image_pdfimage_print

Dostların bildiyi kimi, təxminən 3-4 ay bundan əvvəl internet istiqamətində yeni layihəmizə start vermişik – ForHome. Şirkət onlayn mebel fabriki məntiqi ilə işləyir, başqa sözlə desək, mebel vasitəçisiz bir-başa olaraq fabrikdən müştərinin evinə təslim edilir. Təbii ki, bu daha keyfiyyətli məhsulları fabrik qiymətindən müştərilərə təklif etməyi imkanları yaradır. İstəyirəm bu yazıda ForHome haqda fikirlərimi Sizinlə bölüşüm, hesab edirəm, faydalı ola bilər.

İlk əvvəl qeyd etmək istəyirəm ki, biznesin internetdə və ya offlaynda olmasından asılı olmayaraq biznes, marketinq prinsipləri hər birində tamamiylə eynidir. Hər şey, müştəridən, onun ehtiyyacından başlayır. Müştərini başa düşmədən nə onlaynda, nə də offlaynda uğurlu olmaq mümkün deyil və ya əksinə. Hesab edirəm ki, internetdə qurulan biznesləri tez məhv etməyin birinci yolu: “Burda digər biznes qaydaları işləməz…” tipində düşünməkdir.

Butün dünyada mebel internetdə ən az, satılan məhsulların başında durur. Məntiq çox sadədir: müştəri əlini vurmaq istəyir, qiymət bahalıdır, dizayn əsas faktordur, mebel alışlarında “ucuz” qiymət birinci alış kriteriyası deyil (aşağıda bu haqda ətraflı danışacam, böhran bu faktor bir-az dəyişir) və s. Başqa sözlə desək, mebel onlayn biznes üçün ən çətin məhsul hesab edilir. Bəs ForHome niyə yarandı? Bu sualla cavab vermək üçün klassik 4P məntiqindən istifadə edərək izahat verməyə çalışacam.

İlk əvvəl qeyd etmək istəyirəm ölkəmizdə olan iqtisadi vəziyyət ForHome tipli təkliflər üçün çox uyğundur. Azərbaycan istehlakçısı eyni keyfiyyətdə olan məhsulları daha ucuz almaq istəyir, çünki ölkədə iqtisadi böhran var. Böhran ödəniş qabiliyyətini aşağı salır. Əgər 2014-cü ildə mebel alışlarında əsas kriteriya sırf dizayn idisə, bugün qiymət əsas alış kretiresiyası ola bilər. Həmçinin əlbəttə, internetin inkişafı bir-başa olaraq bu sektoru inkişafda olacağından hamımıza əminlik yaradır. Keçək ForHome 4P-sinə

Product – Məhsul siyasəti. ForHome məhsul portfelini təhlil etsəz aydın şəkildə görəcəksiniz, biz burda dizayn mebeli deyil, baza ehtiyyacları ödənilməsi üçün mebelləri təklif edirik. Məsələn, ForHome mebelləri komplekt şəklində deyil, modul şəklində təklif edir. Nəticədə ForHome Azərbaycanda ən ucuz qiymətə və mükəmməl dizaynda TV stendlər, dolab, tumbalar və s. kimi modulyat mebellər təklif edə bilir. Bizim mebellər, evin səliqəli görünməsi, rahat yatmaq, rahat oturmaq və s. kimi baza ehtiyyacları ödəmək üçündür. ForHome dizayn satmır, ForHome baza ehtiyyacları ödəmək üçün ucuz qiymətə mebellər təklif edir. Qiymət demişkən…

Price – Qiymət. ForHome qiymət siyasəti çox sadə məntiq üzərindədir. Biz məhsullarımızı bir-başa olaraq özümüz istehsal edirik və bir-başa olaraq müştəriyə çatdırırıq. Müştəri dəyər zənciri, son dərəcə qısadır. Məsələn, eyni vaxtda Embawood şirkətinin açdığı DomDream layihəsində (digər bir internet satış mağazası) müştəri dəyər daha uzundur (fabrik istehsal edir – mərkəzi anbara gəlir – distribyutora gəlir – ordan internet sifariş – ordan müştəri evi…). ForHome münasib qiymətli olması çox sadədir, biz eyni məhsuldan yalnız bir nöqtədə mənfəət qoyuruq – fabrikdə. Vəssəlam. Başqa xərcləri fabrik subsidiya edir. Rəqiblərdən bizi fərqləndirən digər məsələ… satış yeridir.

Place – Satış yeri. Əlbəttə hamı bilir ki, internet mağazadırsa, bunun satışıda internetdə olacaq… AMMA və LAKİN. ForHome internet səhfəsində olan mebellər Azərbaycan daxilində yalnız və yalnəz ForHome almaq olar. Məsələn, DomDream-də satılan məhsulları çox asanlıqla istənilən Embawood və ya Madeyra (İdeal Dizayn) mağazasından, Facebook və ya İnstagram olan mebel səhfələrində olan mebelləri daha ucuz qiymətlərə offlayn almaq mümkündür. Biz isə, bu mebelləri yalnız və yalnız ForHome üçün istehsal etdiririk. Just in Time prinsipi ilə. Nəticədə bizim məhsullar yalnız. ucuz deyil, həmçinin eksklüziv kolleksiyalar adlanır. Bilirsiz mebel sektorunda çox vacibdir, sənin təklif etdiyin məhsulu heç kim satmasın. Bunu müştəriyə yaxşı təqdim etmək olur.

Promotion – Təqdimat (təşviq). ForHome təşviqat prinsipini çox sadə məntiqlə edir: Facebook, İnstagram və ağızdan-ağıza reklamlar. Vəssəlam. Çox sevindirici haldır ki, bizdən bir dəfə mebel alan adam mütləq və mütləq digər mebelləridə ForHome sifariş edir. Bu məni çox sevindirir. Bu o deməkdir, bizim mebellər özləri-özlərini reklam edir. Bizim ən zəif yerimiz elə təşviqatdır. Bizi tanımırlar. Marketoloq ola bilmədik ki, bilmıdik-zad!))

P.S. Yeri gəlmişkən, əziz oxucu, xahiş edirəm bizi dostlarınıza deyin, əmin olun, mebelə ehtiyyacı olan adam üçün ForHome əvəzedilməzdir. Ona lazım olan mebellər bizdə var və ucuz qiymətə + keyfiyyətli.

4P-dən danışdımsa, mütləq və mütləq beşinci P olan insandan, işçilərdən danışmasam, özüm-özümü bağışlamaram. Bizim layihəni AİRçi dostumuz Nigar xanım Nazim tərəfindən idarə edilir. Sağ olsun. Həqiqətəndə super işlər görür. Bilmirəm, AİRçi deyə, belədir ya nədir, amma Qurban olduğum hamıya belə mükəmməl işçi-partnyor qismət etsin. Sağ ol Nigar!)

ForHome kateqoriya olaraq özünü rahat mebel kimi mövqeyləndirir. Rahatlıq yalnız mebelin bəxş etdiyi dəyərdı deyil, həmçinin ümumi işin gedişatı, mebelin seçilməsindən evə gətirilməsinə qədər olan prosesləridə özündə əks etdirir. Həqiqətəndə ForHome mebel almaq rahatdır!)

İnternet sayt qurmaq istəyənləri bir neçə məsləhət vermək istəyirdim ki… vermirəm. Bilirsiz niyə?! Çünki vermək istəmirəm, niyə verməliyəm!? Qardaş özün başla, işin içinə gir, işlə, pozitiv ol, özünə güvən alınacaq! StartUp etmə, satmaq üçün biznes qurma, işlə, alınacaq!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close