image_pdfimage_print

Bugün Azərbaycan biznes elitasının ən çox iştirakçısı olan tədbiri baş tutdu. 300-ən çox şirkət, 550 nəfərdən çox iştirakçı ilə Dijital Marketinq Konfransı sözün əsl mənasında tarix yazdı. Əlbəttə, bu tip tədbirləri keçirmək hər adamın işi deyil, amma Sizdə bilirsiniz ki, Marketinq AİR komandası üçün bu elədə ciddi bir şey deyildi, AMMA və LAKİN, bu dəfə keçirilən tədbir bütün steoritipləri sındırdı. Bəli, bəli bu dəfə keçirilən tədbir bizim sözün əsl mənasında “gözümüzü” açdı. Bilirsiz niyə?

Niyələrə keçməzdən əvvəl belə möhtəşəm tədbirə sözün əsl mənasında can verən təşkilatı komandaya çox sağ ol demək istəyirəm. Başda dostumuz Rafiq Vəliyev və Aysel Cəbrayilova olmaqla butün DMC kollektivi böyük fədakarlıq göstərirdi. Xatırlayıram, tədbirə 3 gün qalmış butün komanda gecə saat 3-ə qədər işləyirdi. Halal olsun dostlar! Siz bugün tarix yazdınız!

Çox təəsüf ki, bizim içərimizdə mənasız neqativ düşüncəli insanlar var. Tədbirdən əvvəl boş-boş danışanlar kütləsi var idi və Siz onlara cavab vermirdiz. Bugün, Dijital Marketinq Konfransından sonra mən Sizin əsl cavabınızı, göstərdiyiniz işlə verdiyinizi gördüm. Necə deyərlər, kimlərsə danışmaqla, kimlərsədə etməklə öz həyatlarını davam etdirir. Atalar yaxşı deyib: “İt yürər, karvan keçər” Siz bunu sözün əsl mənasında göstərdiniz. Bir daha təşəkkür edirəm.

Niyə görə bu dəfə keçirilən tədbirlər bizim gözümüzü açdı? Bu tədbirdə bir neçə yeniliklər var idi və bu yeniliklərin heç birini biz əvvəl ki, tədbirlərimizdə etmirdik. Bu dəfə risk etdik və nəticə gözlədiyimizdəndə yaxşı oldu. Bunlar haqda qısaca danışım.

Yer seçimi. Biz uzun müddət düşünürdük ki, keçirilən tədbirlərin yeri mütləq piyadalar üçün asand yerlərdə olmalıdır. Biz elə gəlirdi ki, insanlar şəhərin mərkəzində olmayan yerlərə gəlməyə bilər. Məhz buna görə biz Milli Marketinq Forumunu artıq dördüncü dəfə, məhz 28 Mallda təşkil edirdik. Bu dəfə biz tamamiylə fərqli bir məkan seçdik – Badamdar Hotel (əvvəl Kempinski). Yerləşmə piyada seqment üçün çox çətin görünürdü. Buna baxmayaraq butün biletlər satılmışdı və zal ağzına gədər dolu idi. Biz başa düşdük ki, tədbir yaxşı təşkil edildikdə insan uzaq yerlərədə gələ bilirlər.

Səhnə tərtibatı. Biz daha əvvəl səhnə tərtibatında muasir texnoloqiyalara fikir vermirdik. Bizə elə gəlirdi ki, bu tip şeylər insanlar üçün maraqlı deyil və tədbirə əlavə dəyər qatmır. AMMA və LAKİN, Dijital Marketinq Konfransında səhnə tərtibatı, işıqlar, səhnədən çıxan duman, səs qurğuları… bir sözlə hər şey mükəmməl formada idi. Sizə inandıram ki, dövlət əhəmiyyətli tədbirlərdə belə, bəzən belə yüksək səhnə tərtibatı təşkil edilmir. Təcrübə göstərdi ki, bu tip şeylər ümumi tədbirə əlavə dəyərlər qatır və vacibdir.

Qeydiyyat masası. Dostlar mən bu dəfə qeydiyyat masasının tərtibatına, diqqətli işləməsini heyran qaldım. Əgər əvvəllər biz bu işi, digər dostlarımıza təhkim edirdiksə, indi yalnız və yalnız AİR məzunlarına tapşırdıq. Nəticə  – super. Ümumiyyətlə bizim tədbirlərdə istər təşkilatı komanda, istərsədə ümumi texniki heyyət tam olaraq Marketinq AİR məzunlarından ibarət olurlar. Bu superdir. Bilirsiz… AİRçilər bizim əsas gücümüz, dəstəkçilərimizdilər. Bu tədbirlər bizdən çox onların tədbirləridir. Bu tədbirlərin yaradıcılarıda, təsisçiləridə məhz bizim AİRçi dostlarımızdır.

İştirakçılar. Birinci Milli Marketinq Forumu keçiriləndə iştirakçıların demək olar ki, çoxunu tanıyırdım. İndi… indi sözün açığı tanıdığım adam sayı maksimum 10% idi. Əgər əvvəllər bizim tədbirlərdə, daha çox AİR məzunları və gənc menecerlər olurdusa, bu dəfə tədbirdə orta və yüksək menecerlər, şirkət sahibləri iştirak edirdi. Bu super nəticə idi. Bu bizim tədbirlərin gündən-günə daha güclənməsinin göstəricisi idi.

Yemək və Kofe-breyk. Nə gizlədim bizim digər tədbirlərimizdə bu qədər sistemli və dadlı yemək heç vaxt olmamışdı. Həqiqətəndə hər şey son nöqtəsinə qədər mükəmməl idi. Özümü bir anlıq xaricdə keçirilən tədbirlərdə hiss edirdim…

…Hiss edirdim demişkən, bir məsələnidə hiss etdim ki, deyəsən hələ Azərbaycanda öz rekordlarımızı yalnız özümüz qıra biləcəyik. Daha bir qorxulu hissim isə, keçirilən tədbirlərdə “plankanın” tədbirdən-tədbirə yuxarıya qalxmasıdır. Artıq hiss edilir ki, tədbir keçirməkdə əməlli-başlə təcrübəli komanda formalaşıb. Hər keçirilən tədbir daha öncəsini geridə qoyur.

Artıq bir adət halına gəlmiş yeni kitab təqdimatı isə ümumiyyətlə tədbirdə ən pik nöqtələrdən idi. Tədbirdən-tədbirə kitabların satışının təşkil edilməsi daha maraqlı və sistemli olur. Çox sevindirici haldır ki, hər dəfə forumda minimum bir yeni kitab olur. Bu dəfədə Rafiq, özünün “Bügünün marketinqi” kitabını özəl olaraq konfransa hazırlamışdı. Kitab satışı isə super idi.

Spikerlər içərisində əlbəttə son dərəcə parlaqlarıda oldu, gözlədiyimdən aşağı performans göstərənlərdə. Bir daha əmin oldum ki, natiqlik qabiliyyəti çox vacibdir. Sizdən nə gizlədim, yaxşı danışa bilməyən adamın, yaxşı marketoloq olduğuna inanmıram. İnandırmaq bizim peşənin ən vacib elementidir. İnandırmaq üçün bizim yaxşı danışıq qabiliyyətimiz olmalıdır. Özünə 15 dəqiqəlik çıxış qura bilməyən marketoloq (oxu reklamçı, dijital marketoloq və s.) inanın böyük şirkətlər üçün heç vaxt yaxşı strateqiya qura bilməz. Biz mühasib, proqramçı deyilik ki, danışa bilməyək. Biz danışmalıyıq, inandırmalıyıq, parlamalıyıq və s. Ad çəkmədən deyim ki, zəif spikerlər məni çox məyus etdi.

Hesab edirəm ki, DMC təcrübəsindən sonra biz daha mükəmməl tədbirlər keçirəcəyik. Bir daha təşkilatçılardan, iştirakçılara qədər hamınıza təşəkkür edirəm. Birdə arzu edirəm ki, belə tədbirləri yalnız AİRçilər etməsin, tənqid edincə səhvlərdən nəticə çıxarıb daha yaxşısını edən(lər) tapılsın. İnanıram ki, bu adamlar bizim Forumlarda, Konfranslarda olanlar olacaq!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close