image_pdfimage_print

Əziz oxucu, Sizində bildiyiniz kimi, biz bloqda yalnız real həyatda yaşadıqlarımız barədə danışırıq. Nə artıq, nə əksik. Hesab edirik ki, bu yazılarla faydalı ola bilərik. Bizim üçün çox vacibdir ki, hər hansı bir yolla Sizə faydalı olaq. Yalnız yaxşılıq etdiyimiz, faydalı olduğumuz zaman həyatdan tam şəkildə həzz almaq olur (olar). İstəyirik ki, həyatda bizə daim kömək edən 3 əsas istiqamət haqqında fikirlərimizi paylaşaq. Maraqlıdırsa, mütləq oxuyun!)

Yazıya başlamazdan əvvəl deyim, mənim yazdıqlarım bizneslə məşğul olan biri üçün keçərlidir. Bəlkədə, həkim, mühəndis, müəllim, şair və s. üçün dediklərimiz keçərli deyil. Ola bilər. Sonra demədi deməyin!

Əziz oxucu, muasir biznes mütləq və mütləq bilik, intelekt, aktivlik tələb edir. Əgər Sizin miras olaraq 4-5 “obyektiniz” yoxdursa, qaynana tərəf çox varlı deyilsə və ya pul maşınınız yoxdursa, inanın ki, biznes dünyada ən çətin insan peşəsidir. Diqqət edin, dünyada. Azərbaycanda bu peşə hələdə nisbətən asanddır. Məsələn, Azərbaycanda biznes qurmaq, Almaniya, Amerika və ya digər ölkələrlə müqayisədə daha asanddır. Çünki adı çəkilən ölkələrdə, bazar iqtisadiyyatının dərin kökləri var və bizneslər daha sistemli işləyirlər.

Təbii ki, biznes fəaliyyəti çətin olduğu üçün bu işləri edə biləcək adamlar mütləq və mütləq digərlərinə görə daha çox məlumatlı, savadlı, fərəsətli olmalıdır. Hesab edirəm ki, muasir dövrdə bizneslə yaxşı məşğul olmaq ən vacib 3 əsas istiqamət var. Bunlar aşağıdakılardır:

#1 – Riyaziyyat. Elmlərin şahı, baş verən butün proseslərin açarı – riyaziyyat. Sizə bir söz deyim, riyaziyyat bilməyən adamdan qaçın, inanın ki, ömrünüzü “puç” edəcək!) Hesablamanı bilməyən adam, heç yerdə düzgün addım ata bilməyəcək. Sadəcə bunu o bacarmır, çünki hesablaya bilmir. Biznes üçün riyaziyyat sadəcə, gəliri – xərci hesablamaq üçün deyil. Əslə yox. Bu elm insana həyatda rasional olmağı, hesablamağı öyrədir. Biznes rasional düşüncəni sevir, hər zaman aldığını – verdiyini bilməlisən. Niyələrin olmalıdır. Riyaziyyatı bilmək, Viet teoremini, triqonemetrik funksiyaları, harmonik dalğaları, y = k/y funksiyaları bilmək deyil. Riyaziyyatı bilmək – riyazi düşüncəyə sahib olmaqdır. Biznesdə olan problemləri ekstrapolyasiya yolu ilə proqnoz vermək, orta çeki tez hesablayıb, artırılma yollarını tapmaqdır, hesabatlara baxıb saxtakarlığı üzə çıxarmaq və s. bilməkdir.

#2 – Məntiq. Dünyada baş verən butün proseslərin məntiqi izahı olmalıdır. Əgər bu yoxdursa, deməli bizim məntiqimiz hələ bu hadisəni başa düşəcək qədər inkişaf etməyib. Bilirsiz muasir biznesdə hər şeyi təhlil etmək olmaz, buna nəyin ki, vaxt yoxdur, heç məlumat bazasıda yoxdur. Birinci əsas biliklərimiz (riyaziyyat) köməyimizə çatmayanda, mütləq “ikinci nəfəsimiz” açılmalıdır. Bu məntiqdir. Çox zaman hesablama alınmayanda məntiq bizə kömək edir. Biznes real həyata ən yaxın insan fəaliyyətidir. Sizin uğurlu və ya uğursuz olmağınız tam olaraq insanlardan asılıdır. Məsələn, müəllimin uğurlu olması 50% öz əlində, digər 50% şagirdin əlindədirsə, biznes adamı üçün bu daha çətindir. Uğurlu iş bir tərəfdən bunu icra edənlərdən – işçilərdən, digər tərəfdən müştərilərdən asılıdır. Başqa sözlə desək, biznesmen hər iki tərəfi planlamalı və düzgün gedişlər etməlidir. Məntiqli gedişlər.

Gedişlər demişkən, məntiqi öyrənməyin ən yaxşı yolu – şahmatdır. Şahmat bizim həyatımız maketləşdirilmiş versiyasıdır. Orda oynayırsa, sonra həyat daha asand olur. Şahmat buraxılan səhv – 1 xal geriyə düşməkdirsə, həyatda səhv… özünüz başa düşdünüz!)

#3 – Xarici dil. Bu məsələ sırf Azərbaycan kimi balaca ölkələr üçün keçərlidir. Bizdə biznes qurmaq üçün bençmarkinq bacarığı çox vacibdir. Hətta olmazsa, olmazdır. Səbəb çox sadədir, biznesi təkmilləşdirmək üçün daim xarici analoqlarından öyrənmək lazımdır. Bunun üçün xarici səfərlərdə daim olmaq şərtdir. Hətta Sizin tərcüməçiniz olsada, xarici dil bilmədən məsələni dərinliyinə girmək, daim axtarışlar etmək mümkün deyil. Xarici dil bilmədən biznes qurmaq mümkün deyil. İndi mümkün deyil. Bəlkədə əvvəllər bu mümkün idi, çünki rus dilini hamı bilirdi və sovetin ilk dağıldığı dövrlərdə bazar boş idi, hamı asanlıqla biznes qura bilirdi. Artıq o dövr bitib. Məncə.

Birdə Sizə bir sirr açım. Heç kimə deməyin, yaxşı?

İnsanda özünü tənqid hissləri çox yüksək formada olmalıdır, başqasına tənqid yox. Ən faydalı tənqid özünü tənqiddir, başqalarını tənqid edənlər, irəli gedə bilmir. Özünüz diqqət edin, hətta peşələri tənqidçi olanlar belə gecə-gündüz işləyib, özlərini tələf etsələr belə heç vaxt tənqid etdikləri subyektlərin 10% qədər belə ola bilmirlər. Ədəbi kritiklərə baxın… məsələn Belinskini, Serovu, Stasovu tanıyırsız, ya Puşkin, Qriboedov və ya Lermontovu?! İnanıram ki, dediyimi başa düşdünüz. Özünüzü kritika edin, başqalarını yox. Mütləq nəsə etmək istəyirsinizsə, tərifləyin!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close