image_pdfimage_print

Yadıma gəlir, marketoloq fəaliyyəti ilə aktiv məşğul olduğum vaxtlar Güvən Borçadan bir dəfə soruşdum: “Güvən bəy, Türkiyyədə hansı markanın dünyada lider olacağınıza inanırsız?”  Güvən bəyin cavabından, 2 türk markası var idi: Mavi və TYH. Bu söhbətdən sonra mən ardıcıl olaraq Mavinin marketinq konsepsiyasını izləyirəm və istədim bu bloqda Sizə müşahidə etdiklərimdən danışım.

Müşahidə demişkən, biz hesab edirik ki, bir marketoloqun sahib olacağı ən vacib dəyər – müşahidə qabiliyyətidir. Heç bir fokus-qrup, heç bir sorğu müşahidə nəticəsində əldə edilən məlumatın yerini verə bilməz. İnanın, bunu Sizə marketinq araşdırmalarına 100 minlərlə büdcə xərcləmiş biri kimi deyiləm (öz pulum olmayıb). Neysə keçək əsas məsələmiz olan Mavi brendinə.

Başlayaq Sizin baxdığınız #yaşasınmavi kampaniyasından. Diqqət yetirsəniz brend daim öz brend kommunikasiyasında qiymətləri barədə danışmır. Mavi tərz təklif edir və qiyməti xarici rəqibləri müqayisədə heçdə ucuz deyil. Yaşasın kampaniyasında məhşur cütlük təyyarəyə iki dəfə gecikir və hər ikisindədə əslində sevinir. Mavi bununla həyatın dadının çıxarılmasının vacib olduğunu, gənclərin həyat əşqini önə çıxarır. Amma burda veriləcək əsas mesaj daha fərqlidir. Mavi Black kolleksiyası ilə premium məhsuldur və “köhnə” Mavilərlə müqayisədə ən azı 25% daha bahalıdır. Mavi demək istəyir ki, pul heç vaxt həll edici deyil. Reklama baxın hiss edəcəksiniz.

Çəkilən reklamlarda açıq-aydın Mavitərzi hiss edilir. “Çox mu…” ifadəsi isə Mavi tərəfindən elə bil patenti alınıb. Bilirsiz marketinq kommunikasiyalarında vacib bir məsələ var: sinerji effekti – 1+1 = 3 olur!

Mavi öz marketinq kommunikasiya strateqiyasında bir çox yeniliklərə imza atıb. Bu brendin reklamlarında aydın şəkildə hiss ediləcək, ardıcıllıq hiss edilir. Xarici rəqibləri ilə apardığı sistemli “söz” atmalarla birlikdə brend sistemli şəkildə şuur altlna təsir etməklə güclü brend formalaşdıra bilib.

Burası İstanbul konsepsiyası əslindı Mavini sözün əsl mənasında türk gənclərinin sevimlisi edən bir kampaniya idi. Muasir İstanbulun yaşam tərzini, gənclərlə – yaşlı nəsil arasında olan fikir ayrılıqlarını “yüngül” formada toxunan kampaniya məhşur türk aktyorlarının iştirakı ilə çəkilmişdi.

Brendin dillər əzbəri olan kampanilarından biridə əlbəttə, Kıvanç Tatlıtuğ – Çok Mu Çok Oluyoruz kampaniyası – Burası İstanbul anlayışı ilə eyniləşdirilmişdir. Həmçinin gənclərin dilində frazeloji birləşmə kimi “Çantaya bak”, “Çoxmu çox oluyoruz” tipli sözlər kampaniyanın effektini dahada artırır.

Ümumiyyətlə Mavi reklamlarında incə yumor hissi və dərin məna sistemli şəkildə bir-birini əvəz edir. Həmçinin selebritidən necə istifadə etmək olar… suallının ən mükəmməl cavabı məncə Mavi reklamlarıdır. İstər aktyor seçimi, istər aktyorların oynadığı səhnələr, istərsədə ümumi ab-hava tam olaraq dərs keçəçək səviyyədir. Məsələn, Adriano Limanın seçimi kimi…

Çox inanırıq ki, Mavi dünyada tanınmış qlobal brend kimi çıxış etsin. Mən şəxsən hansısa bir türk markasını xarici arenada göründə çox sevinirəm. Niyədə yox? Axı bizdə türkük. İnanıram ki, Mavi tezliklə brendinq haqqında yazılan kitabların ulduzu olacaq və biz hər dəfə “Volvo”, “Gooogle”, “Levis” və s. haqda deyil, həmçinin qlobal türk markalarınında uğurlarını öyrəcəyik, hə!?)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close