image_pdfimage_print

Əziz oxucu, hamımız bilirik ki, istənilən tədris-təhsil istiqamətinin əsas ölçü vahidi, məzunlarının nə qədər uğurlu olma göstəricisidir. Sizdən nə gizlədim, mən çox sevinirəm ki, biz Marketinq AİR olaraq bu istiqamətdə çox xoşbəxtik. Bizim məzunlarımız, AİRçilər sözün həqiqi mənasında ölkə biznesinin müxtəlif istiqamətlərində inkişaf edirlər, parlayırlar. Biz onlarla fəxr edirik və istəyirik ki, bu adamları, bizim məzunlarımızı Sizdən tanıyasınız. Məhz buna görə, biz bugündən etibarən “Biz onlarla fəxr edirik” başlığı altında silsilə bloq postlara başlayırıq. İstəyirik ki, bizim AİRçi məzunlarımızı tanıyasınız.

İlk əvvəl deyim, bu ideyanın müəllifi, yəni bizim bloq AİRçilər barədə bloq yazmaq ideyasını verəndə elə, AİRçi məzunlardandır. Hər dəfə Marketinq AİR bitəndə ( bu arada artıq 9-cu buraxılış bitdib) deyirik ki, Marketinq AİR bitsədə, bizim AİRçilərlə münasibətimiz bitmir. Tam tərsi, bizi yeni müstəviyə qədəm qoyuruq. Biz artıq öz məzunlarımızla bərabət huquqlu partnyor rolundayıq. Əslində hər zamanda belə olur. Məhz Marketinq AİR məzunlarının səyinə görə: Milli Marketinq Forumu keçirilir (4 il!), Dijital Marketinq Konfransı keçirilir (iki il), Facemark saytı inkişaf edir, beynalxalq konfranslarda ölkəmizi təmsil edir, kitablar yazılır və ən əsası… bizi dahada ruhlandırır.

…heç şübhəsiz. Əmin olun, əmin olun ki, Marketinq AİR öz məzunları tərəfindən davam etdiriləcək. Biz çox istəyirik ki, bizim davamçılarımız olsun və Marketinq AİR istiqaməti daimi paylaşma – We Share məntiqini saxlamaqla muasir zamanın şərtlərinə uyğun dəyişsin. Əslində, artıq bunu biz edirik, məsələn Dijital AİR deyilən bir mükəmməl proqram var. Bu proqram bizim məzunlarımız: Aysel Cabrayilova və Pərviz Əzimov tərəfindən tədris edilir. Bu superdi!)

Keçək əsas məsələ, bu bizim ilk yazımızdır və biz hər dəfə belə yazılarda 5 AİRçi məzunumuzu Sizə tanıdacağıq. Beləliklə başlayaq…

Pərviz Əzimov. Pərviz ölkəmizdə dijital Marketinq istiqamətində kitab yazmış ilk adamdır. Rəqəmsəl Marketinq bələdçisi adlanan kitabı mütləq və mütləq oxumaq lazımdır. Çox sadə dildə, rahat oxunaqlı və ən əsası faydalı kitab. Hal-hazırda Pərviz ölkənin istehsal təyinatlı şirkətlər qrupunda Marketinq Rəhbəri olaraq çalışır. Paralel olaraq məzunumuz Dijital AİR proqramının spikeri və bir neçə şirkətə dijital marketinq istiqamətində konsultinq verir. Son dərəcə zəhmətsevər olması ilə yanaşı, məzumunumuz yüksək dünya görüşünə malikdir.

Ən əsası isə, Pərviz bu il (!), bizim digər Marketinq AİR məzunumuz Niqar xanımla ailə həyatı qurmuşdur. Bu bizim üçün ikiqat xoşbəxtçilikdir, iki Marketinq AİR məzunu ailə həyatı qurur. Qurban olduğum cəmi subaylar üçün etsin!)

Ramil Cabbarov. Yadıma gəlir, Elmlər Dokturu proqramı üzrə elmi iş götürdüyüm zaman, İqtisad Universitetinin rektoru, Ədalət müəllimlə dialoqumuz oldu. Hiss edilirdi ki, rektor tam olaraq keçmiş Narxoz imicindən ölkənin əsas iqtisadi təhsil ocağını xilas etmək istəyir (sözü gedən Ali məktəbdə gedən müsbət dəyişikləri gördükdən sonra, sevinərək qeyd etmək lazımdır ki, Ədalət müəllim ilin rektorudur!). Ədalət müəllimlə, məndən UNEC rebrendinqi barədə soruşdu və qurur hissi dedim: “Ədalət müəllim, istənilən rebrendinq prosesini müsbət edən, brendi güclü edən əsas məsələ onun adı, loqosu və ya dizaynı (rəngi və s.) deyil, bu ad altında edilən addımların cəmidir. Biz əminik ki, UNEC güclü brend olacaq, çünki işin için ciddi kadr potensialı var”. Əziz oxucu, bu kadrların ürəyi – bizim AİR məzunumuz Ramil Cabbarovdur.

Ramil hal-hazırda Təhsil brendinqi istiqamətində dissertasiya mövzusu yazır, hesab edirəm ki, Ramil İLK iqtisad, elmləri namizədi olan Marketinq AİR məzumuz olacaq. Biz Ramillə fəxr edirik, biz çox sevinirik ki, Ramil Cabbarov ölkəmizdə ən gənc, perspektivli və savadlı iqtisadçı müəllimlərin çərgəsindədir. İqtisadı – UNEC etməkdə məzunumuza uğurlar arzulayırıq!)

Fidan İlham. Fidan xanımın adını yadınızda saxlayın. Əziz oxucu, tezliklə Azərbaycanımızın gənc sahibkar xanımını tanıyacaqsınız. Fidan Marketinq AİR məzunu olaraq, elə ilk vaxtlardan şəxsi biznes barədə düşünürdü. Son dərəcə pozitiv, sözünə düz və ən əsası zəhmətsevər olması ilə özünə tam “0” sıfırdan biznes qura bilib. Amma ondan əvvəl çalışdığı istənilən şirkətdə Fidan tam mənada yeniliklərə imza atmaqla mənim yadımda qalıb. Xatırlayıram Mümin Sekmanın ölkəmizə gətirilməsində, təlim verməsində Fidanın rolu sonsuzdur. Rafiq müəllim, məni aldatmağa qoymaz… Fidan bu proektə bir çox kişilərin edə bilmədiyi cəsarət, yorulmazlıq, pozitivlik göstərdi.

Sosila cəhətdən aktiv məzunumuz qurduğu Nadiffa brendi ilə, işləyən qadınlar üçün son dərəcə dəbli geyimlər təklif edir. Fidanın zövqünə tam inanıram, həmçinin inanıram ki, tezliklə biz bu brendi yaxşı tanıyacağıq. Fidan, səninlə fəxr edirik (P.S. arada nənənin sözünə qulaq asmaq lazımdır!)

Gunel Muradzadə. Gunel xanımın AİRə gəlməsi bugünə qədər yadımdadır… dayısı ilə yaxın münasibətlərimiz var idi. Son dərəcə intelektual adam olması ilə yanaşı, maraqlı adamdır. Keçirdiyimiz tədbirlərin birinə gəlmişdi, Gunel xanımla birlikdə və bacısı qızınının AİR gəlməsini istədi. O gün-bugün, Günel xanım, Marketinq AİR-in sevimli məzunudur. Məzunumuz özünün iradəsi, mükəmməl icra qabiliyyəti ilə istənilən kollektivin gözü ola bilər. Heç təsadüfi deyil, ANS-də çalışdığı qısa zaman kəsiyində Gunel xanım, butün kollektivin hörmətini qazanmışdı. Biz bunu eşidib, çox sevinirdik. Fərəh hissi keçirirdik!

Hal-hazırda Günel xanım, Sinergi Reklam şirkətinin rəhbəridir. Bir çox şirkətlərin sosial media və PR fəaliyyətinə rəhbərlik edir. Eyni zamanda Dijital Marketinq Konfransının, Milli Marketinq Forumunun və Marketinq Azərbaycan Qrupunda etdiyimiz aktivliklərimizin rəhbəri, koordinatoru rolundadır. Günellə fəxr edirik!

Aslan Vəliyev. Aslanla ilk tanışlığımız Mingəçevirdə, KUR elektronika fabrikində olub. Son dərəcə bacarıqlı və savadlı olması ilə yanaşı, Aslan çox mehriban insan idi. Daha sonra biz paralel olaraq Embawood şirkətində çalışdıq. Aslan, Marketinq AİR-in ilk məzunlarındandır və marketinq ekspert kimi möhkəmlənməsi bizdə fərəh hissi oyadır. Hal-hazırda məzunumuz Embawood şirkətlər Qrupunun reklam və kommunikasiya qrupunun rəhbəridir. Bu son dərəcə məsuliyyətli və çətin vəzifədir.

Aslan təbiətcə çox işləyib az danışan olduğundan əminəm çoxlarınız onu tanımırsız, amma Sizə əminliklə deyirəm ki, hal-hazırda marketinq kommunikasiyaları istiqamətində olan bilikləri ilə sözün əsl mənasında göz qamaşdırır. Aslanla tez-tez pivədə içirik, Cəbrayil müəllimlə birlikdə!) Aslan səninlə fəxr edirik!)

AİRçi dostlarımızın marketinq istiqamətində atdığı addımlar yadıma gəlir və indiki, bilik, bacarıq səviyyəsini gördükdə Marketinq AİR-in necə vacib olduğunu hiss edirəm. Sevinirəm. Çox sevinirəm ki, ölkəmizdə marketinq biliklərinin belə az (oxu ac) vaxtında Marketinq AİR kimi sistemli bir istiqamət yaradılmışdır. Çox sevinirəm ki, məndə bu istiqamətin bir hissəsi olmuşam.

Sonda demək istəyirəm ki, bu yazılar silsilə xarakterli olacaq və növbətim yazımda mütləq digər AİRçi dostlarımızda yazacam. Mütləq yazacam!)

P.S. Birdə əlbəttə, bu yazıya ideya qaynağı olan, bizim məzunlarımıza çox sağ ol deyirəm. Sağ olun, əzizlərim!

P.S.S. Bu işdə uzaqdan, çox uzaqdan əlaqəsi olan Anar Bayramov və Rafiq Vəliyevində adlarını çəkməliyəm!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close