İslam dini & Biznes

Bugünlərdə çox yaxın dostum ilə, qiymətqoyma məsələsini müzakirə edirdik və təbii olaraq söhbət məhsulun marjası barədə oldu. Müzakirə əsasında təklif etdiyin məhsula qoyulacaq marjanın dində bir qadağası varmı? kimi sual formalaşdı. Dostum bu sahəni məndən çox yaxşı bilirdi və bilə bir qadağanın olmadığını dedi. Bundan sonra Müsəlman dinində qiymət qoyma ilə əlaqəli cəmi 2 qadağanın olduğunu dedi və… mən bir daha əmin oldum ki, bizim bu dünyada rastlaşdığımız sualların çoxunun cavabı Dini kitablardadır. Fikirlərimi Sizə izah edim.

Yazıya başlamazdan əvvəl qeyd edim ki, dostum mənə izah etdi ki (burdanda Sərxana salamlar) dində qoyulan 2 qadağa aşağıdakılardır:

  1. Malı tam alıb istədiyin qiymətə satmaq olmaz. Bu muasir dövrdə monopoliya deməkdir. Dində monopoliya gunahdır. Əslində dərin təhlil etdiyimiz zaman aydın şəkildə görürük ki, monopoliya biznesin düşmənidir, çünki mal bir əldə olduğu zaman, satıcı öz şərtlərini diktə edir, bu zaman balans pozulur və təklif edəndə qeyri-effektiv işləməyə başlayır. Nəticədə… ölkəmizdə olduğu kimi, uzunmüddətli perspektivdə “day-day” pulu olan, məmur biznesləri çökür. İqtisadiyyatda çökür. İslam dini bizə monopoliya ilə məşğul olmağı gunah buyurur.
  2. Malı dəyərindən aşağı satmaq olmaz. Burada məsələ daha bir iqtisadi termin olan dempinqə qoyulan qadağadır. İslam dini buyurur ki, biznesmen heç bir zaman, dempinq etməli deyil. Biz bilirik ki, dempinq biznesin düşmənidir. Biznes pul qazanmalıdır və rəqabəti qiymətlə deyil, xidmətlə əldə etmək lazımdır. Bunu hansısa bir amerikan müəllifin fikirləri kimi deyil, müsəlman dininin bizə tövsiyyə etdikləri kimi qəbul edin.

Əziz oxucu, bugünlərdə Maks Weberin: “Protestant əxlaqı və kapitalist ruhu” əsərini oxuyurdum (Sİzlərədə məsləhət görürəm), bu kitab məni çox təəcübləndirdi. Axtardığım bir neçə sualların cavabını bu kitabdan tapdım. Oxuduqda çox sevinirdim. Weber kitabda bəzi istiqamətlər barədə danışırdı…

  • Kitabda deyilir ki, protestant dini kapitalizm üçün ən mükəmməl alətləri özündə birləşdirir. Statistikalar qoyulurdu ki, məhz sahibkarlar arasında protestantlar daha çoxdur.
  • Kapitalizm anlayışı izahat verilir və qeyd edilir ki, əsl biznes adamını məmurdan fərqləndirən xüsusiyyət onun daim yeniliklər edərək, daha çox mənfəət əldə etməsidir. Dolayı yolla biznesmen ənənəvi sözünün antonimi olan hərəkətlərlə etməlidir ki, uğur qazansın.
  • Biznesneslə məşğul olmaq çətindir. Bunu bilməliyik ki, yaxşı yemək və eyni vaxtda yaxşı yatmaq olmur. Çünki biznes daim riskdir və…

…və bu nöqtədə yenidən yadıma İslam dini düşdü. Əgər Weber kitabında kredit almağın faydaları barədə danışırsa, İslam dini krediti haram elan edir. Diqqət edin. Amma burda bir böyük fərq var. İslam deyir ki, xoşbəxt olmaq, rahat yeyib, rahat yatmaq (yatmaq sözünə diqqət edin) istəyirsənsə biznesdə kreditdən uzaq dur. Faizlə pul götürmə. Borc al, nisyə mal al (miqdarında) amma faizli işlərə girmə.

Çox vacib məqam burasındadır ki, İslam dini biznes, ticarət barədə çox saylı məlumatlar, kitablar yaydığı halda bu məlumatların heç biri təbliğ edilmir. Belə demək mümkündürsə, bizim dinin “PR”, “Marketinq” tərəfi çox zəif işləyir. Necə deyərlər əsl islam dəyərlərinin bir çoxu, bugün dünyada ən güclü biznes adamlarının etdiklərində hiss edilir. Belə təsəvvür yaranır ki, müsəlmanlar İslam dinini bilmir, digər dinlər bilir və tətbig edir. Amma bu haqda demir.

İslam dini bəlkədə yeganə dinlərdəndir ki, burada ticarət əsas və insanlar üçün əhəmiyyətli peşələrin başında durur. Əslində həqiqətəndə bu belədir.

Bu dediklərimizdən sonra, İslamla bağlı bəzi araşdırmalar etməyə başladım və gördüm ki, Dinimizin buyurduqları məsələlərinin çoxu, İqtisadi nəzəriyyə elminin baza prinsipləri kimi çıxış edir. Çox təəcübləndim. Sevindim və kədərləndim.

Sevindim, ona görə ki, bizdə müsəlman ölkəsində yaşayırıq, bu dinə inanırıq. Müsəlmanıq.

Kədərləndim, ona görə ki, biz necədə savadsızıq, gözümüzün önündə olan sərvəti görmürük. İdealogiyasızlız problemlərimiz olduğu halda, İslam kimi idealoji bazadan istifadə etmirik.

Əziz oxucu, çox istərdim ki, bizim Alimlərimiz İslamın İqtisadiyyatda rolu mövzunu ciddi araşdırsınlar. Əmin olun, iqtisadi nəzəriyyə dərsini başa düşmək üçün bu istiqaməti öyrənmək bizə çox kömək edəcək. Heç bir elm, nəzəriyyəsiz inkişaf edə bilməz.

Əgər Qurban olduğum ömür versə, məndə 40+ yaşlarımda İslam Dininin biznesə təsiri barədə kitab yazmağı çox istəyirəm. Hesab edirəm ki, belə bir kitab, real biznes misallarla, nümünələr, İqtisadi nəzəriyyə anlayışına yenilik gətirə bilər. Təbii ki, mən hələ bu kitaba hazır deyil, bugün biznes praktik yazırıq və istiqamətimiz akademik istiqamət deyil, məhz biznesdir.

Sizdə öyrənin, düşünün, təhlil edin. Əmin edirəm ki, mənimlə çox mövzuda razılaşacaqsınız!

p.s. Bugün mən tam olaraq İslam dininin qaydaları ilə yaşamıram, ayda bir dəfə pivə içirəm, biznesdə kredit anlayışından istifadə edirəm və s. AMMA hesab edirəm ki, tezliklə dəyişəcəm.

ƏLAVƏ OXUMAQ ÜÇÜN: