image_pdfimage_print

Əziz oxucu, istəyirəm bəzi məni düşündürən məsələlər barədə səninlə səmimiyyət edim. Nə gizlədim, bu suallar məni çox düşündürür, hətta bəzən mənə elə gəlir ki, nəyisə doğru etmirəm və s. Bir sözlə başlayaq. Amma Sizdən xahişim, bu söhbət öz aramızda (oxu bloqumuzda) qalsın!)

Deməli bugün məni Media FM radiosundan müsahibəyə dəvət etmişdilər. Son vaxtlar işlərin çox olduğundan maksimum belə şeylərdən qaçmaq istəyirəm. Sözü açığı, deyəcək elə çox sözümündə olduğunu düşünmürəm. Sözüm olandada… səndə bilirsən, mən sözü “içimdə” saxlayan deyiləm. Bloqumuz sağ olsun!) Neysə, bu dəfə məcbur olub getdim, çünki əsk təqdirdə dəvət edən xanım dostumuzun yanında pis ola bilərdim…

Veriliş zamanı marketinqlə bağlı bir sıra suallar verildi. Məndə özüm doğru bildiyim formada cavablandırdım. İstəyirəm ilk olaraq Sizə bu sual-cavabdab yaddan qalanları təqdim edim. Sonra keçim digər məsələlərə. Başlayaq intervyudan, suallardan:

  • Sizin fikrinizcə Azərbaycanda digər ölkələrdən fərqli olaraq daha çox istehlak edilən məhsul – xidmət hansıdır? Təbii ki, bunun cavabını hamımız bilirik – toy. Həqiqətəndə ölkəmizdə Toy – sənaye formasındadır. Ölkəmizdə 10minlərlə insanlar, toy sənayesində çalışır, burdan pul qazanır və təbii olaraq bizim hamımız bu sənayenin istehsal etdiyi məhsul – xidmətləri istehlak edirik: Şadlıq Sarayı – Gəlin maşını – Gəlin bəzəmə – Cehizlik – Yuvelir əşyaları – toy paltarları – Toy bazarlıqları və s. Bir sözlə toy olmasa Azərbaycanın real Ümümi Daxili Məhsulu azalacaq. Bu yaxşıdırmı? Ümumiyyətlə ölkəmizdə toy sənayesinin belə inkişaf etməsi bizim üçün faydalıdırmı? Düzdür bu sənayedə çox saylı insanlar işləyir… AMMA Sizcə bu real iqtisadi artım üçün müsbət haldırmı? Bilmirəm. Bilmədiyim üçün xahiş edirəm, Sizdə düşünün.
  • Bugün Azərbaycanda özlərini eskpert elan etmiş, yalançı adamlar var. Onlar yalan təlim keçirlər, boş-boş danışırlar və s. Belə dırnaq içərisində eskpertlər bizə lazımdırmı? Cavab verirəm ki, bəli lazımdır. Marketinq, biznes sahəsi nəticəni sevir. Bizim sahədə boş-boş danışmaq qısa zaman intervalında mümkündür, uzunmüddət üçün bu yol verilməzdir. Çünki marketoloq nəticə verməlidir. Bu baxımdan pislərin olması belə, əslində yaxşıdır. Məhz belə pislərə görə biz yaxşıları tanıyırıq. Onlara hörmət edirik və s. Amma digər tərəfdən axı qurunun oduna yaşda yanır. Axı bugün özlərini marketoloq qoyanlar, sektoru biyabır edə bilər… Bilmirəm. Bilmədiyim üçün səndən soruşuram.
  • Ölkəmizdə marketinqin vəziyyətini necə qiymətləndirirsiniz? Dostlar, marketinq biznesin aynasıdır. Bugün Azərbaycanımızda biznes necədir? Biznesdən neft iyi gəlir, biznes qara rəng var – neft rəngi. Digər rəng yoxdurmu? Var, əlbəttə var. Amma buna baxmayaraq Azərbaycanda marketinq, ölkənin ümumi vəziyyətini uyğundur. Mümkün deyil, mümkün deyil ki, 6 yaşında uşağın əlləri 20 yaşında olacaq qədər inkişaf etsin. Onda anormal olar. Marketinqdə ölkə biznesinə paralel inkişaf etməlidir. Məncə.

Azərbaycanımızda bugün biznesin inkişafı üçün, iqtisadiyyatın dirçəlişi üçün əsl imkanlar yaranıb. Son 10 ildən bu günə qədər, heç vaxt belə iqtisadi çətinliklərdə olmamışdı. Hər bir çətinlik, əslində mükəmməliyin başlanğıcıdır. Düzgün gərarlar, çətin vəziyyətlərdə verilir. Qarın tox olanda, iqtisadi qərarlar vermək çətin olur. Biznes effektiv olmalıdır, effektiv olmaq üçün daim resurslar qıtlığı vacibdir. Daha əvvəl neft bizə bunu imkan vermirdi.

Bugün kənd təsərrüfatımız məncə real olaraq inkişaf edə bilər, çünki bu artıq vacibdir. Bizim neftimiz yoxdur. Neft yoxdursa, deməli biz işləməliyik. Eyni məsələ, əslində turizm sektorunada aiddir. Dostumuz Rafiq Vəliyevin sözü olmasın, dolların – 0,78 olduğu dövrlərdə, kimin yadına kənd təsərrüfatı, turizm, yerli istehsal düşürdü?! Ölkə gömrük xidmətindən ibarət idi…

Baş verən proseslərə qətiyyən neqativ yanaşmaq olmaz. Ümumiyyətlə biznes adamı ilə, neqativlik əsk anlayışlardır. Cəmiyyətdə gedən proseslərdə fayda, imkanlar axtarmaq lazımdır. İnanıram ki, bizim bloqumuzun oxucuları məhz belə düşünürlər. Hərəkət edin, dollar 2 manat yox eee, istəyirsən 10 manat olsun, həyat davam edir. İnsanların istehlak etdikləri kalori miqdarı eyni olaraq qalacaq.

Sizə verdiyim suallarıda axşam yatanda mütləq düşünərsiz, yaxşı?)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close