image_pdfimage_print

Xatırlayıram, hardasa 1 il bundan əvvəl bloqda Sizə “facebookşunaslar” barədə danışmışdım. O zaman deyirdik ki, bu vaxt itkisidir və s. amma bugün, facebookşunaslıq xəstəliyinin yaratdığı daha bir təhlükə barədə söhbət edəcəm. Sizi inandıram ki, bu daha qorxuludur.

Yazıya başlamazdan əvvəl istəyirəm Sizlərə bəzi xatırlatmaları edim. Biz heçdə demirik ki, Facebooka girmək olmaz və ya bu zərərlidir, əksinə, muasir dövrdə Facebook əsas ünsiyyət vasitəsidir, bu yolla bizi tanıyırlar, bu yolla biz biznesimiz üçün yaxşı tanıtım imkanları qazanırıq və s. Bir sözlə Facebooksuz 21-ci əsrdə həyat yoxdur. Amma əgər biz Facebook-u vaxt keçirmə yerinə çevirsək, əsas məlumat qaynağı kimi istifadə etsək, inanın ki, sözün əsl mənasında “batdıq”. Nə vaxtımız olmayacaq, nə işlərimizi düzgün edə biləcəyik, nədə ölkədə baş verən proseslərdən xəbərdar olacaqsınız. Paralel olaraq Facebook-un neqativlik yaratma xasiyyəti var.

Özünüz sınayın, Facebookda çox olan insanlara “böhran” daha tez gəlir (çünki cəmiyyətdə neqativ daha maraqlıdır), işsizlik daha çox görünür (çünki işsizlər Facebookda olur), şou-biznes daha parlaq görünür və s. Bir sözlə Facebook-da olan səhnə, heçdə reallığı əsk etdirmir. (çünkilər barədə burada oxuya bilərsiniz)

Keçək əsas məsələyə: Facebookşunaslıq insanda lazımsız şeylərə etiraz etmək xasiyyəti yaradır. Metafora ilə desək, bir anlıq düşünün ki, kiminsə ayağına daş düşür (misal üçün) və bu insan ayağına daş düşən kimi var gücü ilə qışqırmağa başlayır. O təcili olaraq (ayağını xilas etmədən) polisə, təcili yardıma, FHN nə bilim… hamıya zəng edir. Facebook-a girib bir statusda yazır… amma bilirsiz nə etmir?! Düzdür, ayağına düşən daşı qaldırmır. Bəlkədə daşı qaldırıb ayağını təcili soyuq suya qoysa heç bir ağrı hiss etməyəcək… amma o bunu etmir, o var gücü ilə etiraz edir və s. Sizə danışmaq istədiyimiz xəstəliyin əsas simptonlarından biridə – fəaliyyətsiz etiraz etməkdir.

Bəzən diqqət edirəm, əli-ayağı sağ, ağlı başında (ilk baxışdan), sağlam bir oğlan, 25-30 yaşında işsizlikdən danışır, Facebookda (!) Hansısa biznesi tənqid edir, deyir ki, filan kafedə xidmət çox pisdir… bunu dayanmadan yazır, amma eyni zamanda qəbul etmir, başa düşmür ki, əgər hansısa bir kafenin (oxu kitab evinin, internet saytın və s.) problemi varsa, bu bir imkandır. Onsuzda işsiz adamsan, “qolunu aç” və sən daha yaxşısını et. Et və elə bu Facebookda öz biznesiniz reklam elə, niyədə yox?

Biz bazar iqtisadiyyatında yaşayırıq və istənilən xidmətdə (məhsulda) problem varsa, o tezliklə bazardan çıxacaq. Yox əgər bazardan çıxmırsa, deməli ona ehtiyyac var. Öz ətrafıma baxıram… bilirsiz nə qədər “0”manatla qurulması mümkün olan bizneslər var?! Çox, çox yenədə çox. İnanın 3-5 ildən sonra bu say azalacaq. Facebookşunaslıq edincə bu imkanları dəyərləndirin, vaxtınıza, nervinizə heyfiniz gəlmir?

Azərbaycan bazarı o qədər boşdur ki, istənilən aktivlik “İLK” statusunu alır. Məsələn, bizim sahədə ilk praktik marketinq istiqaməti – Marketinq AİR, ilk Marketinq Forumu – MMF, ilk marketinq televiziyası  – FMR TV və s. və ya ilk Dijital Konfrans… bu tədbirlərin hər birində 100lərlə səhvlər var. Təbiidir. Bu tədbirlər bazar yaradır, çığır açır. Rafiq Hünaltayın sözü olmasın, biz bu tədbirlərlə yeni aktivliklər üçün müqayisə elementi yaratmışıq. Bir var, heçnə olmasın, bir var nesə olsun və ona baxıb daha yaxşı edəcən, düzdür?

Ay Facebookşunaslar, nə etiraz edirsiz, Sizin üçün super bazar var… təkmilləşdirin və edin. Nə mane olur? Bu sahədə ki, monopoliya yoxdur… monopoliya demişkən, məgər hansısa sahədə yeni açılan biznes üçün monopiliya var?! Var deyənlər heç vaxt sahibkar ola bilməyəcək, çünki onlar imkanlar tapa bilmir. Çünki onlar yenilik yarada bilmir. Biznesmen yenilik yaratmalıdır. Yeni sahədə heç vaxt monopiliya olmur. İndi heç olmur.

Biz mebel biznesinə ölkədə bu sahənin tam monopiliya olduğu dövrlərdə başlamışdıq… Almaniyadan məhsul gətirəndə deyirdilər ki, bu filan nazirindir (adını çəkməyim) Sizi tutacaqlar… nə oldu!? Dostlar təki Sizin işləmək istəyiniz olsun, monopoliya Sizə faydalı olacaq. Öz təcrübəmdən deyirəm.

Ölkəmizdə istehsal deyə bir anlayış yoxdur. Hamı bunu pisləyir, hamı bundan danışır, amma çox az adam işin içinə girib hansısa bir bildiyi sektorda istehsal qurmaq istəmir. Bilirsiz niyə? Çünki bunların hamısı işləmək, zəhmət tələb edir. Facebookşunas olamq üçün zəhmət lazım deyil. Sadəcə tənqid edirsən, daha əvvəldə dedim axı, biz tənqidi daha ürəklə qarşılayırıq. Biz istəmirik kimsə pozitiv nədənsə danışsın, biz istəmirik kimsə desin ki, işləmək lazımdır.

Yadıma gəlir, bizim işlədiyimiz rayonların birində bir nəfər mebel mağazası açdı… açdı və 6 aydan sonra bağladı. Uzaqdan göründüyü kimi, parlaq deyildi. İşləmək lazım idi, oda işləmək yox, ad-şan-şöhrət üçün etmişdi. Nəticə özünü çox gözlətmədi. Hər sahədə belədir.

Tənqid etməklə biz əslində öz işsizliyimizi, fəaliyyətsizliyimizi əsaslandırmaq istəyirik. İkinci bir məsələ, Facebookda çox olmaq adamı əsas işlərdən aralaya bilir. Etməyin belə… gedin öz işinizə fokus olun. Hər məsələ barədə münasibət bildirmək məcburiyyətindəsiz?) Münasibətinizi gördüyünüz işlərlə göstərin.

Bax, Sən, əgər Facebookşunas xəstəliyinin simptonlarını hiss edirsənsə, təcili bunu tərgid. Yoxsa, bizim bloqu oxuma. Facebookda az ol, olanda oxuduqlarını başa düşməyən çalış, neqativ enerjini götürmə, dinlə amma öz müşahidə gücün olsun. Yaxşı!?)

Birdə əmin olun, hansısa işləyən adamı tənqid etməkmə Siz ilk baxışdan parlaq görünə bilərsiniz, amma digər iş görən adamlar Sİzə gülür. Ölkəmizdə hansısa bir işi daha yaxşı edə bilərsinizsə, niyə etmirsiz? Bir sözlə nə demək istədiyimi başa düşdünüz!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close