Şahmat & Biznes

Bloqumuzun oxucuları bilir ki, biz şahmatı biznes üçün ən mükəmməl model hesab edirik. Başqa sözlə desək, şahmat insan həyatının yaxşı “maketləşdirilmiş” versiyasıdır və məntiqin inkişaf etməsi üçün çox yaxşıdır. Bu yazıda istəyirəm, bir daha şahmatla biznesin oxşar tərəfləri barədə Sizinlə danışım.

Bugün qızımla şahmatla məşğul olurdum və bir daha şahid oldum ki, şahmatda olan uğur prinsipləri biznes ilə demək olar ki, eynidir. Şahmatda qalib gəlmək üçün tövsiyyə edilən prinsipləri, real həyatdada yaxşı tətbig etdiyimiz zaman, yaxşı nəticələr almaq olur. Sadəcə və sadəcə, yaxın şahmatçı dostumuzun sözü olmasın: “Şahmatla, real həyat arasında yeganə fərq odur ki, həyatda xarici mühit, bizdən asılı olmayan güvvələrin təsir gücü daha yüksəkdir…”. Sozün açığı bu uzun mövzudur və bizi əsas hədəfdən yayındırar deyə, biz qayıdaq əsas məsələyə – Şahmatla biznesin oxşar tərəfləri hansılardır?

Temp vacibdir. Şahmat bizə diktə edir ki, istər fiqurların fəallaşdırılması, istər ümumi inkişaf, istər profilaktik tədbirlər “templə” olmalıdır. Şahmatda temp investisiya – pula bərabərdir. Əsas prinsip odur ki, gediş elə etmək lazımdır ki, növbəti gedişdədə təşəbbüs Sizdə qalsın. Biznesdədə bu şərtdir. İstənilən investiya xarakterli proekt, genişlənmə və ya yeni sahəyə girdiyimiz zaman maksimum az resurs sərf edilməlidir. Necə ki, şahmat oyununda fiqurların oyuna daxil edilməsi, fəallaşdırılması templə olmalıdır, eləcədə istənilən genişlənmə əsas fəaliyyəti gücləndirməlidir, ona mane olmalı deyil.

Xırda dəyişikliklər, qələbəyə aparır. Güclü şahmatçıların, zəif oyunçulardan əsas fərqi birincilərin hər gedişdə, vəziyyətini yaxşılaşdırmağa çalışmasıdır. Hamı bilir ki, şahmat oyununda əsas məqsəd şahı mat etməkdir. Amma heç bir grossmester oyun başlandığı andan “detskiy-mat” haqqında düşünmür. Fiqurları inkişaf etdirir, mərkəzi ələ keçirir, qala qurur, mövqey qazanır, fili açıq diaqonala qoyur və s. Biznesdədə elədir. Əsas məqsəd pul qazanmaqdır, amma yalnız bu məqsədə çalışsan pul qazanmaq mümkün olmayacaq. Çox vacibdir ki, sən pul qazanmaq üçün, öz biznes strukturunu düzgün təşkil edəsən: yaxşı təhçizat zənciri qurasan, düzgün hesabatçılığın olsun, məhsulun brend olsun, səni tanısınlar, satışdan sonra xidmət olsun… səbəb?! Səbəb pul qazanmaq, amma buna nail olmağın yolu xırda dəyişikliklərdir. Beləliklə şahmatda olduğu kimi, biznesdə təkmilləşdirməni sevir.

Forpost yaradın. Şahmatda fiqurların mərkəzi və hücüma məruz qalmayan yerlərdə olması çox vacibdir. Məhz belə olduğu zaman, Siz ətraf mühitə (rəqibə) nəzər yetirə bilirsiniz, həmçinin forpost bizə mövqe üstünlükləri yaradır. Muasir biznesdədə yerləşmənin rolu gündən-günə artır. İstər logistika mərkəzlərinin yerləşdikləri məkan, istər pərakəndə ticarətdə yerləşmə biznes üçün son dərəcə strateji rəqabət üstünlüyünə çevrilə bilər. Strateji yerləri tutmaq istər şahmatda, istərsədə biznesdə vacibdir.

Ana prinsipləri qorumaq lazımdır. Şahmatda bir neçə ciddi prinsiplər var. Məhz bu prinsiplərə riayyət edərək, güclü şahmat oyunu aparmaq olur. Maraqlısı budur ki, bu prinsiplər istənilən vəziyyətlərdə işləyir. Məsələn, şahı müdafiyə etmək lazımdır, fiqurlar inkişaf etdirilməlidir, mərkəz uğrunda mübarizə olmalıdır və s. Biznesdədə belə standart olan və bütün sahələrdə 100% işləyən qaydalar var. Bu qaydalar qətiyyən teorem və “ramkalar” deyil, sadəcə məsələn, əsrlər boyu sübüt edilib ki: bilmədiyiniz sahədə biznes qurmaq olmaz, yalnız pulla biznes olmur, işçilər biznesin ürəyidir və s. Şahmatda olduğu kimi, biznesdədə bu qaydalara qorumaq şərtdir. Əsk təqdirdə oyunu uduzmaq şansınız artır!

Elastik olmaq şərtdir. Şahmat oyunu zamanı biz dəfələrcə qurduğumuz planları dəyişməli oluruq. Rəqibin etdiklərinə görə, vaxtın bitməsi və ya ümumiyyətlə bizim düşüncələrimizə görə planlar dəyişməlidir. Məhz belə olduğu zaman son nəticəyə çatmaq asand olur. Biznesdə belədir. Planlar daim korrektirovka olunmalıdır, elastiklik vacibdir. “Kişidə söz bir olar…” məntiqi işləmir.

Şahmatla biznes – həyat arasında eyniliklər çoxdur və hesab edirəm ki, uşaq vaxtlarında şahmatla məşğul olmaq gələcək həyat üçün çox faydalı ola bilər.

ƏLAVƏ OXUMAQ ÜÇÜN: