2017-də bizi nə gözləyir?

İlin sonu mənim üçün son dərəcə böyük əhəmiyyət kəsb edir: həm il ərzində etdiklərimizi oturub təhlil etmək, həmdə gələn il üçün hədəflərimizi təyin etmək üçün yeni il bizə çox lazımdır. Deyə bilərsiniz ki, “eşiii xoruz olmayanda, səhər açılmır?!” əlbəttə açılır, amma yeni ilin daha fərqli dəyərləri var. Yeni il bizim üçün ölçmə meyarıdır. Hansısa proses barədə fikir yürütmək üçün onun müəyyən sərhədləri olmalıdır – yeni il bizim fəaliyyətimizi zamana görə sərhədləşdirir. Biz məhz ilin sonunda, il ərzində etdiklərimizə baxırıq, qiymət veririk. Biz bu yazıda yeni ilin vacibliyi barədə deyil, 2017-ci ildə bizə nə gözlədiyi barədə yazmaq istəyirik…

Əgər Sizin üçün, 2017-ci ildə iqtisadi vəziyyətin necə dəyişəcəyi, şəxsi həyatınızda işlərin necə olacağı, biznesinizin inkişafı, ümumiyyətlə biznesə başlamaq olarmı… kimi suallar maraqlandırırsa, Siz bilmək istəyirsinizsə ki, 2017-ci il necə olacaq, onda aşağıda yazılanlar məhz Sizədir…

BUYURUN OXUYUN

Dostum, heç kim 2017-ci ilin necə olacağını bilmir, bilədə bilməz. Çünki hər bir insanın gələcəyi, onun etdiyi əməllərdən formalaşır. Daha konkret desək:

  • Əgər Siz, 2017-ci ildə sağlamlığınıza fikir versəniz, idmanla məşğul olsanız, daha az xəstələcəksiniz;
  • Əgər Siz, 2017-ci ildə biznesinizin üstündə dursanız, deməli biznesiniz çiçəklənəcək;
  • Əgər Siz, 2017-ci ildə yeni bir iş qurmaq üçün əziyyət çəksəniz, qurmaq istədiyiniz işi öyrənsəniz, sektoru düzgün seçsəniz, işiniz 2017-ci ildə tutacaq. Əksini etsəniz, əksi olacaq;
  • Əgər Siz 2017-ci ildə öz bilik, bacarıqlarınızı artırsanız, deməli işləriniz, gəliriniz daha yaxşı olacaq;
  • Əgər Siz 2017-ci ildə, “dollar qalxdı, neft düşdü” tipində sözlər deyib, böhrandan danışsanız, işləriniz getməyəcək;
  • Əgər Siz 2017-ci ildə, “hökümət biznesi inkişaf etdirmir, eşi burda bizneslə məşğul olmaq olmur” desəniz, biznesiniz həqiqətəndə olmayacaq;
  • Əgər Siz 2017-ci ildə, “Azərbaycandan çıxmaq lazımdır…” desəniz, inanın işləriniz yaxşı olmayacaq, çünki hələ bugünə qədər problemdən qaçmaqla, nəyəsə nail olan görməmişəm və s.

Dostum, 2017-ci il super olacaq. Nikbin olun və məncə hər şey ətrafınızda müsbətə doğru dəyişəcək. Biznes adamı böhrandan şikayət etməli deyil, əksinə böhran yeni iqtisadi vəziyyətdir və özündə “tonlarla” imkanlar gətirir. Yeni ilə qədər hələ söhbət edəcəyik, ona görə Sizi hələ təbrik-zad etmirəm!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN: