image_pdfimage_print

Bu yaxınlarda çox məhşur bir rus biznes adamının intervyusunu oxuyurdum. Çox maraqlı mövzular barədə danışırdı. Diqqətimi xüsusi cəlb edən bir ifadə oldu: “Biznes velosipedə oxşayır. Pedalı tərpətməsən, nəyin ki irəli getməyəcəksən, hətta yıxılacaqsan”. Çox düzgün və mükəmməl tərifdir. İcazə versəniz, fikirlərimi daha ətraflı bölüşərdim.

Bilirsiz niyə bu söz mənə belə çox təsir etdi, çünki məndə belə bir əminlik var ki, biznesdə statik vəziyyət ola bilməz. Əgər biznes irəli getmirsə, deməli 100% geriyə gedir. Vacib deyil, hansı sektor. Prinsip dəyişməzdir. Ya sən irəli gedirsə, ya səni kimsə qabaqlayır. Çünki cəmiyyət inkişaf edir, çünki istehlakçı zövqləri dəyişir, çünki insanlar daha tələbkar olurlar. Əgər sən bunları hiss etməsən, informasiyan olmasa, deməli geriyə gedəcəksən və s.

… bəlkə buna görə mən bir insanın eyni vaxtda bir neçə sahədə inkişaf edəcəyinə inanmıram. Hesab edirəm ki, yalnız bir sektorda fokuslanmaqla biznesdə yüksək mənfəət əldə etmək olar. Çünki biznes iqtisadiyyat elmindən doğan insan fəaliyyətidir. İqtisadiyyat isə, məhdud resurslardan maksimum səmərəli istifadəni bizə diktə edir. Axı eyni adam bir neçə sektorda necə məhsuldar ola bilər?!

Məsələn, mən inanmıram ki, Soliton texnika satışında, Neptun isə FMCG sektorunda lider ola biləcək. Sadəcə inanmıram. Çünki burda şaxələnmə var, burda gücün parçalanmsı var, diqqətin yanınması var və s. İndi mebelə girişiblər… inanmıram uğurlu olsunlar. Düşünürəm ki, şirkət Neptuna qoyduğu gücü, Solitona qoysaqdı daha çox pul qazanardı və ya əksinə.

Məsələn, mən inanmıram ki, Cafe Citynin sahibləri, eyni zamanda məişət texnikası satışında uğurlu olsunlar. Əslində elə muasir zamanda göstərir ki, mən düz edib inanmıram (!). Şirkət sahibləri elektronika satışında gündən-günə geriyə getdi. Əminəm ki, güclərini parçalamasaydılar, belə olmazdı.

Mən İtal Dizayn Qrupunda uğuruna skeptik yanaşıram. Əminəm ki, bir sahədə fokuslansaydılar daha böyük uğurlar əldə edərdilər. Amma indi onlar nə satdıqlarını bəzən özləridə bilmirlər… Yox. Bu sahə bəlkədə bir-az fərqlidir, bəlkə düşünürlər ki, lüks müştəri hər yerdə lüksdür?! Bilmirəm.

Amma mən yenədə dar şaxələnməyin tərəfdarıyam. Dar fokuslanma olduğu zaman, biznes daim inkişaf edir. Bəzən heç kreditədə ehtiyyac olmur. Velosiped təkəri daim tərpənir. Çünki bir sahədə çalışdığımız zaman, biz məcbur olub bütün diqqətimizi eyni nöqtəyə cəmləyirik. Nəticədə prosesləri yaxından izləəyirik.

Ölkəmizdə real bizneslərdə lider şirkətlərə baxaq… Embawood, FAB, Aga Gruop, Ideal və s. Diqqət edin bu şirkətlər bir sektorda çalışırlar və təbii olaraq inkişaf edirlər. Səbəb çox sadədir. Tutduqları xətt üzrə çalışırlar. Bu şirkətlərdən istənilən biri, sektoru dəyişdiyi anda problemlər yaşayacaqlar məncə. Məsələn, Embawood seriyalı mebel istehsalçısıdır. Diqqət edin, seriyalı… sifarişli istehsala girsələr problemləri çıxacaq. İnanmırsız?! Sınasalar, mövzuya qayıdaram.

“Bir biznesi qurum, pul gətirsin, sonra başqa biznes qurum, oda pul gətirsin” məntiqi çox sadəlöv gəlir. İnanın. Biznes balaca uşaq, qadın kimidir… diqqət yetirməsən – səndən küsəcək. Bu sadəcə xəyaldır ki, biznes qurursan və o sənə “sağmar inək” rolunu oynayır. Oynayar… amma inanın biz ona diqqət etməsək, o geriyə gedəcək. Bizdən küsəcək.

Burda bir məsələyə diqqət edin. Söhbət passiv investisiyadan getmir. Mən burda yalnız aktiv investor kimi çıxış etməkdən danışıram. Aktiv olaraq eyni vaxtda iki və ya da çox işi effektiv görməyi mümkünsüz hesab edirəm. Gec-tez hansısa bir sahə zəifləyəcək. Nəticədə Sizin hər iki işinizə ziyan dəyəcək.

Məhz bu yuxarıda dediklərimizi nəzərə alaraq biz düşünürük ki: “Biznes velosiped sürməyə bənzəyir. Hərəkət etməsən, irəli getməsən, sadəcə yerə yıxılacaqsan!”.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close