image_pdfimage_print

Dünən futbol üzrə Milli yığma komandamız Şimalı İrlandiya ilə oynayırdı. Çox pis oynadılar və təbii ki, məntiqi nəticə olaraq uduzduq. Biz uduzduq. Biz Azərbaycanda yaşayan vətandaşlar olaraq futbol milli komandamızı özümüzün hesab edirik. Özümüzündüdə, düzdür? Adətən adam uduzanda nə olur? Düzdü, uduzanda pis olur. Amma bizdə, qəribə bir sevinc hissi var və ya qısas alınmış kimi hiss edirik özümüzü. Niyə biz uduzanda sevinməliyik ki? Niyə biz komandamızı dəstəkləmək əvəzinə, ürək-dirək vermək əvəzinə… “Gördüüüz, demişdim Sizə…” tipli sözlər deyirik? Bu haqda olan fikirlərimi Sizinlə paylaşmaq istəyirəm.

2015-ci ildə Almaniyanın Abzastwirtschaft jurnalında çox maraqlı bir araşdırma dərc edilmişdi. Araşdırma nəticələrinə görə, illik gəlirləri 50 min şərtri vahiddən (Euro) yüksək olan adamlar cəmiyyətdə baş verən proseslərə daha az tənqidlə baxır. Başqa sözlə desək, insanın gəliri artdıqca onun cəmiyyətdə baş verən proseslərə baxışında neqativlik azalır. Riyazi dildə desək, gəlirlə – neqativlik arasında tərs mütənasiblik var. Uğurla neqativlik arasında tərs mütənasiblik var.

Digər tərəfdən hamımız bilirik ki, bazar iqtisadiyyatında, kapitalizmdə, effektiv işləyən adamların gəlirləri digərlərinə görə daha yüksək olur. Dolayı, yolla əlindən iş gəlməyən, tənbəl adamlar tənqidə, digərlərinin uğurlarına “qara” yaxmağa daha meylli olurlar. Bugün cəmiyyətimizdə belə tipli insanların ən çox “toplaşdığı” yer əlbəttə ki, Facebookdur. Bəlkə buna görə, bizim adamlar Mİlli Komandamız uduzanda daha pis olurlar?)

Biz ümumi olaraq neqativ danışmaqdan həzz alırıq. Neqativliklə tənbəlliklərini ört-basdır edirlər, elə bil… Özünüz diqqət edin:

  • Filan bank bağlandı – ay nə yaxşı oldu. Bəs bilmirdilər haramçılıq edəndə belə olacaq… amma bir nəfər demir ki, nə pis oldu, orda neçə nəfər işləyirdi, ailəsinə çörək aparırdı. Dəhşətlisi budur ki, neqativ yazanların çoxu ümumiyyətlə, bankdan bir vaxt çıxmış insanlardır;
  • Filan biznes adamı müflis oldu – yaxşı oldu… bəs bilmirdi filan şeyi, filan edəndə belə olacaq. Məsələn, Telman İsmayılov haqqında pis xəbərlər gəldikdə, heç kim, pis olmurdu, əksini az qala sevinirdik…;
  • Azərbaycan Milli yığması uduzur… bunlar yenə sevinir… Sizə demişdim… Azərbaycanda komanda oyunu olmur və s. Elə bil bunlar Azərbaycanlı deyil?!
  • Kimsə yaxşı bir iş qurur hər şey superdir. Yeni iş yerləri açılıb, xoşbəxtçilik… və bu anda, o işdə səhvlər çıxır. Yaxşı iş olanda susan adamlar, olur – natiq!) Başlayır, tənqidə… “demişdim… belə olmaz-zad!)”

Yadıma düşür, bugünlərdə, ölkəmizdə ikinci dəfə Dijital Marketinq Konfransı keçirildi – ANŞLAQ. Hələ bugünə qədər bizim keçirdiyimiz tədbirlər içərisində ən mükəmməl tədbir oldu. Nəzərə alsaq, Azərbaycanda AİRçilərdən başqa biznes tədbir edənlər demək olar ki, yoxdur, bu o demək idi ki, ölkəmizdə ən mükəmməl biznes tədbiri keçirilmişdi. Təşkilatçılar, iştirakçılar, spikerlər xoşbəxt idilər… AMMA və LAKİN, yenədə bir seqment var idi və onlar deyirdilər…

… əşi, onsuzda 500 biletdən 200 hədiyyə verilib. Eşi, onsuzda ora gələn olmayıb!) Tərslikdən bunu deyənlər o qədər qeyri-ciddi adamlardılar ki, onlara cavab verməkdə olmur. Belə baxanda təbiidir, ciddi adam belə söz deməz, amma yenədə adam hərdən cavab vermək istəyir))

Əslində bu tip sözlərin ən rahat cavabı… “Yalançının belə-belə olsundu…”, amma belə tədbirlərin təşkilatçıları o qədər ziyalı adamlardılar ki, onların cavabı daha sadə olur. Deyirlər, qardaş lap belə hədiyyə verilib, sənə nə?!) İkincidə öz aramızdı, bu tip tədbirlərdə biletlərdə anşlaq olur, 200 bilet, 6000 manat deməkdir. Kim edər onu? Kim hədiyyə verər, o qədər bilet?

Birdə bir sual çıxır: Sən niyə sevinirsən? Kiməsə pis olanda sənə yaxşı olur?

Çox pis haldır ki, ölkəmizdə neqativ düşüncəli adamlar öz enerjilərini belə səhv yerləri xərcləyirlər. Bu bizə çox pis təsir edir. Axı bizim məqsədimiz daha mükəmməl Azərbaycanımızda yaşamaqdır. Bizim ölkəmizdə, bizim insanlarda əslində son dərəcə pozitiv, düzgün, sistemli insanlardır. Sizi inandırıram, mənim ətrafımda çox saylı son dərəcə güclü, sağlam düşüncəli, biznesmenlər, həkimlər, alimlər, mühəndislər var. Bu insanların hər biri baş verən proseslərdə nikbin baxış axtarır. Bu vacibdir. Məhz belə olduğu zaman biz daha güclü olacağıq.

Əziz bloq oxucuları, Sizdən xahiş edirəm, neqativ olmayaq. Kiminsə uğursuzluğuna sevinməyək. Əminəm Siz belə etmirsiz, amma ətrafınızda belə adamlar varsa, mütləq və mütləq öz mövqeyenizi ortaya qoyun. Onlara sual verin: Sen Niye Sevinirsən!?)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close