image_pdfimage_print

Əziz oxucu, istəyirəm yazımızı pozitiv “notlarla” başlayım. Bugün ölkəmizdə olan böhran “yalançı” biznesmenləri sürətlə bazardan çıxarır. Sizlərdə bilirsiniz ki, ölkəmizin iqtisadiyyatından “neft” qoxusu gəlir və bu özündə çoxlu sayda şişirdilmiş biznes yaratmışdı. Böhranın gəlməsi ilə öz qeyri-effektiv idarəedilməsi ilə seçilən şirkətlər tezliklə bazardan çıxdı (çıxacaq), yerinə sıfırdan qurulmuş, hər şeyin necə qazanıldığını bilən, xərclənən hər bir qəpiyə görə “başları” cavab verən bilən bizneslərin dövranı gəlir. Bu superdir. Bu o deməkdir ki, işinin üstündə duran, əziyyət çəkənlər, investordan pul alıb xərcləyən şirkətlərdən daha effektiv olacaq. Biznesi “0”dan başlamaq böyük üstünlükdür, bilirsiz niyə?

Əvvəla deyim ki, Neft bir-azda düşsə, ölkəyə gələn valyuta dahada azalsa, manat daha çox devalvasiya etsə bizim iqtisadiyyat neft qoxusundan daha tez azad olacaq. İnanın, devalvasiyalar, böhranlar xeyrdi – xəstəliklərimizi aradan qaldırır. Biznesimiz daha sağlam olur. Böhran biznes üçün ağac dələn funksiyasındadır. Bu haqda buradan ətraflı oxuyarsınız – istəsəz!)

… keçək əsas məsələyə, niyə biznesi sıfırdan qurmaq çox faydalıdır suallına. Əziz oxucu, hansısa işi yüksək performansla bilmək üçün mütləq bu işin dərinliyində olasan. Biznes məhsuldarlığı, effektiv işləməyi, ekonomiyanı sevir. Ekonimiya (ekonomiks) bizə nə öyrədir?! Öyrədir ki, resurslar məhduddur və bu məhdud resurslardan maksimum faydalı istifadə etməliyik. Bunu etməsək, bizim işimiz dağılacaq. Bu biznesin çox sadə qanunudur. Sən rəqibindən effektiv olmasan, o sənə qalib gələcək. Düzdür?

Nəyisə effektiv etmək üçün gərək bu işin qədrini biləsən. İndi özünüz düşünün, “hazırına-nazır” olan adamla, bu işi sıfırdan quran adam arasında fərq olacaqmı? Hansı effektiv işləyəcək? Əlbəttə ki, özü işi quran adam. İnsan hər şeyi özü edəndə, işin məğzini daha tez başa düşür. Bəlkə buna görə qlobal şirkətlər rəhbər təyin etməzdən onu şirkətin müxtəlif strukturlarında ən aşağı vəzifədən necə işlədiyinə baxırlar. Rəhbəri yalnız, şirkət daxilində “0”dan inkişaf edənlərin siyahısından seçirlər, hə?

Heç sektorunda lider olan elə bir şirkət tanıyırsız, investor tapdıqdan sonra inkişaf edib və ya kimsə pul verib, kimsə şirkət açıb və uğurlu olub? İnanmıram. İnanmıram ki, kiminsə pulunu xərcləməklə effektiv iş qurmaq mümkün olsun. İlk biznes üçün pulu borc almaq olar, amma bu borcun miqdarı açılacaq şirkətin gəlirinin heç 10/1 qədərdə ola bilməz. Yəni çox xırda məbləğlərdən söhbət gedə bilər. Amma əsas iş məhz “0”dan qurulub. Pul qazanılıb və investisiya edilib. Əksinə deyil, haa!)

Yadıma gəlir, ilk mağazamızı açanda valideynlərimdən 500-600 manat pul almışdım. Onuda mağaza üçün kassa aparatı və 2000 ədəd buklet çapını verdim!) Gələn ay pullarını qaytarmışdım!))

Xarici misallar 100-lərlə verə bilərəm, düşünürəm ki, bunu Sizdə edə bilərsiniz, amma istəyirəm yerli bizneslərdən danışım. 1-2 misal verim, özünüz görəcəksiniz ki, real biznes yalnız sıfırdan olduğu zaman güclü ola bilir.

Bilirsiz niyə AGA Gruop Paşa Holdingdən daha effektivdir? Çünki birincisi, işə sıfırdan başlayıb, ofis icarəsi anlayışını super bilir, üstəlik işin tam üstündədir. Şirkət sahibi işinin üstündədir. Məhz buna görə Port Baku heç vaxt AGA Gruopdan rentabelli, effektiv olmayacaq.

Sizcə niyə Embawood post-sovet məkanının ən böyük mebel şirkətidir? Çünki bu adamlar əllərinin mazolu ilə 5-6 nəfərlik mebel sexi ilə işə başlayıblar. Qazandıqları hər bir qəpiyə o vaxt ki, digər rəqibləri kimi, Şadlıq Saraylarına, əmlaka deyil, yenidən işə qaytarıblar. Nəticədə vertikal inteqrasiya edilmiş Embawood kimi şirkət yaranıb.

Bravo heç vaxt Azərbaycanda ilk 3lükdə olan supermarket olmayacaq. Çünki bu şirkətdə effektivlik deyilən bir şey ola bilməz (!). Öz tikdiyi ticarət mərkəzlərində, yer tutub, geniş – bahalı – səliqəli vitrin qurmaqla heç bir bazarda lider olmaq olmaz. Özünüz görəcəksiniz, bazar payları heç vaxt ilk üçlükdə olmayacaqlar. Çünki pul başqa yerdən gəlib, biznes sıfırdan qurulmayıb.

Azərbaycanda lüks dedikdə ağla gələn ilk şirkət İtal Dizayndır. Səbəb çox sadədir, Azad Rəhimov və Elçin Zeynalov bu işi tam olaraq “0”dan qurublar. Lüks sənayesini, Elçin müəllim kimi ikinci bilən adam tanımıram Azərbaycanda. İşin tam üstündədir. Nəticə göz önündədir.

Əziz oxucu, yeni iş qurmaq istəyirsinizsə, investor axtarışı, pul tapmaq kimi “xırda” şeylərə baş yormayın. Xırda işdən başlayın, sıfırdan başlayın, alınsa pulda, investorda özü Sizi tapacaq. Hətta xahiş edəcək ki, “Sən Allah gəl sənə pul verim!”))

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close