image_pdfimage_print

Bugünlərdə çoxtan gözlənilən sərəncam verildi və ölkəmizin strateji istiqamətlər üzrə yol xəritəsi təsdiq edildi. Təbii olaraq bir iqtisadçı kimi, ilk işim bu sərancamı diqqətlə incələmək oldu. Oxudum, bir daha oxudum və başa düşdüm ki, ölkə iqtisadiyyatının inkişafı üçün möcüzə gözləməkdə səhv edirik. Heç bir strateji (bir daha strateji) yol xəritəsi, heç bir fərman, sərancam və s. səhirli çübuq deyil, olada bilməz. Ölkə iqtisadiyyatını yalnız və yalnız bu ölkəni sevən, pozitiv düşüncəli və yorulmadan işləyən insanlar – sahibkarlar xilas edə bilər. İstəyirəm bu bloqda, ölkəmizin iqtisadi vəziyyəti barədə makro-iqtisadi düşüncələrimi Sizinlə bölüşüm…

İlk əvvəl onu deyim ki, mənim elmləri namizədi üzrə dissertasiya mövzum bir-başa olaraq praktikadan gəlib – Emal sənaye müəssisələrinin marketinq strateqiyası əsasında inkişafı (mebel sənayesinin timsalında). Hətta dissertasiya işimi müdafiyə edib, Siemens kimi dünya nəhəngindən aprobasiya aldıqdan sonra, bizim VAK-ın “baş bilənləri” dissertasiya işində elmilik yükünün az olduğunu iddia edib, mənin ikinci dəfə (!), müdafiyə etməyə məcbur etdilər. AMMA və LAKİN – biz heçnəyə baxmadan ölkəmizdə ən gənc yaşda elmləri namizədi (PhD – fəlsəfə üzrə elmlər doktoru) diplomunu aldıq. VAK-da bunu təsdiq etdi!)

Hal-hazırda isə, Azərbaycan Dövlət İqtisad Universitetində brendinq üzrə Elmlər doktoru proqramı üzrə dissertasiya üzərində işləyirəm. Məqsədimiz Azərbaycanda brendinq amilinin elmi-nəzəri istiqamətlərini işləyib hazırlamaq, brendinqi bir ciddi disseplina olaraq tədrisini həyata keçirməkdir.

Bilirsiz akademik fəaliyyətimi niyə Sizə danışıram?! Çünki ölkəmizdə bir çox insanın gözlədiyi Strateji yol xəritəsindən “akademik” karyera qoxusu gəlir. Başqa sözlə desək, strateji yol xəritəsini işləyənlər, elə bil Azərbaycan Milli Elmlər Akademiyasında bu sənədi işləyib!) Bu çox pisdir. Mən bir tərəfdən, bir-başa biznesdə, digər tərəfdəndə akademik istiqamətlə məşğul olan biri kimi Sizi əmin edirəm ki, Muasir iqtisadiyyat nəzəriyyəni sevmir. Ən güclü iqtisadçılar bugün bizneslə məşğul olur. Belə sənədlərə onlar hazırlamalıdırlar. Fikirlərimi bir neçə misalla əsaslandırdıqdan sonra, bir-başa strateji yol xəritəsinin kritikasına keçəcəm.

Amerika inkişafı – Procter & Gamble. Brend menecment dedikdə ağla ilk gələn şirkət əlbəttə ki, P&G olur. Bu danılmaz faktdır və hamımız bilirik ki, 1931-ci ildə şirkətin xırda (o vaxt xırda) bir əməkdaşı olan Neil Makelroy (Neil McElroy) ilk dəfə brend menecmentinin əhəmiyyətini bildirir. Brend menecment konsepsiyasının təqdimatı ilə, Procter çox asanlıqla liderlər sırasına qalxır, daha sonra dostumuz şirkətin Marketinq rəhbəri, Procter and Gamble şirkətinin icraçı direktoru olur. Sonra? Sonra Amerika höküməti Neil Makelroyu ağ evə transfer edir. SSSR-lə soyuq müharibə dövründə brend menecmentin yarıdıcısı Amerikanın Müdafiyə Naziri postunda işləyir və… və möcüzələr yaradır. Maraqlı osla özünüz araşdırın, məhz Neil Makelroy səyi nəticəsində Amerika tarixində ən effektiv müdafiyə büdcəsinə nail olur və daha sonra missiyasını bitirib Neil yenidən P&G qayıdır.

Almaniya inkişafı – BASF – Daimler AG. Çoxlarımız bilirik ki, Almaniya dedikdə ağla ilk gələn, kiçik və orta sahibkarlıq subyektləridir. Almaniyanın ən böyük şirkətləri belə öz sahibkarlıq fəaliyyətlərini tam olaraq orta bizneslərin üzərində qurmuşlar. Bəs Sizcə necə oldu ki, 2-ci dünya müharibəsindən sonra, Almaniyada inkişaf başladı?! Axı necə ola bilər ki, sovet və dəstəkçi ölkələrin təyyarələri alman sənayesini yerli-bir etmişdi? Siz bilirsinizmi Almaniya iqtisadiyyatında BASF (çoxlarınızın heç tanımadığı) şirkətinin rolu necə böyükdür? Məhz bu şirkətin rəhbərliyinin verdiyi göstərişlər, təklif etdikləri pul siyasəti neticəsində Almaniyada kimya sənayesi inkişaf etdi. Kimya sənayesi ilə paralel mühəndislik formalaşdı və bu böyük şirkətlər xidmət etmək üçün kiçik və orta sahibkarlığa ehtiyyac yarandı. Sadəcə və sadəcə tarixi araşdırsanız görəcəksiniz ki, o vaxt ki, alman hökümətinin strukturu tam olaraq biznesmenlər tərəfindən təşkil edilib.

NƏTİCƏ: Ən effektiv idarəetmə, ən ağıllı insanlar, ən güclü menecerlər biznesdə olur. Diqqət edin – Elmlər Akademiyasında yox, Ali Məktəblərdə yox, Vergilər Nazirliyində yox, İqtisadi İnkişaf Nazirliyində yox (burda işləyən dostlar xahiş edirəm məndən inciməyin), əgər iqtisadi islahat etmək istəyiriksə, ideya – ilham qaynağı – yalnız və yalnız biznes elita olmalıdır!

Mən çox təəsüf edirəm ki, ölkəmiz üçün son dərəcə əhəmiyyətli olan Strateji Yol Xəritəsinin hazırlanmasında “məmur”, “akademik düşüncəli”, “nəzəriyyə”çi adamların qoxusu gəlir. İnanın bazar iqtisadiyyatında biznesmendən soruşmaq lazımdır. Yox səhv dedim, soruşmaq azdır, bu sənədi onlar hazırlamalı idi. Necə dünyada belə sənədlər biznesmenlər tərəfindən hazırlanır!

İndi gəlin keçək əsas məsələyə… strateji yol xəritəsi barədə mənim subyektiv fikirlərim nələrdir? Mən ümumi olaraq bu sənəddə 3 böyük qüsur görürəm. Bunlar hansılardır?

QÜSUR №1 – Aydın fokus yoxdur. Strateji yol xəritəsində 11 istiqamət üzrə addımlar qeyd edilmişdir. Bu addımlar ölkəmiz üçün prioritet hesab edilən 11 bir-birindən tam olaraq müstəqil fəaliyyət göstərə biləcək sahələr sadalanır. Hamımız bilirik ki, bugün ölkəmiz iqtisadi cəhətdən ağır vaxtlarını yaşayır və eyni anda 11 sahəni inkişaf etdirməkdənsə, onlara investisiya ayırmaqdansa biz hesab edirəm ki, bu sahələr elementar Pareto qanununa görə ranjirovka edilməli idi. Ən azından strateji yol xəritəsindən ölkə iqtisadiyyatı üçün həyata əhəmiyyətli hesab ediləcək sahələr ayrılmalı idi. Belə olmadığı halda biz öz gücümüzü parçalamış oluruq və əlbəttə ki, bilirik ki, dünya məhdud resurslar dünyasıdır. Azərbaycanımızda bu dünyanın bir üzvüdür, demək ki, bizim resurslar məhduddur. Bir əldə iki (11 qarpız) qarmış saxlamazlar. Hesab edirəm ki, strateji yol xəritəsində mütləq və mütləq prioritet istiqamətlər təyin edilməli idi. Bəlkə demək istəyirsiz bizim üçün 11 istiqamətinin hamısı prioritetdir? Onda məndə deyirəm ki, Siz prioritet nə olduğunu bilmirsiz!)

QÜSUR №2 – Yol Xəritəsi yoxdur (!). Xahiş edirəm mənə gülməyin, inanmırsınızsa özünüz açın və 111 səhfəlik sənədi oxuyun, vaxt itirmək istəmirsinizsə, 105 – 110 oxuyun, orda guya, tədbirlər planı var. Əziz oxucu, ürək ağrısı ilə “guya” sözünü yazmalıyam. Bu tədbirlər sadəcə tədbir olsun deyə yazılmışlara oxşayır. Metafora ilə desək, Strateji yol xəritəsində yalnız obyektlər (oxu şəhər adları) var, onların koordinatları və ora rahat getmə yolları yoxdur. Təyin edilmiş 4 strateji hədəfin hər biri, daha əvvəl ölkəmizdə tədbig edilmiş dövlət proqramlarından köçürülmüş effektiv yaradır. Məgər daha əvvəl bizdə bu strateji hədəflər üzrə iş görülməyib? Ümumi olaraq yuxarıda qeyd etdiyim kimi, yol xəritəsi daha çox hökümətin “ipləri öz əlinə çəkmə” sənədinə oxşayır. Neft gəlirlərinin büdcəyə transfer edilməsi üçün təklfi edilən “Qızıl qayda” metodu, yalnız adı ilə fərqlənir. Daha əvvəl Dövlət Neft Fondu, Maliyyə Nazirliyi tərəfindən atılan addımlardan nə ilə fərqləndiyi bilinmir. Yalnız adı – Qızıl Qaydadır!? Lətifə yadıma düşdü… sonra yadıma salsanız danışaram))

QÜSUR №3 – Ölkənin rəqabətqabiliyyəti təyin edilməyib. Çox sevindirici haldır ki, bu dəfə hazırlanan sənəddə mütərəqqi təhlil metodlarından istifadə edilib, AMMA və LAKİN, ikinci sual NECƏ edilib!? Biyabırçı. Əziz oxucu, Siz özünüz qaldırın Strateji Yol Xəritəsində olan SWOT təhlilə baxın… baxın və sonra əlinizə baxın. Tükləriniz “biz-biz” durmadısa ya Siz iqtisadçı deyilsiz, ya da Siz bu SWOT təhlili edənlər kimi, “yola verirsiz”. Elementar Ali Məktəb proqramında izah edilən səhvlər buraxılıb təhlildə. Xarici mühit amillərinin hamısında “güzgü effekti” hiss edilir. “Güzgü effekti” effekti şahmatçılarln dili ilə desək – Детский мат-ır. Bunu etmək olmaz. Təhlil zamanı güclü tərəflərdə əlində olmadıqlarını, imkan kimi yazmaq olmaz. Çünki güclü və zəif tərəflər sənin öz əlində olanlar, imkanlar və təhlükələr isə bizdən (yəni dövlətimizdən) asılı olmayan amillərin cəmidir. Məsələn, imkanlar olaraq: “qlobal dəyər zəncirinə inteqrasiya, iqtisadiyyatın şaxələndirilməsi imkanlar…” sözünü yazmaq təhlil edən dostlarımızın SWOT təhlil necə etmək olar dərsin zamanı, dərsdə olmayıblar deməkdir!) O imkan ki, sənin öz əlindədir, heç vaxt SWOT təhlildə “imkanlar” yerində ola bilməz, çünki bu xarici mühit amili deyil. Belə səhvlər tam olaraq SWOT-u yararsız edib və…

… və nəticədə təhlil çıxan nəticələr tam olaraq bizi yalnış istiqamətə aparıb. Strateji hədəflər, milli iqtisadiyyatın perspektivi bu təhlildən gəlirsə, deməli burda yalnışlıqlar var. Özünüz diqqət edərsiniz.

Hiss edilir, hiss edilir ki, strateji yol xəritəsində əziyyət çəkilib, sənədin vizuallaşdırılması son dərəcə yüksək səviyyədir, terminlər daha sadə dildə yazılıb və s. Bunları demək mütləq lazımdır.

Əziz oxucu, biz heç bir şəkildə strateji yol xəritəsindən sehrli nesə gözləmirik. Ümumiyyətlə yazıya başlayandada dedik, iqtisadiyyatı biznes adamları xilas edəcək, mütləq edəcək. Amma çox yaxşı olardı ki, belə sənədlərin hazırlanmasını Azərbaycanımızın dahi biznes adamlarına yazmağa təhvil verərdik. Niyə bu sənədi Elşad Abbasov, Aydın Dəmirçi, Elçin Zeynalov, Rəhman Hacıyev, Aydın Talıbov, Elşad Rəsulov və s. kimi dahi sahibkarlar hazırlamır? Niyə bizim bu sənədlərdən məmur iyi gəlsin axı?!

Sizə bir söz deyim?! Heç kimi əlində sehrli çubuq yoxdur. Pozitiv olun, zəhmət çəkin, inanın hər şeyi super olacaq. Sizə, Sizdən başqa heç kim kömək etməyəcək. Ən dadlı yemək öz yağında bişəndir. Bizneslə məşğul olun, özünüzü düşünün və Siz mütləq və mütləq Azərbaycanımız üçündə nələrsə edəcəksiniz. Əmin olun!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close