image_pdfimage_print

Əziz oxucu, Azərbaycanımızda biznes qurmaq, sahibkar olmaq kimi ənənələr yeni-yeni formalaşır. Başqa sözlə desək, ölkəmizdə sahibkarlıq yaranma mərhələsindədir və təbii olaraq yaranma mərhələsinə uyğun ola qaydalarla idarəedilir (idarəedilməlidir). Marketinqi yaxşı bilən dostlarımızda təsdiqləyər ki, məhsulun həyat tsıklı bir başa olaraq aparılan marketinq strateqiyalarına təsir edir. Yəni bazara yeni girən brendlə, 70 il tarixi olan brendin marketinq kommunikasiyaları, məhsul strateqiyası, qiymətqoyma və paylanma siyasəti bir ola bilməz. Bir olsa, deməli ikisindən biri səhv edir. Sözü gedən məsələ, Azərbaycan biznesinədə aiddir. Yaranma dövründə olan biznes fəaliyyətini, inkişaf etmiş ölkələrdə olan tərzdə aparmaq olmaz. Bu biznesi məhv edir. İstəyirəm bu yazıda Sizə izah edim ki, Azərbaycan biznes mühitini Amerika, Almaniya və ya hətta Türkiyyə olan standarlarla idarəetmək OLMAZZZ! Bilirsiz niyə?

İlk əvvəl Sizin yadınıza bir vaxtlar Azərbaycanlı biznesmen Vahid Ələkbərovun Rusiya prezidentinə dediyi sözü yadınıza salmaq istəyirəm. Əslində Vahid müəllim öz metaforası ilə, bizim bugün danışmaq istədiyimiz mövzu üçün mükəmməl platforma yaratmış olur. Biznesmenləri 4 qrupa bölür (ətraflı buradan oxuyun) və V. Putinə deyir ki, hər bir kateqoriya üçün öz vergi qoyma siyasəti olmalıdır. Mütləq bu yazını oxuyun, əminəm ki, fikirlərinizdə dəyişikliklər olacaq.

Keçək əsas məsələyə: hər bir ölkədə sahibkarlıq ənənələrinin inkişaf etdirilmə dərəcəsinə görə biznes adamına olan baxış və təbii olaraq biznesmenin baxışı fərqli olur. Məsələn, Türkiyyə sahibkarının 19950-1960-cı illərdə olan düşüncəsi ilə, 1970-1980 illərdə olan düşüncəsi bir deyil… hələ-hələ indiki sahibkarın düşüncəsi qətiyyən bir deyil.

Bugün Azərbaycan sahibkarı kapital toplama mərhələsindədir. Təsəvvür edin ki, biznes icması “ömrünndə” birinci dəfə (!) böhran anlayışı ilə rastlaşır və biz hesab edirik ki, Azərbaycanda sahibkarlar savadsızdır? Çox maraqlı – biz Azərbaycan sahibkarı haqda mənfi nesə dediyimiz halda, hansı ölkə ilə onun müqayisə edirik? Almaniya? Amerika? İngiiiltərə? Əzizlərim, səhv edirsiz. Sizə bir neçə misallar verim.

2002-2005-ci illərdə Alibaba.com e-bay mübarizə apardığı zaman, “qara” PR alətlərində ciddi istifadə edir, həmin vaxtlar e-bay investorlarını anonim məktublar yazılır ki, e-bay Çin şirkətinin menecerləri “otkat” alır, Sizin pulunuzu dağıdır. Amma indi, Alibaba korporativ fəlsəfəsində “rəqiblərlə dost olmaq lazımdır” sözü yazılır. 10 il ərzində şirkət hardan-hara gəlib… diqqət edin, o vaxtlar Alibaba.com qeyri-etik davranması idi, bugün e-bay Çin bazarını Almaniya, Amerika bazarı kimi tutmuşdu. Alibaba.com uğuru bilirsiz nə idi? O biznes ədəbiyyatlarında yazılanları etmirdi, çünki o bilirdi ki, adətən biznes ədəbiyyatlarında keçirən “dərslərdə” inkişaf etmiş bazarlardan keyslər verirlər, bu isə inkişaf etməkdə olan Çin bazarı üçün keçərli deyildi (!)

Alibaba və e-bay danışmışkən deyim, həmin vaxtlar Amerikanlı e-bay, Çin ərazisində pay-pall sisteminə icazə almaq üçün düz 3 il dövtlətdən icazə istəyir (axırdada almır) əvəzində AliPay heç bir icazə almadan, banklarda pulu saxlayaraq öz ödəniş sistemini qurur. Dövtətdən icazədə almır, qanun boşluğundan istifadə edir və s.

Snikers brendi (Marc LLC) post-sovet məkanına girəndə sloqanı bilirsiz nə idi? Düzdür – Snikers – qızardılmış fındıqlı şokolad. O vaxt bu mesaj o qədər beynimizə yerimişdi ki, o vaxt ki “ORT” vasitəsi ilə… indi bir anlığına düşünün ki, Snikers bugün dediyi  – Snikerslə mesajı ilə bazara girərdi (ətraflı buradan oxuyun). Kreativ ideyadır axı, düzdür, MBAsevərlərin, Amerika, Almaniya biznesini ideallaşdıranların fikirlərini inansaq Snikerslə super olardı. AMMA və LAKİN, normal düşünsək görərik ki, brendin bazarda mövqeyniyə görə verilən mesaj dəyişir, dəyişməlidir.

Almaniyada Aldi və Mersedes brendindən sonra ən çox sevilən üçüncü brend olan dm – ilk olaraq bazara drogiere markt sözü ilə girir. Dolayı yolla adı, aptek mağazası olur şirkətin. Brendinq kitablarına görə belə ad qoymaq qətiyyən olmaz, düzdür? Amma bazara yeni girdiyi vaxtlar bu ad  – dm brendi üçün bir rəqabətüstünlüyü kimi olur. Bazara ilk girdiyi vaxtlar dm adı ilə girsəydi, belə uğurlu ola bilməzdi. Deməli şirkətin hər bir inkişaf dövrünə görə öz doğruları olur və əmin olun, xaricdə olan şeylər Azərbaycan bazarında işləmir.

Bu heçdə o demək ki, xarici təcrübəni öyrənmək fayda vermir. Yox. Qətiyyən yox, bu çox faydalıdır. Sadəcə bilin əgər Amerikada bunu belə edirlərsə, o demək deyil, bizdədə bu belə olmalıdır. Bizim bazar hələ yeni formalaşır və bizim öz gerçəklərimiz var. Bu təbiidir.

Diqqət etmişəm, Azərbaycandan xaricə gedib 3-4 ay qalan adamlar ordan bizim sahibkarları, bizim reallıqları tənqid edir, amma başa düşə bilmirlər ki, xaricdə olan metodlar bugün bizim tezdir. Ola bilsin, sabah hər şey öz yerinə oturacaq, amma əmin olun, qibtə ilə baxdığımız Amerikalardada, Almaniyalardada biznes birdən-birə bu səviyyə çatmayıb. Cəmiyyət anormal inkişaf yaxşı deyil, hər bir sahə digərlərinə paralel olaraq inkişaf etməlidir. Bu zaman inkişaf hiss ediləcək.

Bu arada sabahdan Marketinq AİR başlayır, bu mövzular barədə real keyslərlə ətraflı söhbət edəcəyik.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close