image_pdfimage_print

Bugün, Marketinq AİR məzunları olan dostlarımızın təşkilatı və zəhməti ilə artıq ikinci dəfə ölkəmizdə Milli İnsan Resursları Forumu keçirildi. Dostlarımız məni foruma dəvət etməmişdi… nə gizlədim dəvət alsaydım, inciyərdim, çünki mən bu forumu öz tədbirim hesab edirəm. Sevinirəm, sevindim ki, tədbir gözlədiyimdəndə yaxşı keçdi. Təşkilatçılar, spikerlər, iştirakçılar hər keçən gün daha sistemli, daha professional formada yanaşırlar. Milli İnsan Resursları Forumu olmuşkən istəyirəm bir neçə fikirlərimi Sizinlə bölüşüm.

Əziz oxucu, ilk əvvəl əminliklə deməliyəm ki, əziyyət, zəhmət, alın-təri olan istənilən fəaliyyətdə uğur olur. Bu çox təbiidir. Əgər biz hansısa işə ürəkdən yanaşıb, onun uğuru üçün çalışırıqsa – alınır! Diqqət edin, çalışırıqsa, nələrisə ediriksə alınır. Yox danışırıqsa… inanın ki, heçnə alınmır. Təəsüf ki, bügün ölkəmizdə danışan kütlə edən kütlədən daha çoxdur. Amma Sizə bir şad xəbərdə verim… biz əminik ki, gündən-günə bu azalır.

Azərbaycanda ilk dəfə Milli Marketinq Forumu keçirdiyimiz zaman (4 il bundan əvvəl) bizə deyridilər ki, hansı marketinqdən danışırsız?! Marketinq var, hələ onun bir milli forumu olsun!? Bizim cavabımız AİRvarı idi, bizim cavabımız gördüyü butün işləri öz gücünə, “0”dan edən hamının cavab verəcəyi tərzdə idi. Biz deyirdik: “Nəyinsə olmaması, onun heç vaxt olmayacaq anlamını vermir. Biz ölkəmizdə Marketinqi inkişaf etdirməsək, kim edəcək!?” Dedik və etdik.

Milli Marketinq Forumundan sonra, onun “əmi-oğlusu” olan Milli İnsan Resursları Forumu, kiçik qardaşı olan Dijital Marketinq Konfrans keçirilir və keçiriləcək. Danışmaq deyil, etməklə, əməllərimizlə göstəririk.

Bizim etdiyimiz bütün tədbirlərdə 3 ana prinsip var. Bu prinsiplər bizim atdığımız addımların fəlsəfəsinə çevrilib və “qanında” AİR qanı olan hamı bilir ki… bizim tədbirlərimizdə mütləq olmalıdır:

  1. Paylaşmaq. Biz biliklərimizi paylaşaraq həm bizi dinləyən tərəf üçün, həmdə özümüz üçün fayda əldə edirik. Hər iki tərəf qatma-dəyər qazanır. Marketinqin ana istiqaməti olan dəyər yaratma prinsipini tətbig edirik. Bizim tədbirlərdə mütləq qaydada iştirakçılar və spikerlər fayda əldə edirlər. Bu bir-başa olaraq özünü maddiyatda göstərmir, amma
  2. Zəhmət və pozitivlik. AİR etdiyi butün tədbirlər aydın şəkildə görünür ki, təşkilatçılar işə sözün əsl mənasında canlarını qoyurlar. Yalnız əziyyət çekdikdən sonra biz uğur qazanırıq. Bəlkədə buna görə biz hesab edirik ki, zəhmət olan istənilən işin sonu uğurlu olacaq. Biz həyata, ətrafımıza nikbi baxırıq. Biz stakana dolu tərəfdən baxanlardanıq. Düzdür bu tənbəl adamlar üçün çox pis haldır. Amma nə edək?! Biz pozitiv olmaqla işləmək istəyirik.
  3. Davamlılıq. Marketinq AİR “qanı” olan istənilən tədbiri davamlı etməyə çalışırıq. Problemlərdən qaçmırıq, öz əzmkarlığımızla problemləri qaçırırıq. Daha gözəl gələcək, yalnız bizimlə gələcək. Gələcəyi gözləmək olmaz, biz gələcəyi özümüz gətirməliyik.

Milli İnsan Resursları Forumunda bu hiss edilirdi. Hiss edilirdi ki, təşkilatçılar bu 3 prinsipə riayyət edirlər. Yadıma gələr keçən il, bu Forumla paralel daha bir tədbirdə keçirilirdi. Bu məni sevindirdi, amma təəsüf ki, bu dostlarımızın sektorun inkişafı üçün davamlılıq prinsipinə riayyət etmədilər. Əslində qınanasıda deyil. Bu tədbirlərin heç birində real kommersiya faydası yoxdur.

Özünüzdə bugün gördüz… cəmi 30 manata… bu qədər yüksək səviyyəli tədbir etmək həqiqətəndə hər adamın işi deyil. Keçən illə müqayisədə təşkilatı komanda daha ürəklə çalışırdı, hər şey çox sistemli idi. Spikerlər yaxşı hazırlaşdılar. Birdə Sizə bir söz deyim… spikerlərin keyfiyyətini artırmaq üçün belə forumlar çox olmalıdır. Spiker necə yaxşı spikerlik edə bilər? Bunun üçündə təcrübə lazımdır. Təcrübə üçündə inanın ki, Cabir kimi, Orxan kimi, Malik (özü almaniyada olsada) kimi fədakər dostlarımız lazımdır. Bu arada, forumda Yemək super idi!))

Əziz oxucu, bu bloqda Milli İnsan Resursları Forumunu keçirən dostlara çox sağ ol deyirəm. Çox sağ olun dostlarl sağ olun ki, ölkəmizdə biznes mühitinin yalnız tənqid etmək deyil, həmçinin öz aktivliklərinizlə yaxşı istiqamətdə düzəltmək istəyirsiniz.

Bu arada hamınızı 5 noyabrda keçiriləcək Dijital Konfransda gözləyəcəm.

Sizinlə fəxr edirik!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close