image_pdfimage_print

Yadıma düşür… 2013-cü ildə “Onlar və Bunlar” adı ilə bloq post yazmışdım. O vaxt bu yazı cəmi 5 gün ərzində 6 mindən oxunma sayı almışdı. Hesab edirdim ki, bu yazı bir çox şeyi deyişəcək. İndi 2016-ci ildir və hiss edirəm ki, YENİ bir yazıya ehtiyyac var. Bilirsiz niyə?

Əziz oxucu, 2013-cü ildən bu yana Marketinq AİR istiqmaqəməti olaraq bəzi yeniliklər həyata keçirilmişdir. İstəyirəm ilk olaraq onları Sizin yadınıza salım və bu aktivlikləri etmiş insanlara “qiyabi”də olsa bir daha təşəkkür edim.

  • 2013-cü ildən bu yana – Dijital Marketing Konfransı keçirilir. Butün dünyada eyni formada müxtəlif yeniliklər, tədbirlər həyata keçirilir. Bu təbiidir, çünki dünya dar ixtisaslaşma istiqamətində inkişaf edir. Dolayı yolla bugün marketinq eksperti anlayışı yoxdur. Onun əvəzinə marketinqin xüsusi sahələri meydana çıxmışdır. Azərbaycanımızdada bu trendi formalaşdırmaq üçün biz artıq brend olmuş MMF (Milli Marketinq Forumu) kiçik qardaşı olan yeni bir konfrans düşündük. Konfrans birinci il ADA Universitetində, ikinci il isə (yəni bu il) Kempinski Hoteldə keçirilir. Özünüz baxarsınız, tədbir son dərəcə keyfiyyətli olacaq. Ən azı ona görə ki, biz keçən illə müqayisədə daha çox əziyyət çəkirik. Bilirsizdə… o yerdə ki, alın təri orda uğur qaçılmazdır.
  • 2013-cü ildən bu yana – biz AİRçilər olaraq 5 kitab dərc etdirmişik. Ana dilimizdə (!), Biznes barədə, Yalnız praktika (!) bu superdir. Bu o deməkdir ki, biz həqiqətəndə bazarda yenilik etmək istəyirik. Öz aramızdı, ölkəmizdə kitab oxutdurmağın yeganə yolu, oxunaqlı kitablar yaratmaqdır. Kitablarımız mağazalarda “isti peraşki” kimi satılır. Bu arada Rafiq müəllimin Dijital Konfrans üçün yeni bir kitabıda çıxır. Altıncı kitabımız!
  • 2013-cü ildən bu yana – Marketinq AİR istiqmaətinə 300-ən çox məzun cəlb etdirmişik. Bizim əsas məqsədimiz Marketinqi daha ciddi formaya qaldırmaqdır. Bunu necə edə bilərik?! Çox sadə daha çox adamı, bu iş haqqında məlumatlandırmaqla. Bunun üçün biz Marketinq AİR təlimlərini ildə iki dəfə olmaqla, hər il ən yazı 80-90 nəfəri AİRçi edirik. Dayanmırıq, hərəkət edirik. Danışmırıq, edirik. Bu arada ümumi Marketinq AİR məzunu artıq 500 nəfəri keçir.
  • 2013-cü ildən bu yana – Dijital AİR adlı təlimlərə start vermişik. Bu təlimlər Marketinq AİR məzunları tərəfindən həyata keçirilir. AİR brendinin belə güclənməsi şəxsi məni çox sevindirir. Fəxr edirəm ki, mənimdə adım AİRçi kimi hallanır. Sevindirici hal o odur ki, Marketinq AİR adıyla olan istənilən aktivlikdə rəsmə “anşlaq” olur. Bu superdir. Bu o deməkdir ki, biz düzgün yoldayıq.
  • 2013-cü ildən bu yana – Facemark olaraq dünyanın demək olar ki, butün əhəmiyyətli tədbirlərdə partnyor olaraq çıxış etmişik. Hər yerdə, Azərbaycanımızı təmsil edirik, böhranda, dolların qıtlığında xarici səfərlərə gedirik (öz hesabıməza) və marketinq adına yenilikləri gətirib ölkəmizdə paylaşırıq.
  • 2013-cü ildən bu yana… və s. və ilaxir.

Əziz oxucu, heç bir marketinq aktivliklərlərində kommersiya məqsədi güdmürük. Biz sadəcə bu ölkədən aldığımız bilikləri, marketinqdən əldə etdiyimiz pulları geriyə qaytarırıq. Qurban olduğumuza min şükür, narazıda deyilik. 2013-cü ildən bu yana Marketinq AİR təsisçiləri olaraq heç birimizin (nə Anar, nə Rafiq) şəxsi karyeramızda yalnız inkişaf hiss etmişik. Bəlkədə paylaşdığımız üçün, bizimlədə Qurban olduğumuz uğuru paylaşır!?

Çoxları deyir ki, Azərbaycanda inkişaf yoxdur, ölkə savadsızlaşır, intelektual adamlar ölkəni tərk edir və s. Dostlar bəs biz nə etmişik? Acı sualdır bilirəm, Amma SƏN, bax SƏN bu ölkənin inkişafı üçün, vətənimizin çiçəklənməsi üçün nə etmisən? Xaricə gedən hər zaman olub, olacaq, olmalıdırda. Yaxşı vətəndaş odur ki, ölkənin iqtisadi çətinlikləri olan vaxtlarında burda qalsın, işləsin, gələcəyə nikbin baxsın. İnkişaf etsin, inkişaf etdirsin. Qaçmasın, problemləri qaçırsın.

Xaricə getmək ən asand yoldur, AİRçilərin asand yollarda işi yoxdur. Biz istər qurduğumuz şəxsi bizneslərdə, yaratdığımız yeni iş yerlərində, istərsədə tədris prosesində daha həvəslə işləyəcəyik. Bizim üçün böhran fürsətdir, bizim üçün böhran çağırışdır. Bizim üçün həyatı nikbin baxış şərtdir. Bizim üçün danışmaqdan çox etdiklərimiz vacibdir. Bizim üçün nəticə vacibdir.

Bugünlərdə bəzi gənc dostlar Dijital Marketinq Konfransı barədə danışır… Onlar bilmirlər hər hansı bir yenilik əslində daha mükəmməl iş üçün imkan yaradır. Düşünün ki, Siz işləyən adamsınız. Siz görürsünüz ki, kimsə nəsə edir (nəsə edir sözünə diqqət) amma səhvləri var. Deməli bu şansdır. Siz daha təkmilləşmiş nəsə edə bilərsiniz.

Məni məyus edən bəzi bu gənc dostlarımızın həyat təcrübəsinin olmaması bir yana, elementar etik normalara riayyət edə bilməmələridir. Neqativ yanaşmalarıdır. Siz Siz olun… heç vaxt özünüz etmədiyiniz, nail olmadığınız bir işi görmüş adamı tənqid etməyin. Ömründə heç bir konfrans etməmiş adamın, “Konfrans belə keçirməzlər…” sözü çox səhvdir. Ömründə heç bir şirkətdə brend qurmamış adamın: “Brendinq belə deyil…” deməsi çox pisdir. Gənc dostlar öyrənin, edin, sonra lazım olsa danışın. Konstruktiv tənqid edin. Müqayisəli təhlillər edin. Statistikanı öyrənin. Savadlı olunda! Xahiş edirəm.

Müqayisəli təhlil dediz yadıma düşdü… bu təbiidir. Təbiidir ki, bütün ölkələrdə olduğu kimi bizdədə, Hərəkət edən və Tənqid edən kütlə var. Sadəcə demək istədiyim odur ki, Siz hərəkət edən tərəfdə olun. Hətta bəzən bu sağlam formada olduğu zaman yaxşıdır. Rəqabət olur. Amma untmayın, Tənqid edənlər hər zaman məğlub olur. Olacaq. Pozitiv olun!

Sonda hər birinizi Dijital Marketinq Konfransında gözləyirəm!)

 

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close