image_pdfimage_print

Bugünlərdə German Studio olaraq son dərəcə innovativ bir layihəyə start verdik. Həyatımızda sağlamlığın əhəmiyyəti barədə danışmaq yersiz əlbəttə, hamımız bilirik ki, sağlam ruhda – sağlam düşüncə – sağlam düşüncə olan yerdə isə, əlbəttə uğur olur. Məhz bu yanaşmaları nəzərə alaraq German Studio mətbəxdə daha sağlam mühiti yaratmaq məqsədi tam yeni kolleksiyanı təqdim edir – Grüne Küchen. Kolleksiya nədir, özündə nəyi ifadə edir?

İlk əvvəl qeyd etmək istəyirəm ki, German Studio ilə əlaqəli işlərdən sözün əsl mənasında həzz alıram. Niyə?

  • çünki sevdiyim işdir;
  • çünki bu iş bazarda yenilikdir;
  • çünki German Studio məhsulları son dərəcə keyfiyyətlidir;
  • çünki bu bazarda bizim ciddi şəkildə rəqabət üstünlüklərimiz var;
  • çünki German Studio hər gün mənə nesə öyrədir…

… və sonuncu yenilikdən sonra bu “çünkilərə” daha biri əlavə edildi. Çünki German Studio mətbəxləri insanların həyatlarını daha sağlam edir, çünki bu mətbəxlər insan ömrünü uzadır. Necə?

2017-ci ildən etibarən German Studio şirkətinin məhsulları arasında tam yeni kolleksiya Grüne Küchen əlavə edilir. Kolleksiya özündə alman keyfiyyəti ilə yanaşı, mətbəxdə sağlamlıq yaradan digər amilləridə birləşdirir. Grüne Küchen (yaşıl mətbəx) özündə aşağıdakı 3 yeniliyi birləşdirir.

  1. Mətbəx kranından bir-başa olaraq tam filtrə edilmiş içməli su gəlir. German Studio dünyanın ən böyük mətbəx kranları istehsalçısı olan Grohe şirkəti ilə əməkdaşlığa başlamışdır. Bu əməkdaşlıq nəticəsində mətbəxlərdə qab yumaq üçün olan sudan əlavə, filtrləşdirilmiş suda gələcək. Təsəvvür edin ki, mətbəx krantından qaynamış, qazlı su gəlir. Mətbəxdə ən çox istifadə edilən alət – su kranları, ən çox istifadə edilən qida isə – sudur. Beləliklə biz, Grohe ilə birlikdə bu problemi kökündən həll etmiş olduq. Bu arada Grohe su kranlarına 50 il zəmanət verilir (!)
  2. Mətbəx dəzgahlıqlarında anti-allerjik məhsullardan istifadə. Yeni kolleksiyalarda biz, mətbəx dəzgahlıqlarında allerqiyaya qarşı vasitələrdən hazırlanmış materiallardan istifadə edirik. Bununla mətbəxdə bakteriya sıfıra enir və daha sağlam qidalanma mümkün olur.
  3. Mətbəxdə suya davamlı materiallardan istifadə. 2017-ci ildən German Studioda suya davamlı korpusdan olan mətbəx mebelləri sifariş etmək olar. Bu korpuslar suya davamlı olmaları ilə yanaşı, insan sağlamlığı üçün son dərəcə zərərli olan formaldegidsizdir. Belə ki, German Studio mətbəxlərində istifadə edilən plitələrdə formaldegid miqdarı sıfıra bərabərdir. Bu yalnız bizim məhsullarda var.

Tam səmimi deyim, belə mükəmməl məhsullar təklif etmək böyük xoşbəxtçilikdir, çünki müştəri səndən məmnun qalır. Hamı razıdır və işlərdən həzz almaq olur. İnanın ki, iş bitdikdən sonra müştərinin zəng edib, təşəkkür etməyindən yaxşı biznesdə heçnə yoxdur!)

German Studio ölkəmizdə alman mətbəx mebellərində ixtisaslaşmış ilk şirkətdir. Təsəvvür edin ki, biz işə başlayanda ölkəmizdə ümumiyyətlə premium seqmentdə keyfiyyətli alman mətbəxi anlayışı yox idi. Düzdü 2013 – 2015-ci illərdə bizdən başqa bir neçə şirkətdə alman mətbəxləri təklif etməyə başlamışdı… amma təəsüf ki, böhranın dalğalarında biznesdən tam kənarlaşdılar. Biz bunu edə bilmirik, çünki sevdiyimiz işi yalnız pula görə etmirik. Biz bu işi sevirik.

Özüm sınamışam, prosesdən həzz almadığım heç bir işdə uğur qazana bilmirəm. Hesab edirəm ki, hamıda belədir. Sevmədiyin işdə, nesə əldə etmək çox çətindir. Arzu edirəm ki, Sizdə sevdiyiniz işlərlə məşğul olasınız. Birdə arzu edirəm ki,  Qurban olduğumuz oxucularımızın hər birinin evinə German Studio mətbəxləri qismət eləsin!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close