image_pdfimage_print

Əziz oxucu, bugün 2016-ci il, kalendarın son günüdür. Acısıyla – sevinciylə, xoş – acı günlərimizlə 2016-ci ili başa vururuq. Əminəm ki, ilin nəticələri kimi, Sizlərində bu il haqqında olan fikirləriniz fərqlidir. Amma ümumi olan, bizim hamımız üçün eyni olan bir əsas məsələ var – 2017-ci ilin, keçən ildən daha yaxşı olmasını hamımız istəyirik. İstəyirəm Sizə çox vacib hesab etdiyim bir söz deyim…

İlk əvvəl yadımdan çıxmamış təbriklərimi edim… sonra ara-qarışar, təbrik etmədən bloqu bitirərəm (biyabır olarıq!).  Arzu edirəm ki, 2017-ci il bizim həyatımızda sağlamlıq, mehribançılıq və sülh olsun. İnanın, inanın ki, bu 3 vacib məsələ bizim həyatımızı xoşbəxt edəcək. Dollar qalxması, düşməsi, işlərimizin yaxşı və ya pis getməsi əlbəttə vacibdir, amma əsas vaciblik bu dediklərimiz 3 amilin üzərindədir. Qoy 2017-ci ilin hər birimizin həyatında müsbət mənada dönüş ili olsun!

Neysə keçək əsas məsələyə…

Mən hesab edirəm ki, insan 2 məsələyə diqqət etdiyi zaman öz dəyərlərini heç vaxt itirməz: doğma insanlar və doğulduğu yerlər. Hər bir insan öz kökünə sadiq olmalıdır. İnsanlar nə doğulduqları yeri, nədə doğmalarını seçmirlər, bəlkədə buna görə bu iki məsələ müqəddəs olmalıdır.

Doğmalarımızın daim yanında olmalıyıq, çünki onların alternativi yoxdur. Hamının: dostların, sevdiyinizin qadının (və ya kişinin), iş yoldaşlarınızın… alternativi ola bilər. Onları biz hətta dəyişədə bilərik (xahiş edirəm buna görə məni qınamayın – reallıqdır), amma doğmalarımızı heç bir şəkildə dəyişmək mümkün deyil. Doğmalarınızın qədrini bilin. Onlar bizi xoşbəxt etmələri üçün çox kömək edirlər.

Doğulduğunuz yerlər, doğmalarımız qədər vacibdir. Oynadığımız küçə, ilk dəfə döyüldüyümüz (döydümüz) dalan, qonşularımız, tanışlarımız… diqqət edin, burda əhəmiyyətli olan şəxslər deyil, doğulduğumuz yerin verdiyi dəyərlər, hisslərdir. Dünyanın ən gözəl şəhəri belə, insanın doğulduğu yerin həyacanını verə bilməz. Sizdən nə gizlədim, mən Yevlaxda olanda özümü dünyanın ən mükəmməl şəhərində hiss edirəm. Yevlaxda doğulmuşam, Yevlaxı sevirəm, Yevlaxla nəfəs alıram.

Hətta mənim ilk biznesimdə, məhz doğulduğum yerin mənə verdiyi əlavə gücün və doğmalarım olan insanlara güvəndiyimə görə olub. Onlar olmasaydı, bəlkədə bizneslə məşğul olmazdım. Hansısa bir kitabda oxumuşam ki, biznes qurmaq üçün ən ideal yer, doğulduğunuz bölgədir – məncə düz deyir müəllif!)

Çox danışıb vaxtınızı almayım, doğmalarınızla, doğulduğunuz yerlərdə olun əzizlərim. 2017-ci ilimiz məncə super olacaq. Biz edəcəyik, super edəcəyik!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close