image_pdfimage_print

Əziz oxucu, məni tanıyanların bildiyi kimi, bizim işimizin əsas hissəsi məhz reqionlarda olduğu üçün mütləq rayonlara baş çəkməli oluruq. Ayda 2 dəfə rayonlarda oluram. Bu səfərlər mənə ölkəmizdə gedən prosesləri fərqli formada görə bilmə imkanları yaradır. Azərbaycan Bakıdan ibarət deyil və bölgələrdə olan proseslər bizim ölkəmizin ümumi vəziyyətini göstərir. İstəyirəm bu yazıda Azərbaycanda gedən proseslər əsasında pul – maliyyə ilə bağlı bəzi düşüncələrimi Sizinlə paylaşım.

Daha əvvəl xatırlayırsınızsa mən maliyyə savadı ilə bağlı bloq post yazmışdım. Əgər sözü gedən bloqda biz uşaqlar və maliyyə savadı barədə danışmışdıqsa bu dəfə, pulun özünə məxsus “xasiyyətindən” danışmaq istəyirəm. (sözü gedən bloqu burdan oxuyun).

Fikirlərimizi Sizlərə rahat izah etmək üçün, icazə verin addım-addım gedək. Beləliklə, bizim fikrimizcə pulun hansı “xasiyyətləri” var?

Xasiyyət №1 – Pulun dalınca qaçmaq olmaz. Əziz oxucu, pulun çox maraqlı bir xüsusiyyəti var – nə qədər onu tutmaq istəsəniz, nə qədər məqsəd olaraq bütün gücünüzü pul qazanmağa yönəltsəniz, bir o qədər onu qazanmaq şansınız azalacaq. Pul vasitə olmalıdır. Pul heç vaxt məqsəd ola bilməz, pul məqsədə çatmaq üçün vasitədir. Ətraflı buradan oxuya bilərsiniz.

Xasiyyət №2 – Pulu qazandığınızdan az xərcləmək lazımdır. Çox sadə səslənən bu fikiri praktikada riayyət edən insanların sayı gündən-günə azalır. Unutmaq olmaz, qazancınız, xərcinizdən az oldusa, Sizin həyatınızda problemlər başlayacaq. Bu ilk əvvəl Sizin əsəb sistemlərinizi pozacaq, daha sonra əxlaqsızlıq, yalanlar başlaya bilər. Düstur yaddan çıxmalı deyil. Heç vaxt qazanmadığınız pulu xərcləməyin.

Xasiyyət №3 – İmkan daxilində borc götürməyin. Borcun ciddi şəkildə “sakit öldürmə” xasiyyəti var. Diqqət etmək lazımdır ki, yaşam tərzimizdə borc almaq anlayışı minimum səviyyə çatsın. Əksi yox. Sizin olmayan pulla yaşadığınız zaman, həyat standartlarımız bizə uyğun olmayan formada dəyişə bilər. Bunun ən qorxulu növü istehlak kreditləridir. Ümumiyyətlə kredit – problemdir. İstehlak kreditləri isə, sadəcə faciədir. İstehlak kreditləri arasında yalnız avtomobil kreditləri maraqlı görünür, adətən inkişaf etmiş ölkələrdə avtomobil şirkətləri özləri rahat kredit şərtləri təklif edirlər. Bir sözlə başqasının puluna güvənməyin!

Xasiyyət №4 – Pul sakitliyi sevir. Problemlər, anlaşılmazlıqlar, davalar, narazılıqlar olan yerlərdə pul dayanmır. Pul daim sakitliyi sevir. Dünyada bəlkədə yeganə şeylərdəndir ki, ona sahib olmaq üçün, onun haqqında danışmamaq və sadəcə çalışmaq lazımdır. Sakitlik olmadan, pul gəlməyəcək. Sözün hər iki mənasında!)

Xasiyyət №5 – Dostunuz Sizdən pul istəyirsən, yarısını verin. Bilirsiz niyə? Çünki yarısını verdiyiniz zaman həm dostunuz, həmdə Siz udmuş olursunuz. Borc almaq təhlükəli olduğu kimi, borc verməkdən çətindir. Bu baxımdan diqqət etmək lazımdır, Sizdən borc istəyən adamlara imkan daxilində “YOX” deyə biləsiniz. Məhz belə olduğu zaman işləriniz daha doğrü gedəcək. Məncə!)

Əziz oxucu, ölkəmizdə ən böyük problemlərdən biri kütləvi şəkildə maliyyə savadsızlığıdır. Çox təəsüf ki, orta məktəblərdə baza maliyyə savadı barədə məlumatlar verilmir. Məhz belə savadsızlıq olduğuna görə banklarla əhali arasında problemlər yaranır. Kriminal durum təhlükəli olur və ən əsası insanlar tam xoşbəxt ola bilmirlər. Siz necə düşünürsüz?)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close