image_pdfimage_print

Əziz oxucu, muasir şəraitdə tanıtım, kommunikasiya fəaliyyəti aparmadım, satış etmək mümkün deyil. Əgər Sizin məhsulunuz reklam edilmirsə, bu məhsulun keyfiyyətləri barədə çoxlarının xəbəri olmayacaq. Bu yazıda biz dünyada ən uğurlu hesab etdiyimiz reklam kampaniyaları barədə məlumat vermək istəyirik. Beləliklə başlayaq…

Reklam xərcləri sahibkarlar tərəfindən sevilmir, bu heç kimə sirr deyil. Reklam fəaliyyətində pulun hara, necə getdiyi bilinmir, amma bir məsələ hiss edilir ki, reklam kəsilən zaman satışlar düşür. Məhşur amerikan biznesmenin sözlərincə desək: “Mənim reklama xərclədiyim pulun yarısının havaya getdiyi bilirəm. Amma mən hansı yarısını bilmədiyim üçün reklamı saxlamıram”.

TOP 5 – Mersedes Benz – The best or nothing. Mersedes brendi haqqında söz demək hesab edirəm artıqdir. Bu avtomobil dünyada bir çox İLKlər etməklə yanaşı, bahalı həyatın simvoluna çevrilmiş markadır. Mersedes güclü brend edən əsas arqumentlərdindən biridə dəyişməz şəkildə qalan: “Əla, ya da heçnə” sloqanıdır. Məhz bu sloqan brendi daim təkib edir və Mersedesin brend mesajını tam olaraq təkrarlayır. Mersedes sürmək kompromissizlik deməkdir. Sloqan və çəkilən reklamlar bunu daim sübüt edir.

TOP 4 – McDonalds – i”m lovin”it. Dünyada şəbəkə restoran, yemək yeri düşünürsünüzsə ilk ağla gələn əlbəttə McDonalds olur. Həqiqətəndə qlobal brend strateqiya ilə şirkət dünyanın ən gəlirli restoran şəbəkəsidir. Naməlum yerə getdikdə və ümumiyyətlə nə yeyəcəyimizi bilməyəndə köməyə əlbəttə McDonalds çatır. Şirkətin qlobal sloqanıda ümumi biznes məntiqini təkrarlayır və McDonalds sevərlər üçün göydən düşmədir “mənim sevdiyim” sloqanı şirkət tərəfindən 10 ilə qədərdir istifadə edilir.

TOP3 – Wester Union – YES. Dünyada pul köçürmələri dedikdə hamımızın ağlına ilk gələn Wester Union şirkətidir. Maraqlı burasındadır ki, bu bütün dünyada belədir. Şirkət özünün brend kommunikasiyasında pul köçürmələri zamanı insanların yaşadığı müsbət emosiyaları bir araya yığmış və bugünə qədər dünyanın butün bazalarında istifadə edilən YES konsepsiyasını yaratmışdır. Sözün tam mənasında brend kampaniya ilə dünyada öz üstünlüyünü dahada artırmış oldu.

TOP2 – Master Card – Priceless. Dünyada konseptual yanaşma ilə seçilmiş ən sevdiyim reklam hansıdır soruşsalar heç düşünmədən Priceless konseptini deyərəm. McCann Erickson tərəfindən artıq 17 ildir (!) çəkilən reklam roliklərinin sayı hesabı yoxdur. Dünyanın butün bazarlarında, insanları düşündürəcək butün vəziyyətlər Maste Cardın tətbig etdiyi “qiymətsizdir” kampaniyası çalışır və son dərəcə uğurlu. Xatırladırıq ki, Priceless artıq sadəcə ingilis dilində bir söz deyil. Bu sözü Master Card dünya üzrə patentləşdirmişdir. Söz Master Carda məxsusdur. Kampaniyada əsas məqsəd şirkətin insanları emosional istiqamətdə necə başa düşdüyünü göstərmək idi.

TOP1 – M&M – maskodlar. Dünyanın ən bahalı maskodu hesab edilən M&M rəngli şokoladları hamı tərəfindən sevildiyi danılmazdır. Məhz buna görə Mars şirkəti özünün əsas brendi olan M&M reklam konseptini 1995-ci ildən bu yana yeniləmir. Sadəcə gülməli dialoqlar şəkildə davam etdirir. Hər il, eyni məntiqlə. BBDO New York tərəfindən yaranmış reklam konsepti bugünə qədər aktualdır. Komediya ansamblı şəkildə müxtəlif rəngli 6 fərqli xasiyyətli şokoladın dialoqları hamını həyacanlandırır.  Xatırladıram ki, reklam olan butün personajların öz xarakteri var və M&M bunu illərdir dəyişməz saxlayır.

Bu kampaniyaları əlbəttə, Coca-Colanı, Volkswagen, Apple və s. kimi şirkətlərin əfsənəvi reklamlarını əlavə etmək olar. Bu siyahı sadəcə mənim sevdiyim reklamlar idi. Məncə çox maraqlıdır!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close