image_pdfimage_print

Bugünlərdə dostumuz Azad bəyin SAT Gruop olaraq ölkənin aparıcı həkimləri ilə Şamaxı Palaceda təlimlər keçirir. Bizdə Brendinq istiqamətində olan biliklərimizi həkim dostlarımızla paylaşırdıq. Mənimlə paralel olaraq Anar Bayramov və Rafiq Vəliyev müvafiq olaraq menecment, marketinq kommunikasiyaları istiqamətində danışacaqlar. Bir sözlə AİR tam olaraq, AİR məzunlarının yanındadır. Çox sevindirici haldır ki, ölkəmizdə öyrənmək istəyən, müştəri məmnunluğunu düşünən həkimlər var. Amma Sizə danışmaq istədiyim mövzu Tibbi Marketinq təlimləri barədə deyil, bugün Sizinlə sağlam həyat tərzi barədə danışmaq istəyirəm.

Yadınıza düşürsə bir dəfə Twitterdə Sizə demişdim ki,  “ISTIRAHET ucun VAXTIM YOXDUR” demek – uzaq Yol gedende, telesib benzin doldurmamag kimi Bir sheydir. Yolun ortasinda gala bilersen!)

Bugün sağlamlığını düşünməyən, dayanmadan işləyən adam heç vaxt uğurlu ola bilməz. Sağlam ruhda, sağlam düşüncə olur. Diqqət etmək lazımdır ki, həyatımız sistemli, planlı olsun. Tədbir zamanı çoxtan tanıdığım şahmat dostum, Araz Bayramovun (ölkənin ən tanınmış uroloqu) sözləri məni çox düşündürdü: “İlkin, bizim yaşımızda sağlamlığa fikir vermək son dərəcə vacib olub. Yaşımız 30-dan çoxdursa və daim stresli işlərlə məşğul olursansa, mütləq idman etməlisən. Yediklərini fikir verməlisən və s.”

Əziz oxucu, Avropada, səhər qaçışı etməyən və qidasına fikir verməyən adamlara sözün əsl mənasında pis baxırlar. Yadıma gəlir dostumuz Fəxri Ağayevin yaxşı sözü var: “Öz bədənini tərbiyə, təmahına nəzərət edə bilməyən adam, heç vaxt böyük biznesə nəzarət edə bilməz. Mütləq və mütləq dissiplina lazımdır. İnsan özünə fikir verməyə bacarmalıdır”. Düşünürəm ki, Fəxrinin sözlərində böyük həqiqətlər var.

Bu arada mən Fəxri ilə bir neçə xarici ölkədə olmuşam və hər zaman hiss etmişəm ki, iradəsi və intizamı qibtə ediləcək səviyyədədir.

İnsanı uğurlu edən əsas amillərdən biridə daxili rahatlıq və ya özünə inamdır. Buna çox zaman komplekssizlikdə deyilir. Bugünlərdə Facebookda psixoloji səviyyələri müxtəlif səbəblərdən son dərəcə gərgin olan bəzi adamlar Gilan Holdingin çəkdiyi reklamı ciddi tənqid edirdi. Nə gizlədim, elə tənqid ediləsi haldır. Biyabırçılıqdır. Hesab edirəm ki, bu tip reklama “imza” atmış marketoloq sahibkar tərəfindən cəzalanmalıdır…

AMMA və LAKİN. Bu heçdə o demək deyil ki, bununla ölkəmizdə vəziyyət pisdir, marketoloqlar yoxdur, Milli Marketinq Forumu, Marketinq AİR təlimləri və ya Dijital Marketinq Konfransı yoxdur və s. Bunu deyən adamlar çox guman ki, həyatdan küsmüş, daim çətinliklərin içində “sınmış”, Azərbaycanda uğurlu olmayıb ölkədən qaçan, artıq çəki, zehni doluluq kimi xəstəliklərdən əziyyət çəkirlər.

…bəlkədə məndə onların durumunda olsaydım, onlar kimi neqativ reaksiya verərdim. Bu təbiidir. Amma həmin dialogları oxuyub hiss etdim ki, məndə yorulmuşam. Əgər hansısa psixoloji problemdən əziyyət çəkən adamın səni (məni) tənqid, bəzən təhgir etməsi mənə pis təsir edirsə, deməli mən həyat tərzimə yenidən baxmalıyam. Dünən söz verdim ki, həyat tərzimi daha sağlam edəcəm (!) Bilirsiz necə?

  1. Yuxudan tez duracam. Tez qalxmaq həm günün daha bərəkətli olmasına, həmdə işlərin ümumi effektiv olmasına gətirib çıxarır. İmkan daxilində 12-dən gec yatmayacam.
  2. Mütləq səhər idmanı edəcəm. Çalışacam bu idmanı açıq havada edim. Ya yaxında olan parkar (H. Cavid və ya Yasamal parkı), ya da bəlkədə Yeni Bulvar ola bilər. Bu zaman daha gumrah olursan.
  3. Yediyim yeməklərə diqqət edəcəm. Çalışacam ağ çörəkdən tam imtina edim və daha çox meyvə-tərəvəzə güc verim. Bu zaman daha yungün olursan, beyin daha iti düşünür.
  4. Daha çox su içəcəm. Bu çox prinsipialdır. Həkim dostlarımızın aşırı təziqi ilə bu şərtdir. Özünüzdə Googleda baxın. Düz deyirlər, “yumşaq desək”))
  5. Facebook-a az girəcəm. Daha doğrusu telefondan Facebook girməməyə çalışacam (əslində bunu edirəm, Facebook-da çox az oluram, amma daha aqressiv edəcəm artıq). Bununla həm gözlərim, həm vaxtım, həmdə həyatım daha uzun sürər düşünürəm!)

Əziz oxucu, Sizləridə bu qrafikə dəvət edirəm. İstəyirsiz birlikdə edək. Həmdə bunu yazıram ki, sabah sözümüz üstündə durmasam, Sizlərdən utanım!)

Başqa şeylər inanın düzələcək. Biz 100 dollar deyilik ki, hamının bizdən xoşu gəlsin, düzdür? Əsas odur ki, biz düz yoldayıq, Azərbaycanımızı sevirik, oğurluq etmirik, xeyrli işlər görürük və Sizi çox istəyirik!))

Çox istəmək demişkən, Dijital Konfrans bizim bügünə qədər etdiyimiz ən kütləvi tədbir olması gözlənilir. Biletlər “isti peraşki” kimi satılır (Siz bilet almısız?). Bu superdir. Əgər biz artıq 5-ci ildir ki, Marketinq AİR edə biliriksə, Milli Marketinq Forumu, 5dən çox kitab yaza biliriksə… və bunu özümüzün əsas bizneslərimizlə paralel ediriksə, deməli bizə vaxt və gumrah olmaq daha çox lazımdır. Görüləcək bilirsiz nə qədər iş var. Biz bu işləri görməyidə, Sizin qədərdə olmasa… çox istəyirik!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close