image_pdfimage_print

Filan şey etməyə… vaxtım\pulum\təcrübəm\day-dayım\işçim yoxdur, amma inanın hər bir yoxdur, əslində “var” üçün bir şans, fürsətdir. Dünyada olan bütün mükəmməliklər əslində “yoxdurlar”dan olub. “Yoxdur” əslində bir şansdır – Stiv Djobsun sözü olmasın: “Açlıq imkandır”. Dediklərimi misallarla izah etməyə çalışım.

Yazıya başlamazdan əvvəl deyim ki, qıtlıqla etdiyim işlərin çoxu daha yaxşı alınır. Hətta mənə elə gəlir ki, insanın hansısa bir resursu olduğu zaman “ekonomiks” qanunlarını unudur və təbii olaraq bu elm bizi cəzalandırır. Bilirsiniz biz bu bloqda illər boyu Sizinlə (səninlə) yalnız etdiklərimiz və düzgün olduğuna inandıqlarımızdan yazırıq. Bu inandıqlarımızdan biridə budur ki, məhdudiyyətlər əslində bizim qarşımızda fürsətlər, imkanlar yaradır.

Dünyada əfsanəvi rəsm əsərləri ilə tanınan Van Gong özünün ən mükəmməl əsərlərini, ömrünün ən ehtiyyaclı zamanlarında yaradıb. Van Gongun “şah” əsərləri Arlda yaşadığı vaxt (Arlda yataq otağı, Arlda kafe, Arlda xəstəxana və s.) çəkilib və məlumdur ki, bu vaxtlar rəssamın ən kasıb zamanları olub.

Mozart özünün 40-cı sinfoniyasını original ifasında cəmi-cümlətəni 3 musiqi alətindən istifadə edilir. Əminəm ki, orta-statistik istənilən adam bu simfoniyanı dinləsə valeh olur. Mozartın gücü məhdud sayda alətdən istifadə edərək daha aydın musiqi ifa etməkdə idi.

Azərbaycan milli musiqilərinə diqqət yetirin məhdud sayda notlar, məhdud sayda musiqi aləti var. Məsələn, Mirzeyi – Uzun Hava qarışığında cəmi 2 musiqi alətindən istifadə edilir, amma musiqi adamın tam damarına toxunur. Az əslində superdir!)

Napoleon qalib gəldiyi bütün döyüşlərdə piyada heyyəti ilə olaraq rəqiblərindən az olub. Başqa sözlə desək, məhdud sayda əsgərlə Napoleon daha yaxşı döyüşürdü. Yalnız Rusiya hucümu zaman ordu sayı, rus ordusundan çox idi… nəticəni Siz məndən yaxşı biliriniz!)

Yazıçılar çox zaman hansısa bir subyekti tərif etdikləri zaman, onu sözün hər iki mənasında tam çılpaqlıqla göstərmir. Bilirsiz niyə? Çünki yalnız məhdudiyyət hesabına diqqəti daha çox artırmaq olur. Çox göstərmək, az göstərməkdən daha maraqlı olur.

Şekspir öz yazılarında hərəsi maksimum 5 sözdən ibarət 14 sətirli sonetlərdən istifadə edirdi. Dünyanın ən mükəmməl fikir bildirmə yeri olan Twitter bizə cəmi 140 simvola icazə verir. Bir sözlə imkansızlıq, bizdə daha yaxşı etmək imkanı yaradır!)

Dünyanın ən bahalı restoranlarında (Mişelin ulduzlu) yeməklərin porsiyaları çox balaca olur. Sizi inandıram adam, bir boşqaba baxır, bir yemıyin qiymətinə! Qiymət qalxdıqca, boşqabda olan yeməyin çəkisi azalır elə bil… niyə?! Çünki az, hər zaman çoxdan yaxşıdır.

Əziz oxucu, biznesdə belədir. Hər zaman nəyinsə az olması, insanda əlavə motivasiya, daha effektiv olma ehtiyyacı yaradır. Biznesdə isə, qalib olmaq üçün effektiv işləməlisən. Məhdudiyyət yalnız investisya aid deyil. Məhsul portfeli, brend sayı, işçi sayı, avadanlıq sayı, mağaza sayı, bir sözlə azlıq, çoxluqdan yaxşıdır. Nesə az olanda daha faydalı olur.

Biz ildə cəmi 1 dəfə Milli Marketinq Forumu, ildə 2 dəfə Marketinq AİR, ildə cəmi bir dəfə Dijital Marketinq Konfransı, bir dəfə Dijital AİR edirik. Bununla biz kəmiyyəti keyfiyyətin önünə keçirmək istəmirik. İldə 4-5 dəfə AİR etmək olar, amma etmirik.

German Studio artıq 7-ci ildir ki, ancaq və ancaq premium seqment üçün mətbəx mebelləri təklif edir. Bu illər ərzində bilirsiniz nə qədər “çoxalmaq” təklifi gəlib?! Amma biz dəyişməmişik və yalnız konkret seqment daxilində, konkret məhsul kateqoriyası üzrə işləyirik. Buna görədə German Studio bəlkədə bugün ən keyfiyyətli və gözəl mətbəx təklif edən şirkətlərin başında durur.

Bizim rayonlarda mağazalarımızda bugün yalnız mebel təklif edilir. Əvvəllər məişət texnikasınıda satırdıq, amma sonra gördük ki, bu sektorda zəifik və təbii olaraq mebel üzərində fokuslaşdıq.

Bilrisinizmi, 2000-ci ildə, Unilever şirkətinin güclü brend strateqiyası ilk olaraq brend portfelini birdən-birə 4 dəfə azaltdıqdan sonra başlayıb. Unilever 1600 mövcud brenddən, 400-ə düşüb, işçilərin sayını 25 min nəfər azaldıb və 100-ən çox fabrik bağlayıb (!). Məhz bundan sonra Lipton, Dove, Magnum kimi dünya lideri olan brendlər parlamağa başladı.

Stiv Djobsun (rəhmətlik) Apple gəldiyi zaman ilk etdiklərini xatırlayırsız? İlk gəldiyi dövrdə Apple şirkətinin 2 yeni istiqamətini və məhsul portfelinin 60% ixtisar etdi. Hətta yeni məhsullar belə maksimum az çeşidlə çıxırdı. Bilirsizdə nəticəni.

Əziz oxucu, biz hesab edirik ki, biznesdə “yox”lar əslində böyük imkanlar yaradır. Yoxlar bizi mövcud resurslardan maksimum istifadə üçün yararlı edir. İmkanların azlığı bizi ifratçılıqdan qoruyur və “heçnədən” nələrsə yaratmağa başlayırıq. Diqqət edin, butün uğurlu bizneslər heçnədən “0”dan yaradılanlar olublar.

Yeni işçilər, yeni mağazalar, yeni fabriklər, yeni şəriklər (partnyorlar), yeni kredit və s. bunların hər biri qeyri-üzvi böyümə yarada bilər. Təbii olmayan heçnə mükəmməl deyil. Mükəmməl deyil demişkən, bu yazını yaza-yaza bir daha əmin oldum ki, təbiilik – mükəmməldir! bunu sübüt edənlərədə çox sağ ol deyirəm, burdan!))

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close