Oktoberfest - oktyabrda olmur!?)

Əziz oxucu, bizim bloqda bir yumor bölməsi var: burda başıma gələn və utana-utana boynuma aldığım bəzi hadisələri Sizlərə nəql edirəm. Hiss edirdim ki, çoxtandır burda heç nə yazmıram. Ona görə yox ki, gülməli hadisə olmur… ona görə ki, danışmağa risk etmirəm!) Amma bugün istəyirəm “şeytanın qıçını sındırım” və Sizə yaxın dostlarımız Anar Bayramov və Rafiq Hünaltayla başımıza gələn hadisəni danışım. Daha doğrusu başlarına gətirdiyim hadisəni…

Deməli söz elə zamanını çəkər, təxminən oktyabr ayının 3-5 olardı ki, biz yəni mən, Anar və Rafiq Almaniyaya səfərə getdik. Səfər haqqında fikir məndən gəlmişdi… demişdim ki, gəlin Almaniyada keçirilən dünyanın ən böyük pivə festifalına gedək – Oktoberfestə. Hamı razı idi, çünki dostlarımız Almaniyada olsalarda oktyabr ayında Münchendə Oktoberfestə olmamışdılar. Mən isə orda iştirak etmiş biri kimi, onlara çox böyük əyləncə söz vermişdim.

Oktoberfest eşqi ilə hamımız birlikdə Bakı – İstanbul – München reysinə bilet aldıq. O vaxt böhran yox idi, Evro – manata bərabər illər idi. Alman səfirliyində viza məsələmizidə çox asand həll etdik (bir dənə Rafiq problem yaratdı, səfirliyi yarım saat gecikmişdi…) və səfərə tam hazırıq. Səfərimizi iki hissəyə bölmüşdük, Oktoberfest və Alp dağlarının Almaniya tərəfində olan kəndlərdə istirahət. Təbii ki, bunun üçün ucbar alman kəndində ev tutmuşduq. Çox mənzərəli yerdə.

Mənim təklifim belə idi, birinci həmin kənddə 5-6 gün qalırıq, daha sonra Münchenə qayıdırıq və təbii olaraq Oktoberfestdə iştirak edib Bakıya qayıdırıq. Dostlar mənə qulas asdilar. Nə qədər olmasada… mən Almaniyada çox olmuşam və Oktoberfesti yaxşı bilirəm.

6 gün Bertechsgaden deyilən bir super yerdə qaldıqdında sonra səhər saatlarında Münchendə olduq. Artıq çoxtandır gözlənilən gün gəlmişdi, Almaniya səfərinin əsas məqsədi olan Oktoberfestə gəlmişdik. Hər üçümüz xoşbəxt edik!)) Səhər şəhəri çatdığımıza görə, hamılıqla gərara gəldik ki, birinci Müchendə olan BMW muzeyə gedək ( bu arada muzey heç xoşuma gəlmədi, Ştuttqartda olan Mersedes muzeyinin yanında BMW muzey çox zəif görünürdü) və sonra saat 14:00-dan sonra hamılıqla Oktoberfestə köklənək!)

Muzeyə çatdığımız zaman Anarın təziqi altında Oktoberfestin harda keçirildiyini Alman mühafizədən soruşdum. Sual verdim: “Salam, biz Oktoberfest üçün maşını harda saxlasaq daha yaxşı olar?” (yadıma gəlirdi ki, Oktoberfest ətrafına maşınla gəlmək çətin olurdu). Alman mühafizə mənə “tərs-tərs” baxıb gülümsədi və dedi ki, Oktoberfest artıq bitib (!). Təbii olaraq (xoşbəxtçilikdən) dialoq almanca gedirdi və mən Rafiq, Anara bunu tərcümə etmədim. Edə bilməzdim!) Həmdə ürəyimdə bir təsəlli var idi… deyirdim, eşi alman nə bilir Oktoberfest nədir?!))

Amma buna baxmayaraq “qanım xeyli qaralmışdı”… qorxurdum ki, bu “nemes” düz deyər! Neysə, muzey zamanı 1-2 nəfərdəndə soruşdum və hamı bir nəfəsə Oktoberfestin artıq bitdiyini və festifal ərazisinin tam yığışdırıldığı dedi. Qorxurdum. Qorxurdum ki, Rafiqlə, Anar təyyarə biletlərini məndən istəyə bilər, çünki Almaniya seçmə səbəbimizin – Oktoberfest idi və o artıq bitmişdi. Ən əsas isə, həmin dəqiqə mən yeni “strateqiya” düşünməli idim. “Bilirsiz, Oktoberfest bitib, biz təyyarə ilə düşdüyümüz gunün səhəri artıq son gün emiş…” desəydim mənə deyəcəkdilər ki: “Bizi Bakıdan bura Oktoberfest üçün gətirmisən, indidə deyirsən bitib!?” Əslinə baxanda əgər bir təyyarədən düşdüyümüz gün, birinci Oktoberfest daha sonra kəndə getsəydik hər şey normal idi… AMMA, neysə, bunların mənə heç bir xeyri yox idi.

… ilk ifadəm belə oldu: “Eşi… Oktoberfest yerinə bəlkə sadəcə bir restorana gedək, özümüz oturaq, pivə içək, söhbət edək. Neynirik ki, eee Oktoberfesti, millət olur, səs-küy, hə?” Anar və Rafiq məni eşitdi, amma başa düşmədilər!)) Necə yəni? Biz Azərbaycandan bura Oktoberfest üçün gəlmişik, indi Münchendə ola-ola getməyək? Sual çox rasional səslənirdi və məcbur olub “B” variantını seçdim.

… deyirlər Oktoberfest bu il “tez” bitib. Həm dəyəsən heç yaxşı olmayıb bu il. Burda əsas ifadə “dəyəsən” idi, çünki bir-başa demək istəmirdim, Oktoberfest yoxdur!)) Neysə, Oktoberfesin mənfiləri barədə yalan olmasın 40 dəqiqi danışdım… axırdada “zərbəni” endirim dedim ki, Oktoberfest yoxdur!) Canımız sağ olsun, gələn il gəlırikhbhbhbnanmsdn tərzində sözlər deyirdim!)

Sağ olsunlar təyyarə biletrinin pulunu istəmədilər, onun yerinə bir pivə qonaqlığı verib canımı qurtardım!) Nə gizlədim indi qədər, Anar və Rafiq mənim tarixlə bağlı dediyim sözləri yumşaq desək skeptik yanaşırlar! Olurda… əslində gunah onlardadır ki, mənim dediyim sözləri bir-başa qəbul ediblər. Yoxlamayıblar! Mənim günahım yoxdur!))

bunlarıda OXUYUN və görəcəksiniz ki, mənlik deyil: