Ən böyük pərakəndəçilər - Dünya - Rusiya - Türkiyyə - Azərbaycan

Marketinqi ən yaxşı başa düşən sahə heç şübhəsiz ki, pərakəndə ticarətdir. Məhz bu sektorda marketoloqların, biznesmenlərin çəkdiyi əziyyətin bəhrəsi görülür, məhz bu sektorda son istehlakçı pulunu kimə verəcəyini təyin edir. Necə deyərlər, fabrikdə nə edirsən – et, əsas odur ki, mağazada kim güclüdür. Bu yazıda istəyirəm ki, dünya pərakəndəçilik bazarında olan bəzi statistik məlumatları Sizinlə bölüşüm, söhbət edək. Pərakəndə ticarət Sizə maraqlıdırsa məncə mütləq oxuyun!)

Çox maraqlı məqam burasındadır ki, Amerikada və ya Avropada pərakəndə ticarətçiləri təhlil etdiyimiz zaman aydın şəkildə hiss edirik ki, dünyanın ən varlı insanları məhz ticarətdən gəlirlər. Başqa sözlə desək, hal-hazırda yüksək texnoloqiyalar (internet) və neft satan şirkətlərdən sonra dünyanın ən varlı şirkətləri pərakəndə şəbəkə sahibləridir. Düzdür, hal-hazırda respublikamızda istehsal erası başlasada, dünyada pərakəndə ticarət ən karlı bizneslərin başında durur.

İstəyirəm ilk, əvvəl yazımızı statistika ilə başlayım. Dünyanın və qonşu ölkələrin (Rusiya və Türkiyyə) pərakəndə bazarının liderləri araşdıraq. Sonra ölkəmizdə olan vəziyyətlə bağlıda Sizə fikirlərimi deyəcəm.

Dünyanın ən böyük pərakəndəçiləri kimdir? Dünyanın 250 pərakəndə şirkəti ümumi olaraq 2015-ci il ərzində 5,4 trl. dollarlıq ticarət etmişlər. Siyahıya qeyri-şərtsiz olaraq Sem Uelton tərəfindən yaradılmış WallMart başçılıq edir. Şirkətin satış məntiqi barədə Sizlərlə bir neçə dəfə söhbət etmişdik. Şəbəkədə 2014-cü ilin hesabatına görə 2,3 mln. nəfər işçi çalışır (!)

İkinci yeri dünyanın ən böyük cash&carry pərakəndə şəbəkəsi olan Costco tutur. Xatırladırıq ki, cash&carry məntiqi ilə çalışan pərakəndə şəbəkələri yalnız abonent kartı ilə giriş mümkündür. Biznes özünü B2B üçün mövqeyləndirir, yəni bu şəbəkənin müştərilərinin böyük əksəriyyəti kiçik mağaza sahibləridirlər.

Üçüncü, dördüncü və beşinci yerləri müvafiq olaraq Avropa (alman) əsilli pərakəndəçilər tuturlar – Carrefour, Schwarz (Lind və Kaufland) və ingilis Tesco. Diqqət yetircək məqəm budur ki, ilk 10luğa düşən şirkətlər arasında qeyri-qida sektorundan yalnız Metro AG (Media-Markt, Saturn brendləri) və Home Depot girə bilib. Zara, H&M, Ikea kimi öz məhsullarını satan pərakəndəçilərin heç biri 10luqda yoxdur!

Digər diqqət yetirəcək məqam siyahıda rus şirkətlərinin olmasıdır. Dünyanın 100 ən böyük pərakəndəçisinin arasında bir dənədə olsun rus olmasada, rusiyalı Magnit və X5 Gruop daxil edilmişdir. Həmçinin ilk 10luqda 3 alman şirkətinin olması, bu ölkədə pərakəndəçilik sisteminin necə güclü olmasını göstərir.

Rusiyada və Türkiyyədə vəziyyət necədir? Post-sovet məkanın “böyük-qardaşı” olan Rusiyada ilk beşlikdə pərakəndəçilərin hamısı ərzaq məhsulları satanlardır. Birinci yeri – Krasnodar əsilli erməni biznesmene məxsus olan – Maqnit tutur. Ondan sonra uzunmüddət liderliyini qoruyan X5 Retail Gruop gəlir. Daha sonra Auchan (fransız pərakəndəçi), Diksi və Lenta siyahını bağlayır.

Türkiyyədə vəziyyət çox maraqlı görünür. Birinci yeri BİM, ikinci yeri Migros tutduğu halda dünya üçün qeyri-adi hesab ediləcək bir tendensiya hiss edilir. Türkiyyənin üçüncü ən böyük pərakəndəçisi LC WAIKIKI – dir. Çox maraqlı tendensiyadır. Əslində bu Türkiyyədə geyim sektorunun necə inkişaf etdiyin göstəricisidir. 4 və 5 yerləri müvafiq olaraq ŞOK market və Metro tutur.

Türkiyyə bazarını fərqləndirən xüsusiyyətlərdən biridə Boydag Holdingin İstikabal markasının 12-ci yeri qalxmasıdır. Xatırladıram ki, əgər hesabatda Holdingin digər markaları olan Bellona, Mondi, Regina daxil edilsə… Boydak əminləklə ilk 10ğa girəcək performans göstərir. Hiss edilir ki, Azərbaycanımız məntiq olaraq qardaş ölkəyə çox oxşayır.

Vətənimizdə olan vəziyyəti təhlil etməzdən əvvəl son 5 ildə, dünyanın ən dinamik inkişaf edən pərakəndə şəbəkələri barədə Sizlərə məlumat vermək istəyirəm.

Sizində təsəvvür etdiyiniz kimi ilk üçlükdə 2 Çin şirkəti var. Beləki dünyanın ən dinamik inkişaf edən pərakəndə şəbəkələrinin içərisində birinci yeri – Vipshops Holdings (320% artımla) tutur. İkinci yeri digər bir Çin pərakəndəçisi – JD.com tutur. Üçüncü yeri Avropalı Axel Johnson tutur. Xatırladıram ki, siyahının ilk 10da 4 rus pərakəndə şəbəkənin adı var. Neysə… keçək öz bazarımıza!)

Hə-əəə… yaman yerdə axşamladıq deyəsən. Azərbaycan biznesi statistika sözünü yaddır. Bu təbiidir. Çünki ölkədə hələdə şəffaf Vergi – Gömrük – Maliyyə sistemi yoxdur və təbii olaraqda məlumatlarda yoxdur. Bu məntiqlə biz satış rəqəmlərindən deyil, mağaza saylarına görə yola çıxaraq Azərbaycan pərakəndəçilərini təhlil etdikdə… ciddi anormal halları hiss edirik. Bunlar hansılardır?

Təsəvvür edin ki, gündəlik istehlak, ərzaq malları satan və ölkə ərazisinin heç olmasa 50% əhatə edən heç bir şəbəkə ölkəmizdə yoxdur. Daha dəhşətlisi, 21-ci əsr olmasına baxmayaraq, bütün pərakəndəçilər üçün logistika, anbar anlayışının necə vacib olduğunu hiss edilən anda bizim pərakəndəçilərimiz reqional anbar məntiqindən istifadə etmirlər.

Yalnız bir şəbəkə (Bazar Store) mütərəqqi ERP sistemdən istifadə edir. SAP yalnız BazarStore var. Daha dəhşətli məsələ, ölkənin ən geniş ticarət şəbəkəsinin mebel sektorunda olmasıdır. Embawood və Madeyra Azərbaycan üzrə 150-ə yaxın ticarət nöqtəsi ilə çıxış edir. İkinci belə geniş yayılmış, reqional anbarları olan heç bir şirkət yoxdur.

Buna baxmayaraq ölkə pərakəndəçiliyin bir sıra inkişaf meylləridə hiss edilir. Bügün ölkənin aparıcı pərakəndəçilərinin çoxu (əsasənda Araz Market) Private Labels-lardan istifadəyə başlamışdır. Əlbəttə, bu proses pərakəndə ticarətdə ən çətin idarəedilən olsada, ilk vaxtlar üçün hər şey kifayət qədər yaxşı alınır.

Hesab edirəm ki, ölkəmizdə pərakəndə ticarətin yaxın 5 ildə daha çox təmərküzləşməsinin şahidi olaceyik. Effektiv olmayan şirkətlər bazardan çıxacaq, öz mağazasını “dədə-baba” üsulu ilə idarəedən şirkətlər olmayacaqdır. Həmçinin əminəm ki, yerli pərakəndiçilər anbarlaşma, logistik mərkəzlər kimi xərcləri optimallaşdıran məsələlərə investisiya qoyacaqlar. Bir sözlə əgər neftin qiyməti qalxmasa, hər şey daha sistemli inkişaf edəcək!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN: