image_pdfimage_print

Bugünlərdə biznes-partnyor olduğumuz Gemi Qaya şirkətlər Qrupunun dəvəti ilə Naxçıvana səyahətə getmişdik. Məqsəd dileri olduğumuz şirkətin fabrikləri, anbar – planlama sistemi ilə tanış olmaq idi. Həmçinin 2017-ci ilin hədəfləri dəqiq qoyulmalı idi. Məndə görüşü işçilərimizlə getmişdim, çünki malı bir-başa müşətəriyə təklif edən adam vacibdir. Vacibdir demişkən, bu yazıda mən Sizə bəlkədə məişətdə gəlin – qaynana problemi qədər aktual olan, işçi – rəhbər münasibətlərindən danışmaq istəyirəm. Pis işçi və ya pis rəhbər kimdir və bununla necə mübarizə aparmaq olar?

İlk əvvəl deyim ki, işçi istənilən biznesin dayaq nöqtəsidir. Daxili müştəridən biznes başlayır və məhz düzgün seçilmiş daxili müştərilər hesabına biznes inkişaf edə bilir. Daxili müştəri – bizim işçilərdir. Xarici müştərilər bizdən pul verib – məhsul (xidmət) alanlar. Birinə sahibkar pul verir, digərindən sahibkar pul alır. Daxili müştəri məmnun olmasa, heç vaxt xarici müştəri bizdən razı qalmaz. AMMA və LAKİN – daxili müştəridə bilməlidir ki, o şirkətdə dəyər yaratmaq üçün var. K. Marksın sözü olmasın, biznes izafi dəyər yaratma fəaliyyətidir və dolayı yolla işçi öz işi ilə dəyər yaratmalıdır ki, sahibkar pul qazansın. Oda xoşbəxt olsun!)

Sözü gedən məsələ o qədər çox müzakirə edilir ki… sahibkar deyir ki, işçi işə can yandırmır. Tənbəldir. İşçi deyir ki, rəhbər ancaq özünü düşünür, mənə sərbəstlik vermir və ən əsası mənim əməyimi qiymətləndirmir. İki tərəfli narazılıq var. Məişət olan gəlin – qaynana problemi kimi. İstəyirəm Sizə bir əhvalat danışam. Hesab edirəm ki, bu müzakirəmiz üçün faydalı olacaq…

Bir gəlin, daim qaynanasından narazılıq edir. Hər gün, qaynananın ona zülm etdiyindən danışır… digər tərəfdəndə qaynana gəlinindən narazı imiş. Butün nəsil, qonum-qunşu bu məsələdən halı olsada, onları barışdıra bilmirmiş. Gəlin, hadisələrdən bəzib, qonşu kənddə olan falçının yanına gəlir və deyir ki, qaynanamdan bezmişəm. Bir evdə yaşaya bilmərəm, ailəmdən də ayrıla bilmərəm.

Falçı, gəlinə 1-2 sual verir və bir-az düşündükdən sonra, təklifi deyir: “Qızım, sən o qaynana ilə yaşaya bilməzsən. Gəl sənə bir zəhər verim, hər gün bir qaşıq onun yeməyinə tök. Bir aydan sonra… qaynanan öləcək. Səndə xoşbəxt yaşayarsan. Amma bu günlər ərzində qaynanan yaxşı davranmalısan ki, sabah qaynanan öləndə, kimsə səndən şübhələnməsin.”

Gəlin çox düşünür və gərara gəlir ki, bu yolla qaynanasını aradan götürsün. Zəhəri götürüb evə gəlir və sevinə-sevinə hər gün qaynananın yeməyinə bir qaşıq zəhər əlavə edir. Gəlin bir tərəfdən düşünür ki, bir aydan sonra qaynana öləcək, gərək heç kim şübhələnməsin, digər tərəfdən onsuzda arvadın öləcəyini bilib mərhəmətini artırır. Gəlin qaynanaya qarşı yaxşı davranmağa başlayır.

Bir həftədən sonra, qaynana 180 dərəcə dəyişir. Dönüb olur, mələk, başlayır gəlinə qarşı yaxşı davranmağa. Bu proses gəlinin elə ürəyincə olur ki, qaynana o qədər yaxşı qadına çevrilir ki, gəlin əməlindən utanır. Qaynanasını heç tanımadığını hiss edir. Arvadın ölməsini istəmir, zəhər atmağı saxlayır və falçıya yenidən gedir. Falçıdan imdat istəyir, çünki heç bir şəkildə qaynanı öldürmək istəmir. 

Falçı deyir: “Qızım, mən sənə zəhər verməmişəm, səndə olan zəhəri almışam. Sən qaynanana zəhəri daha əvvəl verirdin, arvadda sənə eyni reaksiyanı verirdi. Sən mehriban oldun, oda sənə ana oldu!”

Əziz oxucu, necə ki, işçi – rəhbər eyni məntiqə tabe olur. Heç bir qaynana pis gəlini arzulamır, eləcədə heç bir rəhbər pis işçi istəməz. Niyə? Çünki buna onun sadəcə motivi yoxdur. Sahibkar mütləq və mütləq yaxşı işçilərlə işləməlidir, onu qədər bunu həvəsli heç kim ola bilməz. Yazının əvvəlində deyildiyi kimi, yaxşı işçi, yaxşı pul qazancı deməkdir. Yaxşı işçiyə, yaxşı pul vermək olar, o yaxşı pul qazandıracaq və s.

Buna baxmayaraq bəzi işçilər öz vəziyyətlərindən sui-istifadə edirlər. Məsələn, onlar düşünə bilər ki, onlardan hər şey asılıdır (elə işçini təcili işdən aralamaq lazımdır), onlar düşünə bilərlər ki, sahibkar səhv edir – amma özləri biznesi tam başa düşməyə bilərlər və s. Normal statistik sahibkar, öz biznesini işçisindən daha yaxşı başa düşür. İşçi MBA bitirmir, istəyir PhD olsun. Əmin olun, sahibkar işi özü qurduğu üçün, məhsulun əsas rəqabət gücünü digərlərində yaxşı bilir.

Necə deyərlər, yaxşı işçi əldə etmək istəyirsiniz? İşçilərinizə qarşı yaxşı olun. Onlarla biznes uğurlarını, zərərləri, xeyri-ziyanı paylaşın. Əmin olun, effekt görəcəksiniz. Hətta oğru insan belə, düzgün yerdə oğurluğa az meylli olur. Düzgün insan isə, pis mühitdə özünü eyni formada aparır. Yaxşı olun, ətrafdakılar yaxşı olsun!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close