image_pdfimage_print

Əziz oxucu, hesab edirəm ki, ən pis mövqe ortada qalmaqdır: nə ət olursan, nə balıq. Əgər bizim öz mövqeyimiz yoxdursa, lider olmaq şansımız sıfıra bərabərdir. İnsan oğlu mövqeysiz olduğu, gərarsız, yarımçıq, “bir-az”larla dolu olduğu zaman işləri pis gedəcək. Bilirsiz niyə?

İlk əvvəl “niyələr” barədə danışmazdan əvvəl hamımızın eşitdiyi “qızıl orta” anlayışına açıqlama vermək istəyirəm. Çox güman ki, Sizdə ətrafınızda ən yaxşısı “qızı ortadır” tipli sözlər eşitmisiniz. Biz hesab edirik ki, orta heç vaxt qızıl ola bilməz. İnsanın konkret fikiri, düşüncəsi və özünün qızıl hesab etdiyi mövqeyi olmalıdır. Bazar iqtisadiyyatında, kapitalizm qanunlarında – orta heç vaxt qızıl ola bilməz. Bu planlı iqtisadiyyatın, kommunizmin terminidir!)

Neysə, keçək əsas məsələyə: niyə orta qızıl olmur? Misallarla izah etməyə çalışım.

Dünyada yüksək mənfəət gətirən brendlərə nəzər yetirin, məsələn Coca-Cola. Bir çox insan Colaya nifrət edir, onun insanlar üçün necə ziyanlı olduğunu deyir. Bəlkədə bu deyilənlərdə həqiqət payı var… AMMA və LAKİN, biz bilirik ki, Cola öz reseptini dəyişmir (!). Əksinə reklamlarda bunu daha çox təbliğ edir. Cola sevənlər, Cola sevməyənlərdən fərqli olaraq brendi saxlayırlar.

Eyni şey, Red Bulldadır. Mən adamlar tanıyıram, hər gün Red Bull içməsə, özünü pis hiss edir. Amma paralel olaraq Red Bulla nifrət edənlərdə var. Nə olsun!? Red Bull energetik içkilər bazarının lideridir (ən azı Avropa ölkələrində) və heç bir şəkildə “ortada” deyil. Özünün konkret istiqaməti var.

Yadıma bir hadisə düşdü. İstəyirəm bunu Sizə danışım. Bu yaxınlarda tanışlardan biri: “İlkin filankəs sənin haqqında pis danışır, utanmır eee, axı sən…” ərk edib, sözünü kəsdim və dedim: “Əgər kimsə mənim haqqımda pis danışırsa, bu o deməkdir ki, kimsədə mənim haqqımda yaxşı danışır. Yəgin ki… Kiminsə səndən xoşu gəlmirsə bu o deməkdir ki, sənin bir mövqeyin var. Vay o gündən ki… sənin haqqında heç kim pis danışmır. Belə olsa, deməli səni sevəndə yoxdur!”.

Əziz oxucu, bu bloq post hamının xoşuna gələ bilməz, çünki burda deyilir ki, orta olmaq olmaz! Sən ya etməlisən, ya da etməməlisən. Necə deyərlər “bir-az” hamilə qalmaq olmur. Sən ya hamiləsən, ya da hamilə deyilsən!)

Çox zaman, bəzi dostlarımız hansısa bir korpotariv şirkətdə işləməklə biznes qurmaq, biznesini inkişaf etdirmək istəyir. Həm korporativ şirkətdə çalışa-çalışa əmək haqqı almaq, bir növ risklərini minimuma endirmək, həmdə biznes qurub böyük işlər görmək istəyirlər. Mümkün deyil! Əgər Siz bizneslə ciddi məşğul olmaq istəyirsinizsə (hansı ki, bizneslə başqa cür mümkün olmaq olmur) inanın ya Sizin korporativ karyeranız axsayacaq, ya da biznesiniz. Yarımçıq biznesmen və ya yarımçıq menecer olmaq olmur.

Mən Embawood-da çalışa-çalışa biznesə başlamışam. O vaxt Embawood ən yüksək əmək haqqı alanların başında dururdum… amma bir nöqtə gəldi və hiss etdim ki, “yarımçıq” olmur. Ya 100% özünü biznesə verməlisən ya da sadəcə gözün görə-görə bazardan çıxacaqsan. Əlbəttə, mən biznesi seçdim və bugündə verdiyim gərarımın 100% doğru olduğuna inanıram. Ən azı ona görə ki, bizim qurduğumuz işlərin nəticəsində 50-ən çox ailə dolanır. İnanın, bu super hissdir. Hiss edirsən ki, sənin əməyin havaya getmir!

Sözü gedən məsələ həmçinin eyni vaxtda bir neçə biznes istiqaməti ilə məşğul olmağa aiddir. Eyni vaxtda bir neçə işi görmək və ya düşünmək ki, “mən bir işi qurdum, menecer tutdum, indi ikinci işi edim” məntiqi tam yalnışdır. Çünki hər işi bir-az görməklə, həmin sahədə olan rəqabət gücümüz parçalanır. Siz bir işi “bir-az” edin, rəqibiniz isə tam. Əmin olun, nəticə özünü tez gözlətməyəcək. Rəqibiniz lider olacaq!

Bu arada rəhmətlik, Porterdə bizə deyirdi ki, ən uğursuz mövqe “orta” qalmaqdır. Əgər Porteri oxumamısınızsa, mütləq və mütləq oxuyun. İnanın çox faydalı olacaq!

Əziz oxucu, ortada qalmaq həyatımızın istənilən istiqaməti üçün çox pisdir (biznes, dostluq, cəmiyyət və s.). Heç vaxt ikiyə parçalanmayın: hər iki tərəfiniz narazı qalması bir yana, Sizin özünüz tam qurban olacaqsınız…

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close