image_pdfimage_print

Sosial şəbəkələrə “girələsi” deyil: ay filankəs yıxıldl, ay filan şirkət batdı (batacaq, batıb), ay hökümət belə dedi, ay müxalifət bunu edir, dollar qalxı (qalxıb, qalxacaq), neft qalxdı ( qalxacaq) və s. və s. AMMA butün yazılar bir-birlərindən fərqlənsədə bir məsələ dəyişməz qalır… butün postlar mütləq və mütləq şikayət edici olur. Hətta mən diqqət etmişəm, əgər sosial şəbəkədə tənqidi, şikayət edici nesə yazırsansa o daha çox marağa səbəb olur.

Dostum, əziz oxucu, Sizə (sənə) bir məsələ deyim: “Şikayət etmək heç vaxt, şikayət edən tərəfə uzunmüddətli dövrdə effekt gətirmir. Mənim fikrimcə!”. İstəyirəm bu yazıda əmin olduğum bir məsələ barədə Sizinlə söhbət edim.

Dekabr ayı ilin sonuncu ayı olduğu üçün tam olaraq planlama, hədəf qoyma ayı kimi seçilir. Məhz bu ay, biz gələn ilə olan hədəflərimizi təyin edirik, onların icrası üçün planlar, taktiki addımlar hazırlayırıq. Belə demək mümkünsə özümüzü tam olaraq yeni ilə, yeni həyata, yeni hədəflərə kökləyirik. Bu vaxt neqativ fikirləri maksimum şəkildə beyindən uzaqlaşdırmaq, baş verən proseslərə pozitiv baxmaq lazımdır. İnanın, əmin olun ki, pozitiv baxış vacibdir. Hətta bu biznes kimi rasional amilləri, riyazi düşüncəni sevən istiqamət üçündə vacibdir.

Şikayət edildiyi zaman, insan maksimum baş verən proseslərdə özünü qurban gözündə görür. Belə bir səhv (düşmən) təsəvvür yaranır ki, baş verən proseslərə bizim təsir gücümüz yoxdur və hər şey pisə doğru gedir. Hər şeyin pisə doğru getməsi bizim tənbəlliyimiz üçün mükəmməl imkanlar yaradır. Biz üğursuzluqlarımızı bizdən asılı olmayan amillərin üzərinə atırıq. Elmi dildə danışsaq bizə elə gəlir ki, həyatımızda baş verən hadisələrin kökündə xarici mühitin təsiri dayanır. Bizdən heç nə asılı deyil, sadəcə hər yerdə olduğu kimi guya bizdədə vəziyyət pisdir. Əslində isə istənilən dəyişiklik bizim qarşımızda yeni imkanlar yaradır.

Özünüz diqqət edin: ətrafımızda olan insanların uğursuzluqları bizi tənbəlliyə meylli edir. Bizim əksər insanlarımızın ən böyük dərdi problemli yeri olan… “bunada şükür…” anlayışı yaranır. Əlbəttə, şükür etmək vacibdir, amma unutmaq olmaz ki, yalnız özündən yüksəklərdən olanları görməklə biz yuxarı qalxa bilərik. Şikayət etmək, tənbəl olmağa haqq qazandırır, məsələn:

  • mənim day-dayım olsaydı… indi çox böyük işlər görərdim… ;
  • mənim pulum olsaydı indi… filan şeyi etmişdim;
  • mənim ali təhsilim olsaydı… indi filan yerdə işləyirdim;
  • mənim xarici dilim olsaydı… indi ingilislərlə işləyərdim;
  • mənim və s.

Biz hələdə başa düşmək istəmirik ki, özümüzdən başqa bizə kömək edən olmayacaq. Yalnız özümüz pis vəziyyətdən çıxa bilərik, yalnız özümüz biznes qura bilərik, yalnız özümüz dostlar içərisində hörmətli ola bilərik, yalnız özümüz pul qazana bilərik və s. Hər şey bizim özümüzdən asılıdır. Buna inanmaq lazımdır.

Ətrafımız burdan bizim üçün böyük əhəmiyyət kəsb edir. Sizi bilmirəm, mənim ətrafımda böhran dövründə işlərini, bizneslərini genişləndirən çoxlu adamlar var. Mən onlara baxıram və başa düşürəm ki, Facebookda boş-boş statuslar yazıb, tənbəllik etməkdənsə, nəyisə daha yaxşı etmək üçün çalışmaq lazımdır. Əmin olun, 2-3 ildən sonra, ölkəmizdə son dərəcə güclü biznes adamları olacaq. Bu adamların hər biri bugünlərdə işinin üstündə olan insanlardır.

Bilirsizdə… böhran ən yaxşı tərəfi nədir?) Bilməyənlər üçün deyim: “Böhran bitir… və bu zaman hər şey daha yaxşı olur”.

Yadıma düşür ki, atam hər zaman mənə: “İlkin, hərəkət etmək lazımdır. Qaçmaq lazımdır. Çox qaçan ayağa, daş təz deyir. İstənilən problemdən çıxmağın ən sadə yolu, hərəkət etməkdir” deyirdi. Mən indi bu sözlərin mənasını daha yaxşı başa düşürəm. Başa düşürəm ki, yalnız nəyisə dəyişməklə biz daha yüksək nəticə əldə edə bilərik.

Ata arada bir mənim bloqu oxuyur. Düzdür, qrammatik səhvlərə görə tənqid etsədə, burdan ona bir daha çox sağ ol deyirəm!

Şikayət edən adamlara uzunmüddətli dövrdə cəmiyyətdədə pis baxırlar. Özünüz diqqət edin. Nəyisə şikayət etdikdə ilk əvvəl Sizə kimlərsə fikir versələrdə, eyni şeyi davamlı şəkildə etdikdə gunahı Sizlərdə axtaracaqlar. Əslində elə çox zaman gunah şikayət edəndə olur.

Azərbaycanımızda bugün tam yeni biznes qaydaları formalaşır. Biz tam olaraq yeni iqtisadi mühitə qədəm qoyuruq. Neft qoxusu olmayan, dövlət məmurlarının yaratdığı “köpük” bizneslər olmayan, fantastik mənfəətlərlə deyil, ağır zəhmətlə pulun çıxdığı dövrlər başlayır. Əgər 2016-ci ilin bizə tam olaraq medalın digər özünün olduğunu göstərdi. Əminəm 2017-ci il eyni ssenari təkrar olunacaq və deməli “köhnə” qaydalarla oynamaq olmaz. Yeni iqtisadi mühit, yeni biznes düşüncə tələb edir. Burda pis nə var ki?! Niyə biz özümüzü 2017-ci ilə, yeni biznes düşüncəyə kökləməyək?

Hədəflər və hədəflər çatmaq yollarını təyin etmək vacibdir. Düzgün qoyulmuş hədəf, nəticəyə çatmaq üçün ən azı 50%. Yerdə qalanlar əzmkarlıq, işləmək və əlbəttə Qurban olduğumuzun ruzisidir.

Əzizlərim, vaxt itirmədən əlinizi kağız gələm götürün, 2017-ci il üçün hədəflərinizi yazın. Yazın. Mütləq yazın. Sözlə demək azdır. Yazmaq lazımdır. Mən çox inanıram ki, 2017-ci il bizim (sənin və mənim) həyatımızda son dərəcə maraqlı və faydalı olacaq. Bunu biz edəcəyik: zəhmətimiz, inamımız və biliyimizlə.

İnanmırsan?! Onda yoxla!) Dəftər, qələm tap, başla…

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close