image_pdfimage_print

Bugünlərdə çox maraqlı bir kitab oxuyuram. Kitabda bizim daha əvvəl bildiklərimizə yeni nəzər nöqtəsi sərgilənir. Demirəm hamısı düzgündür, amma hesab edirəm çoxu son dərəcə faydalıdır. İstəyirəm dəyərli oxucularımızla (yəni sənlə) bu yeniliklər barədə fikirlərimi paylaşım.

Keçən yazılarda bir neçə dəfə demişəm, indidə yadınıza salıram, hamının düşündüyü kimi etməklə, muasir dünyada nəyəsə nail olmaq çox çətindir. Başqa sözlə desək, hamının “Doğru” bildikləri – doğru, yalnış bildiklərini “yalnış” kimi qəbul etmək bizdə yenilik etmə qabiliyyətini azaldır. Biz daha pis işləyirik çünki, yenilik etmirik. Bilirsiniz, yenilik etməsək, nəticələrimiz gündən-günə daha pis olacaq.

Həyatımızda çox saylı “klişə”lər var. Bizə elə gəlir ki, məhz belə etmək lazımdır. Amma bu çox böyük səhvdir. İşin dərinliyinə gedəndə hiss edirik ki, böyük uğurlar məhz hamının qəbul etdiyi klişelərdən – qəliblərdən çıxdığınız zaman ola bilir. Gəlin yazı çərçivəsində bu qəliblərin, olmalıdırların bir neçəsi ilə tanış olar…

OLMALIDIR №1 – Dostlarınıza məsləhət verin. Bizə hər zaman deyirdilər ki, yaxın dostlara məsləhət vermək lazımdır. Guya məsləhət verməklə biz onun həyatını yaxşılaşdırmış oluruq və s. Hətta çox zaman, dostumuz bizdən…: “Mən filan işi belə etmək istəyirəm…” deyəndə biz “dəridən-qabıqdan” çıxıb bildik-bilmədik nələrisə izah etmək istəyirik. Bizə elə gəlir ki, verdiyimiz məsləhətlərlə dostumuza yaxşı olur. Əslində isə…

ƏSLİNDƏ isə, məsləhət verməkdənsə, bu vəziyyətlərdə sual vermək lazımdır. Məsələn, kimsə öz işini dəyişmək istəyir. Bu məsələuyə “Hə” və ya “Yox” kimi məsləhətlər verməkdənsə, öz fikrimizi ifadə etmədən, məsələyə müxtəlif baxış bucaqlarını açmaq lazımdır. Filan şirkətdə sən filan şeyləri əldə edəcəksən? Köhnə yerdə bu durumda sən daha rahat olacaqsan? İki ildən sonra özünü bu şirktədə necə görürsən və s. Bir sözlə bizim doğru olaraq bildiklərimiz, heç bir şəkildə doğrudur demək deyil. Əmin olun.

OLMALIDIR №2 – Qərar verməmişdən əvvəl hər şeyi düşünün. Bizə öyrədirlər ki, hansısa bir qərar verməzdən əvvəl mütləq butün xırdaçılıqları nəzərə almaq lazımdır. Başqa sözlə desək, gərardan çıxa biləcək butün nəticələr nəzərə alınmalıdır. Qərar verilmə mərhələsində bəzən o qədər çox vaxt gedir ki, bunu icra etmək üçün həvəs, vaxt və enerji qalmır. Biz düşünürük ki, guya gərar verilən zaman biz hər şeyi nəzərə alsaq işlərimiz daha yaxşı gedər. Əslində isə…

…ƏSLİNDƏ isə biznes daha çox xarici mühitdə baş verən proseslərə düzgün adaptasiya etmək elmidir. Bugün istər istehlakçıların (müştərilərin) beyni, istər ETT (elmi texniki tərəqqi), istərsədə ümumi rəqabət mühiti elə sürətlə inkişaf edir ki, nəyisə çox düşündüyün zaman, sadəcə düşündüklərini icra etmək öz aktuallığını itirir. Buna vaxt qalmır. Artıq düşündüklərimiz öz aktuallığını itirir. Məhz buna görə muasir biznesdə məntiq öz əhəmiyyətini gündən-günə artırır. Hər şeyi hesablaya bilmirsən, məcbur olursan məntiqə güvənəsən.

OLMALIDIR №3 – Biznes üçün ideya olmalıdır. Biz deyiblər ki, biznes adamı ideyası bol, fantaziyası geniş adamdır. Biznes qurmaq üçün hər şey ideyadan başlayır və s. Sən elə bir şey etməlisən ki, səndən başqa heç kimin ağlına gəlməsin. Səndə bunun əsasında mənfəət qazanasan. Bu “klişeni” ən çox gənc adamlar deyir, onlara elə gəlir ki, yaxşı ideya varsa, yeganə maniyə pul tapmaqdır və s. Əslində isə…

…ƏSLİNDƏ isə bu qətiyyən belə deyil. Biznes bugün heç kimin düşünmədiyini etmək deyil, nəyisə digərindən daha yaxşı etmək sənətidir. Biznes sözünün sinonimi – etməkdir. Yalnız nəyisə etdikdən sonra, yalnız nəyəsə başladıqdan sonra biznes başlayır. Düşünmək və tez icra etmək – muasir biznes adamının uğur formuludur bəlkədə… Yalnız düşünməklə, Siz Milli Elmlər Akademiyasında işləyə bilərsiniz!) Heç deyim ki, orda Sizin haqqınızda yüksək fikirdə olan az olacaq. Biznes üçün ideya yox, qolunu çirmələyib işləmək lazımdır.

Əziz oxucu, həyatımızda olan çox saylı “klişələri” hamının qəbul etdiklərini bir daha düşünün. Bəlkədə bunlar bugün aktual deyil, bəlkədə bugün nəsə daha fərqli etmək olar. Hamının dediyi doğru bilmək qorxuludur. İnanın!)

P.S. Bu bloqda yazılanlarıda doğru bilməyən. Düşünün, kritik yanaşın. Əminəm daha yaxşı olacaq.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close