunu dedi və… mən bir daha əmin oldum ki, bizim bu dünyada rastlaşdığımız sualların çoxunun cavabı Dini kitablardadır. Fikirlərimi Sizə izah edim.

Xatırlayıram, hardasa 1 il bundan əvvəl bloqda Sizə “facebookşunaslar” barədə danışmışdım. O zaman deyirdik ki, bu vaxt itkisidir və s. amma bugün, facebookşunaslıq xəstəliyinin yaratdığı daha bir təhlükə barədə söhbət edəcəm. Sizi inandıram ki, bu daha qorxuludur.

Bugün, Marketinq AİR məzunları olan dostlarımızın təşkilatı və zəhməti ilə artıq ikinci dəfə ölkəmizdə Milli İnsan Resursları Forumu keçirildi. Dostlarımız məni foruma dəvət etməmişdi… nə gizlədim dəvət alsaydım, inciyərdim, çünki mən bu forumu öz tədbirim hesab edirəm. Sevinirəm, sevindim ki, tədbir gözlədiyimdəndə yaxşı keçdi. Təşkilatçılar, spikerlər, iştirakçılar hər keçən gün daha sistemli, daha professional formada yanaşırlar. Milli İnsan Resursları Forumu olmuşkən istəyirəm bir neçə fikirlərimi Sizinlə bölüşüm.

Marketinqi ən yaxşı başa düşən sahə heç şübhəsiz ki, pərakəndə ticarətdir. Məhz bu sektorda marketoloqların, biznesmenlərin çəkdiyi əziyyətin bəhrəsi görülür, məhz bu sektorda son istehlakçı pulunu kimə verəcəyini təyin edir. Necə deyərlər, fabrikdə nə edirsən – et, əsas odur ki, mağazada kim güclüdür. Bu yazıda istəyirəm ki, dünya pərakəndəçilik bazarında olan bəzi statistik məlumatları Sizinlə bölüşüm, söhbət edək. Pərakəndə ticarət Sizə maraqlıdırsa məncə mütləq oxuyun!)

Yadıma gəlir, marketoloq fəaliyyəti ilə aktiv məşğul olduğum vaxtlar Güvən Borçadan bir dəfə soruşdum: “Güvən bəy, Türkiyyədə hansı markanın dünyada lider olacağınıza inanırsız?”  Güvən bəyin cavabından, 2 türk markası var idi: Mavi və TYH. Bu söhbətdən sonra mən ardıcıl olaraq Mavinin marketinq konsepsiyasını izləyirəm və istədim bu bloqda Sizə müşahidə etdiklərimdən danışım.

Bugünlərdə dostumuz Azad bəyin SAT Gruop olaraq ölkənin aparıcı həkimləri ilə Şamaxı Palaceda təlimlər keçirir. Bizdə Brendinq istiqamətində olan biliklərimizi həkim dostlarımızla paylaşırdıq. Mənimlə paralel olaraq Anar Bayramov və Rafiq Vəliyev müvafiq olaraq menecment, marketinq kommunikasiyaları istiqamətində danışacaqlar. Bir sözlə AİR tam olaraq, AİR məzunlarının yanındadır. Çox sevindirici haldır ki, ölkəmizdə öyrənmək istəyən, müştəri məmnunluğunu düşünən həkimlər var. Amma Sizə danışmaq istədiyim mövzu Tibbi Marketinq təlimləri barədə deyil, bugün Sizinlə sağlam həyat tərzi barədə danışmaq istəyirəm.

Əziz oxucu, istəyirəm yazımızı pozitiv “notlarla” başlayım. Bugün ölkəmizdə olan böhran “yalançı” biznesmenləri sürətlə bazardan çıxarır. Sizlərdə bilirsiniz ki, ölkəmizin iqtisadiyyatından “neft” qoxusu gəlir və bu özündə çoxlu sayda şişirdilmiş biznes yaratmışdı. Böhranın gəlməsi ilə öz qeyri-effektiv idarəedilməsi ilə seçilən şirkətlər tezliklə bazardan çıxdı (çıxacaq), yerinə sıfırdan qurulmuş, hər şeyin necə qazanıldığını bilən, xərclənən hər bir qəpiyə görə “başları” cavab verən bilən bizneslərin dövranı gəlir. Bu superdir. Bu o deməkdir ki, işinin üstündə duran, əziyyət çəkənlər, investordan pul alıb xərcləyən şirkətlərdən daha effektiv olacaq. Biznesi “0”dan başlamaq böyük üstünlükdür, bilirsiz niyə?

Əziz oxucu, Azərbaycanımızda biznes qurmaq, sahibkar olmaq kimi ənənələr yeni-yeni formalaşır. Başqa sözlə desək, ölkəmizdə sahibkarlıq yaranma mərhələsindədir və təbii olaraq yaranma mərhələsinə uyğun ola qaydalarla idarəedilir (idarəedilməlidir). Marketinqi yaxşı bilən dostlarımızda təsdiqləyər ki, məhsulun həyat tsıklı bir başa olaraq aparılan marketinq strateqiyalarına təsir edir. Yəni bazara yeni girən brendlə, 70 il tarixi olan brendin marketinq kommunikasiyaları, məhsul strateqiyası, qiymətqoyma və paylanma siyasəti bir ola bilməz. Bir olsa, deməli ikisindən biri səhv edir. Sözü gedən məsələ, Azərbaycan biznesinədə aiddir. Yaranma dövründə olan biznes fəaliyyətini, inkişaf etmiş ölkələrdə olan tərzdə aparmaq olmaz. Bu biznesi məhv edir. İstəyirəm bu yazıda Sizə izah edim ki, Azərbaycan biznes mühitini Amerika, Almaniya və ya hətta Türkiyyə olan standarlarla idarəetmək OLMAZZZ! Bilirsiz niyə?

Əziz oxucu, bizim bloqda bir yumor bölməsi var: burda başıma gələn və utana-utana boynuma aldığım bəzi hadisələri Sizlərə nəql edirəm. Hiss edirdim ki, çoxtandır burda heç nə yazmıram. Ona görə yox ki, gülməli hadisə olmur… ona görə ki, danışmağa risk etmirəm!) Amma bugün istəyirəm “şeytanın qıçını sındırım” və Sizə yaxın dostlarımız Anar Bayramov və Rafiq Hünaltayla başımıza gələn hadisəni danışım. Daha doğrusu başlarına gətirdiyim hadisəni…

Bügünlərdə mağazalarımızda bir problem yaşanırdı, hansısa bir müştəri mənə müraciyyət edirdisə, mən normal satıcılarımızın verdiyi endirimdən ən yazı 10% daha çox endirim edirdim. Hətta öz-özümə haqq qazandırırdım… deyirdim ki, mən dövriyyə üçün edirəm. Hətta hər ay, kampaniyalar edir, müxtəlif məhsullara daha ucuz qiymətlər təklif etməyə çalışırdım. AMMA və LAKİN, bu yazıda açıq şəkildə etiraf edirəm ki, müştəriyə “endirim” etmək xasiyyəti səhvdir. Bilirsiz niyə?

Close