image_pdfimage_print

Əziz oxucu, Sizlərində bildiyi kimi, biz bu bloqda yalnız etdiklərimiz və doğruluğuna inandıqlarımız barədə yazırıq. Bir-başa formada, “nazlanmadan”, biznesdə etdiklərimiz barədə Sizinlə bölüşürük. Bilirsiniz… 2016-cı il sona çatır və bu yazıdan sonra biz silsilə olaraq keçmiş ilin nəticələri barədə danışaceyik. İndi isə, biznesdə düzgün hesab etdiyim 10 qayda ilə paylaşmaq istəyirəm. Maraqlıdırsa oxuyun!)

Qurban olduğumdan gizlin deyil, Sizdən nə gizlədim mən biznesi tam olaraq daha əvvəl çalışdığım şirkətdən, öz etdiklərimdən, çox saylı xarici səfərlərimdən və ətrafımda bizneslə məşğul olan insanların səhvlərindən öyrənmişəm. Bloqumuzda zaman-zaman bu “Mənim qızıl 10luğum” tipli yazılar olurdu amma bu dəfə söhbət konkret olaraq biznesdən getməklə paralel, öz biznes təcrübəmdən yeni öyrəndiklərimində əlavə edilmişdir. Beləliklə başlayaq – biznes qaydalarım barədə Sizlərə məlumat verməyə…

Dediklərimiz vaciblik dərəcəsinə görə bərabər huquqlu olduqları üçün biz “nömrələmə” yolu ilə getmirik. Sadəcə sadalayırıq. Buyurun!)

  • Edərək öyrənin. Ən yaxşı öyrənmək yolu, tətbigdir. Yalnız bu zaman Siz özünüz üçün fayda qazana biləcəksiniz. Heç bir MBA, PhD və ya digər diplom Sizə qurduğunuz biznes qədər öyrətməyəcək. Dediklərimizdən bir nəticədə çıxarmaq olar… öz biznesi olmayan adamın, məsləhətlərini yalnız funksional səviyyədə qəbul edin. Taktiki səviyyədi. Strateji qərarlara bu adamlar təsir edə bilməz.
  • Fərqli olun. Çox banal səslənsədə, biznesdə fərqli olmasanız uğur qazanmaq şansınız, uzunmüddətli dövrdə mümkün deyil. Bazarda olmayan, müştərinin bilmədiyi, rəqibətin olmadığı məhsullar təklif edin. Eybi yox, qoy bazarı balaca olsun, amma rəqabət olmasın. Məhz bu zaman biznesin əsas prinsipi olan “kar” anlayışı Sizdə olacaq. Hamının “hə” dediyi, düzgün “görünən” sahələrdən uzaq durun. Bu Sizə xeyr verəcək.
  • Həzz almaq şərtdir. Gördüyünüz işdən (biznesdən) həzz almasınız ilk yaranan problemdə atmaq istəyəcəksiniz. Halbu ki, biznes və problem sözü sinonimdir. Bizneslə məşğul olmaq üçün gördüyün işi, dəlicəsinə sevməlisən. Sevgi olmasa, biznes batdı. Pul qazanmaq üçün başqa fəaliyyətlər var, məsələn, böyük bir şirkətdə icraçı direktor və ya nə bilim məmur olmaq. Biznes zəhmət, enerji və həvəs tələb edir. Yalnız öz biznesinə aşiq olan adamlar uğurlu biznesmen ola bilər. Belə olduqda bütün prosesdən həzz alacaqsınız. Həzz Sizi daha yaxşı işləməyə sövq etdirəcək.
  • Riyazi düşünün. Poker oynamısınız? Çoxları elə bilir ki, bu oyunda “bəxt” əsas uğur faktorudur. Əslində isə, pokerdə uzunmüddətli uğurlu olmaq üçün gərək, daim riyazi düşüncəli olasan. Biznesdə belədir. Riyaziya düşüncə 100% uğura zəmanət verməsədə, eyni şeyi, davamlı şəkildə riyazi etsəniz, biznesiniz uzunmüddətli dövr üçün “çıçəklənəcək”. Hesablayın və atdım atın. Hər bir insan, öz qismətini yazır. Bizdən hərəkət, Qurban olduğumdan bərəkət!)
  • Bilmədiyiniz işə girməyin. Mənim taxıl əkməyi bilirisiz, bilmirsizsə oxuyun. Mən bir dəfə ziyan çəkmişəm və ondan sonra tövbəliyəm)) bilmədim heç bir işə girmirəm. Yalnız məlumatlı olduğum, uğur açarının nə olduğunu bildiyim işləri edirəm. İnşallah növbəti illərdədə məntiqimiz dəyişməz qalacaq.
  • Axırıncı pulunuzla biznes açmayın. Bir çox kitablarda (adı üstündı kitabda) yazırlar ki, filankəs getdi axırıncı pulu ilə belə elədi, filankəs evini satdı və s. Əzizlərim, yanınızda olmayan şeylərə inanmayın!) Axırıncı pulunuzu qoyub biznes açmaq doğru deyil. Biz istisnalardan danışmırıq, amma əksər hallarda bu Sizi stresə soxacaq. Stres olan zaman biznesdə verilən gərarlar doğru olmaz. Biznes qurduğunuz zaman mütləq və mütləq Sizin “yastığınız” olmalıdır. Bu “yumşaq” olmayada bilər, amma sonuncu pulunuzla biznes qursanız, ilk fürsətdə geriyə çəkiləcəksiniz.
  • Yalan danışmayın. Çox çətindir. Mümkünsüz görünür bəzən… amma yalan danışmaq yalnız biznes üçün deyil, ümumi xoşbəxtçiliyimiz üçün təhlükəlidir. Maksimum yalandan uzaq olmaq lazımdır. Mən açığı özümdə yalan danışıram… amma çalışıram bunu maksimum az edim!) (p.s. heç kimə deməyin, yaxşı?)
  • Mentorsuz iş getməz. Sizdən nə gizlədim… mənim zaman-zaman özümə mentor olaraq şəxslər seçmişəm. Bu şəxsləri yaxından izləmişəm, onlarla görüşmək üçün xarici ölkələrə getmişəm. Məsələn, Embawood karyeramın ilk vaxtlarında mentor olaraq özümə ilk dövrlərdə Андрей Рукавишникову seçmişdim. Onunla görüşməkdən ötrü bir neçə dəfə Moskvaya getmişdim. Sonra tale elə gətirdi ki, Moskvada işləməyə başladım. Həmin dövrlərdə onun dərs dediyi Ali məktəbdə EMBA oxudum. Sırf ondan öyrənmək üçün. Sonra Guvən Borçanı seçmişəm. Onunlada İstanbulda bir neçə dəfə görüşmüşəm. Güvən bəy, Bakıyada dəvət etmişəm, gəlib, burda xeyli söhbət etmişik. Hal-hazırdada iki mentorum var: biri çox yaxşı tanıdığınız yerli sahibkar, digəri Forbesda adı olan Rusiyalı biznesmen. Hər ikisini internetdə, mətbuatda addım-addım izlıyirəm. Mənə çox şeylər öyrədir. Sizdə edin, 100% effektiv olacaq.
  • Şikayət etməyin. Şikayət demişkən, bugün dünyanın ən məhşur və güclü psixoloqları Azərbaycandilli Facebooku görsələr xəstə olarlar. Nəyin ki, xəstə onlar bədbinləşərlər, onlara elə gəlir ki, guya dünya dağılır və s. Krizis – krizis, dollar – dollar, işsizlik – işsizlik… qardaş bəsdirində! Məgər inkişaf etmiş ölkələrdə olmayıb krizis? Dostlar, mən məmur deyiləm, AzTV-də işləmirəm, düzünü bilmək istəsəniz ümumiyyətlə bugün olan iqtisadi “islahatları” bəyənmirəm, hesab edirəm bu işlər daha yaxşı olmalıdır… AMMA və LAKİN. Mən Azərbaycanımı sevirəm. Mən bilirəm ki, şikayət etməkdənsə işləmək lazımdır. Hərə öz səviyyəsində nəyisə düzəltsə inanın ki, hər şey daha mükəmməl olacaq. Şikayət etməyin, hərəkət edin!
  • İdman edin. Gülməli gəlir?) Məndə bir vaxt buna gülərdim… “mən ölü, Siz diri” tətbig edin və necə müsbət dəyişikliklər olacağını hiss edəcəksiniz! Başqa komment vermək istəmirəm.

Bu yazını yaza-yaza dostumuz Sərxan Həşimovla telefonla danışırdım. Sərxan deyir ki, əgər böhran dövründə Sizin vaxtınız varsa, deməli Siz nəyisə düzgün etmirsiz. Böhran zamanında daha çox işləmək, əziyyət çəkmək lazımdır. Bu dövr rəqiblərinizə qalib gəlmək üçün ən yaxşı vaxtdır. Sizdə işləyin, çox dərinə getməyin. Hər şey super olacaq…

…super olacaq demişkən, uzunmüddətli planlar qurmayın, elastik olun, məncə. Qısa müddətli düşünün, inanın, karvan yolda düzələcək!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close